Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:45 - 19.07.2019  
“Azərişıq” sisteminə kənar müdaxilə mümkünmü? - açıqlamalar
Tarix: 12-09-2018, 08:14 | Bölmə: ---

“Azərişıq” sisteminə kənar müdaxilə mümkünmü?İyul ayı Azərbaycanın enerji təchizatı sistemində yalnız 3 iyul qəzası ilə yadda qalmadı. Yayın ən qızmar ayı olan iyul həm də əhalinin elektrik sayğaclarının ən yüksək məbləğləri "yazması” ilə diqqəti çəkdi. Ay başa çatandan bir həftə-on gün sonra sosial şəbəkələrdə fantastik enerji sərfiyyatını əks etdirən bildirişlər nümayiş olunmağa başladı. Bütün ölkə boyu əhalinin narazılıqları aşıb-daşdı. Hamı sərfiyyatın heç vaxt olmadığı qədər yüksək hesablanmasından narazılıq edirdi. Məsələn, "Yeni Müsavat”ın əməkdaşı iyul ayının yarıdan çoxunu Bakıdan kənarda yaşayıb. Ayın sonunda isə aldıqları bildirişdə elektrik enerjisinə görə 86 manat borclu olduqlarını öyrəniblər. Əməkdaşımız deyir ki, 1 ay byunca evdə kondisioner və digər məişət cihazları işlədəndə bu, 50 manatı keçməyib. Belə faktlar minlərlədir. Bu isə əhalidə haqlı narazılıqlar doğurur.

"Azərişıq” ASC-nin ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirdiyi izahedici görüş belə bu narazılığı azaltmadı. Xatırladaq ki, həmin görüşdə qurum rəsmiləri sayğaclara, ASC-nin ümumi sisteminə kənar müdaxiləni birmənalı olaraq istisna edərək, yüksək sərfiyyat göstəricilərini iyul ayında havanın isti keçməsi ilə bağlı əhalinin daha çox elektrik enerjisindən istifadə etməsi ilə əsaslandırmağa çalışdılar.

Onu da qeyd edək ki, həmin görüşdə iştirak edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, kənardan "Azərişıq”ın sayğaclarına müdaxilə olunması ehtimalı var: ""Ağıllı sayğac”larla bağlı qısa bir araşdırma aparandan sonra qənaətim budur ki, son aylarda "Azərişıq”ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün müəyyən əsaslar var.

osman_gunduz_210916_(1)

Yəni mediada müzakirə mövzusuna çevrilən çoxsaylı şikayətlər şübhələnmək üçün əsas verir ki, əslində evlərdəki elektrik avadanlıqları az enerji sərf edib, "ağıllı sayğac” bunu çox göstərib. Daha doğrusu, sayğac texniki səbəbdən və ya məqsədyönlü olaraq sərfiyyatı düz hesablamayıb. Qısa araşdırmada görmək olar ki, belə bir problem çox yerlərdə olubmuş. "Ağıllı sayğac”lara qarşı ciddi ittihamlar çox olub. Hətta elə ölkələr olub ki geriyə, köhnə sayğaclara keçid təklif olunub”.

Ekspert deyir ki, köhnə sayğaclardan "ağıllı sayğac” ın əsas fərqi odur ki, onun sadəcə yaddaşı var və ekranda olan məlumatlar, gündəlik sərfiyyat hər gün mərkəzi serverə, yəni "Azərişıq”a ötürülür: "Sistem elə qurulub ki, "Azərişıq” uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər. Ötürülmə kanalı da elə özlərinin elektrik xətləri və ya mobil şəbəkə üzərindən də ola bilir.

Buradan belə qənaətə gəlmək olar ki, sayğacların düz işləməməsi və sərfiyyatın çox yazılması ilə bağlı problem bir sıra səbəblərdən yarana bilər. Birincisi budur ki, "ağıllı sayğac ”ların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki, hansısa səbəbdən iş prinsipi pozulub. Yəni sərfiyyatı sadəcə düz hesablamır. İkinci səbəb bu ola bilər ki, "Azərişıq”ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir billing sistemə yönləndirilib və başqa hesablama aparılıb. (Vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qazananlar oldu). Daha bir variant budur ki, insan amili rol oynayıb. Yəni manual olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan bu inandırıcı görünmür. Bundan əlavə, ola bilər ki, "Azərişıq”ın real billing sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub. Və rəsmilər də manual olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.

Sosial mediada bəzən səslənir ki, bu, "Azərişıq” tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib.

Dərhal qeyd edim ki bu hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdırmaq mümkündür”.

Mütəxəssis deyir ki, hazırda sistem elə qurulub ki, "Azərişıq həm məhsul (enerji) satır, həm onun çəkisini ölçmək üçün tərəzisini (sayğacı) özü quraşdırır, bu məlumatı özü mərkəzə ötürür və həm də arxada, serverdə onun hesablamasını özü aparır: "Proqram təminatlarını da özləri daxildə yazıblar.

Düşünürəm ki, bütün bu proseslərin hamısı həm digər aidiyyəti dövlət qurumlarımız və beynəlxalq qurumlar tərəfindən, yaxşı olar ki, həm də müstəqil ekspertlər tərəfindən audit olunmalıdır. Fikrimcə, həm dövlət nəzarəti gücləndirilməlidir və həm də ictimai nəzarət üçün imkanlar yaradılmalıldır. Yalnız bundan sonra sistemin güvənliliyinə təminat vermək olar”.

O.Gündüz hesab edir ki, dövlət qurumlarının informasiya sistemlərinin auditinə cavabdeh qurum olan Xüsusi Dövlət Mühafizə Xidməti, həmçinin eGov üzrə səlahiyyətli qurum olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Energetika Nazirliyi "Azərişıq”ın bütün şəbəkəsini və billinq sistemini audit etməlidir.
Maraqlıdır ki, sentyabrın əvvəlində əhaliyə təqdim olunan bildirişlərdə sərfiyyat göstəriciləri iyul ayı ilə müqayisədə bir neçə dəfə aşağı məbləğlə ifadə olunur. Bir çox sosial şəbəkə istifadəçiləri bunu iyul ayı üzrə göstəricilərin saxtalaşdırılmasının təsdiqi kimi qiymətləndirirlər. "Azərişıq” İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev isə əksinə, bu fikirdədir ki, avqust ayı üzrə aşağı sərfiyyat göstəricisinin gəlməsi iyulda sistemdə heç bir yanlışlıq olmadığının, sayğacların məhz əhalinin istifadə etdiyi enerjini yazdığının göstəricisidir: "Avqust ayında havalar iyuldan qat-qat sərin keçdi. Ona görə də sərfiyyat göstəriciləri indi qat-qat aşağıdır”.

T.Mustafayev ASC-nin billing sisteminə hər hansı kənar müdaxilənin mümkün olmadığı fikrindədir: "Sayğaclara da kənardan müdaxilə mümkün deyil. Yalnız fərdi qaydada, fiziki müdaxilə ola bilərdi, lakin hamıya eyni vaxtda bunu etmək də mümkün deyil. Burada yeganə səbəb oldur ki, iyul ayında anomal istilər olduğuna görə əhali enerjidən daha çox istifadə edib”.(Yeni Müsavat)

 

Xəbər 1101 dəfə oxunub






Oxşar xəbərlər

“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Gəncə Dövlət Universiteti yenə "VURULDU" - NİYƏ?
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15491] initstartout [0.00016] initstartin [0.00087] calstart [0.00984] calend [0.00057] topnewsend [0.00366] rsssend [0.00000] ehgend [0.03421] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10493]