Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:00 - 22.09.2018  
Mətbuatda mənə savaş açan “SATANA” – Sən fəlsəfi YOXLUQSAN
Tarix: 25-08-2018, 13:27 | Bölmə: ---

Mətbuatda mənə savaş açan “SATANA” – Sən fəlsəfi YOXLUQSANÖtən günlərdə "Demokratik.Az" saytında yayımlanan "Profillərdə "dədə şəkli axtaran" - SƏN KİMLƏRİN COCUĞUSAN? başlıqlı yazı geniş marağa və müzakirəyə səbəb olub. Daha dəqiqi, səhvən yozularaq mənfi əks səda doğurub.

Adı çəkilməsə də, yazıya səbəb olan bir statusun müəllifi, "Bakı Xəbər" qəzetinin əməkdaşı Məhəmmədəli Qəribli öz fb səhifəsində dünən axşam saatlarında yazını şəxsi mülahizələrlə müzakirə predmeti edib. Təəssüf ki, "Demokratik.Az" saytının baş redaktoru Osman Nərimanoğluna qarşı çirkin kompaniya aparmağa başlayan biriləri ortalığa çıxıb.

Qalmaqala səbəb olan yazı və statusa öz ağlınca "aydınlıq" gətirən M.Qəribli jurnalist adına sığışmayan, qeyri-etik davranışlara, paylaşımında dəfələrlə yazdığı sözlərdə təhqiredici və ittihamedici addımlara yol verib.

Qarşı tərəfin yazdıqları ancaq təəssüf doğurur. "Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlu Məhəmmədəli Qəriblinin sosial şəbəkədə yazdıqlarına belə cavab verib:

"SAYQIDƏYƏR DOSTLARA VƏ XÜSUSİLƏ Mahammedali Qaribli Məhəmmədəli adlı aktivistə! 
Allahın həqiqətən möcüzə və sınaqları varmış. Bir gecənin içində gün doğmamış kimlər, nələr doğarmış...
Əfsuslar ki, üstümə şər-böhtan, sözümə yazılan iftira və yalanlarla sabahımı açdım. Bu aqibəti mənə yaşadanlara da, belə əsəbi gündən bol pay düşməyini diləyirəm. Amma...
Qəlbində və əməlində şeytanın lənəti olmayan bir kişi (bir jurnalist) əsla və əsla öz fikir qaranlıqlarında boğulub şəxsimə qarşı alçaldıcı, bayağı və düşmən ruhlar doğurmamalıydı, fəqət doğurdular. Elə isə, "vücuduma girməmiş” şənimə yaraşmayan XOX, QORXU, ŞANTAJCI ruhlara öz yiyəsini göstərməliyəm...
Beləliklə, Məhəmmədəli! Gecikmiş və acı açıqlamanı "bəyəndim”. Üzürdən üzür, və də bir publisistik açıqlama deyil. Qeybətsevər arvadlara xas ifadələrlə bol üslubiyyatın, kor qələm tutmağın olsa da adımı çəkmişdin deyə, oxudum. Cavab verməliyəm. Yazdıqlarından anlatdın ki, sən bir media "kapitanı” (indi hamı media "kapitanıdır”) olaraq sanki dəryada bir gözü yox piratlarla savaş aparırsan. Bunu açıqca zənn və bəyan da edirsən. Amma, qoy bu savaşı haqq edirsənsə, qələbələri də sənin olsun! Öz işin, amma ilk onu bil ki, mən nə çarpışdığın qarşı tərəflərdə, nə yanında, nə də içində minbir baş kəsilən, söyüşlər söyülən, rəngini tam itirmiş yaltaqlıq və bulanıqlıq qoxuyan o dəryanda deyiləm. Və mən sən deyən (bilən) deyiləm...
Özümü özüm daha yaxından tanıyıram. Kimlərinsə kölgəsinə əsla sığınmamışam bugünəcən. Mənə nifrət etdiyim "haralısan”sualı veriləndə səni kimi yerimin-yurdumun oliqarxlaşmış adamları ilə öyünməmişəm. Mən, Osman, bu ölkənin əyalətində yaşayan və qürur duyan, ən kiçicik jurnalist zümrəsiyəm. Amma Azərbaycan boyda mənəvi azadlığım, sənin kimi təkəbbürlülərdən xırda məsləhətlər alacaq dərəcədə sadəliyim, kimsənin şəxsiyyətini alçaltmayacaq mənliyim var. Kimsə mənliyini, ləyaqətini itirməyincə, üzünə onda olmayan vacibatları əsla xatırlatmayan qələm əhliyəm. Mənə mənlik bəxş edən nə dostum, nə bir qohumum olmayıb. Və qardaşımın pulları ilə də yoğrulmayıb mənliyim, evli-eşikli, maşınsürən halım isə heç olmayıb, maddi və mənəvi dünyam allahdandı, qanımdadı və canımdadı…
Belə fəlsəfələr, poetik və etik ifadə tərzi sənə yaddır, bilirəm. Ona görə, səni bezdirmədən fikirlərinin ilk cümləsindən, əsas mətləbdən deyim. 
Əziz və dəyərli sandığımız qələm adamı. Görünür, mənim bir yazımla sənə toxunmuşam, yazımın hərarəti ilə qəlbinin buzunu əritməyə girişmişəm. Hədəf etdiyin yazıda adını çəkməsəm də, kövrək notlara ağlamaq, düşünmək əvəzinə Koroğlunun dəlisinə dönmüsən. Bu nərəni, mənə doğrultduğun əyri qılıncını dərk etməyə çalışıram. Səni dünəndən "durmağa”, barışıq yoluna səsləsəm də olmadı, təəssüf. Amma məncə ev almaq istəyini gizlətməyən, məqalə yazmaq əvəzinə ancaq mənasız status yazan biri kimi, sənin ictimai fəaliyyətini dərindən araşdırıb, təhlil etmək zərurəti meydana çıxıb. Və bu mübahisənin kökündə mənim deyil, sənin dikbaşlığın, çoxbilmişliyin dayanır.
Beləliklə, ey bütün jurnalistlərin sosial aktivisti, səncə, birilərinin profilində Real partiyasının sədri İlqar Məmmədovun, hətta Əli Kərimli kimi qısırlaşmış siyasi müxaliflərin şəkli yapışdırılmışsa, bunun ictimai əhəmiyyətli yükü nə dərəcədə önəmli idi ki, sən mənə və yüzlərlə şəxsə də ünvanlanmış statusunla ara qarışdırdın? Və ya, sən boyda bir jurnalistə profillərdən nə yük düşürdü ki bunu bizlərə təhqiredici mövzu etdin? Sənin özün üçün 100-lərlə bu kimi sosial şəbəkə istifadəçilərindən sorduğun hesabın, bu zərərli marağının axı adı və məqsədi nədir? Bu ümumiləşmiş və atasını mənim kimi itirmişə atmacan sənə hansı dividend qazandıra bilərdi ki, bizlər o üsuli – kəramətdən xəbərsizik? Sənin kəramət və fikir ifadə etmək qabiliyyətin olsaydı mən bunu sual etməz, yazdığın geniş statusunda artıq oxuyardım... 
Ey, Bakıda yaşayan Mahammedali adlı jurnalist, əgər sənin hər hansı statusuna görə, söyüş yazıblarsa, bu həmin adamın əxlaqının çəkisində idi. Ya onu blok edə, ya da tərbiyyəyə dəvət edərdin. Hansı ki, yazırsan blok etmisən, amma nəsə yenə dincəlməmisən. Day, qəlbində sənə söyəni tutub 100-lərlə şəxsə aid edilə biləcək adekvat şərhinin bir məntiqli izahını indi də yazmırsan. Çünki yaza bilməzsən! Bundan başqa, bunca əziyyətin yanında söyüşsöyənin bari adını indi çəkəydin, bunu yenə etmirsən və…
Azərbaycanda heç kim siyasi əqidəsinə görə təqib oluna, əqidəsini dəyişməyə zorlana bilməz. Necə ki, nə yoxsulluğum, nə ağrılı günlərim məni BU HAKİMİYYƏTƏ sevgimdən döndərə bilməyib. Amma iqtidar adamlarına qarşı həmişə sağlam tənqid azadlığını hiss etmişəm. Xüsusilə, "mən də oralıyam” deyib, iqtidarın nüfuzuna, siyasi əqidəsinə uymayan aktivist (jurnalist yazıları yoxdursa) kimi cənab Əli Həsənovdan, MŞ sədri Əflatun Amaşovdan mənzil ummamışam. Məncə qaralama statuslarının müqabilində cənab prezidentin jurnalistlərə yaxın illərdə paylayacaq evləri belə sərsəm fəaliyyətinlə haqq etmirsən. Başqa tələbə uyğunsuzluqlarında isə kələfin ucunu artıq ələ vermisən. Altında lüks araban, şəhərdə 100 minlik evin – sənəddə qardaşımındır desən, sənə inanan az olacaq. Amma bizi aldat, yetər ki, ölkə rəhbərliyini saxta sənədlərlə aldatmağa qalxışma!..
Bu ayrıca müzakirə predmetidir, yenə mövzuna gələk...
Səncə, hansı rəsmi statusla fikir diqtə etməlisən bu milyonluq cəmiyyətə və kiminsə rəyinə qarşı profillərdəki şəkil teması sənin hansı anlayışınla dığırlanıb ortaya? Məqsədin fb profili mən qəbildən olanları söyməkmi, yoxsa İlqar Məmmədovu müdafiə edənə dərs verməkmi idi? Görünür, sosial polemikalarda etdiyin mühüm yalnışlıqlar budur. Düşünürsən, kimin profilində hansı şəkil var, haralıdır, savadı hansı həddədir, Aztv-dən qovulubsa, BDU-nun jurnalistikasını perevodla bitiribsə...beləcə özünə aid olmayan lüzumsuz təhlilin kimsəyə xeyir gətirmir. Və bu kimi yanaşmalarla cəmiyyətdə seçilmək, fikir plüralizmi formalaşdırmaq olarsa, bu "elmin” səni utandırmayacaq yanını qoy ortalığa.
Yəqin ki, Məhəmmədəli Qəribli düzləri etmədiyinin fərqində... Belədə, diktator jurnalistə oxşayır ki, bunu heç bəyənmədiyi azman media adamları belə heç zaman etmir... 
Məhəmmədəli! Statusunda yazıbsan :"Heç olmasa gedib ildə bir dəfə ölən dədəsinin qəbrini ziyarət etmir, ancaq başqasının atasının şəkilini illərlə öz profil rəsmi olaraq saxlayır...". Hanı hədəfinin, səni söyən olubsa kimliyi? Bu xitab fərdidirmi? Ən əsası, hanı rəyindəki müsəlmançılıq hissin, hanı dirinin ölüsünə sayğın? Özün iddia edirsən, məgər qisası kiminsə atasının öldüyünü hayqırmaqlamı ifadə etməlidi bir ziyalı? Məncə jurnalist belə etməzdi, etsə-etsə bu hərəkəti feysbuk aktivistləri edərdi, amma səndən fərqli səhvi anlayan kimi də silərdi. Bir də, kiminsə profilində İlqar Məmmədovun şəkli vardısa, (hərçənd ki bu iddiana fakt-dəlil gətirməmisən) bu sənə söydüyünə görə kimisə şantaj etməyə cəsarətmi yaradırdı? Bu təhlükəli siyasi təfəkkür tərzini hansı dükandan almısan? Bunun izahını da səni bürüyən qaranlığında axtarmalısan. 
Kiminsə kəndi eybini, nöqsanını görməyən, stsusunda mənə və başqalarına düşəcək o məna tərzinə qarşı yazdığım yazıdan belə nəticə çıxarmağın əbəs oldu. Ümumiləşdirmə ilə səncə hədəf bizlər də deyildikmi, Məhəmməd? Əgər deyildiksə, yazdığın statusda bunu ifadə edib, məndən üzürhaxlıq tələb edə bilərdin. Əgər bunu etmədinsə, sənin üzür yox, başqa məqsədlər peşində olduğuna kəfiləm. Sən sadəcə provokatorsan, jurnalistikanı dayaz ağlınla sadəcə dayazlaşdırmaqda olan birisisən. ..
Hamı bilir ki, fb profilində Nuru Paşanın və başqa dahilərin şəklini saxlayan neçə-neçə azərbaycanlımız var. Kimisi heyvan şəkli, kimisi ağac və mənzərə şəkli də təbliğ edə bilər. Bunun axı nəyi ayıbdı? Bunlar var, özü də, məni kimi atasız olanı lap çoxdu. 
Allah sənə atasızlıq nəsib etməsin, atanın uzun ömrü, sağ canı olsun ki, yoxluğunun ağrısından mənim yerimdə olmayasan, özünə pay götürüb tənqid ucbatından mənim kimi qanını qaraltmayasan...
Statusunda mövzudan kənara gedib, mənə və yazıma dəxli olmayan temalar da "xırdalanıb”. Xüsusilə təkrar etməliyəm, deyəsən. Mən sənə qarşı qisasçılıq məqsədilə istifadə olunacaq maşa deyiləm, bu nakişilik funksiyasını icra etməyə də çox ağıram. Atalar demiş; girişmə, gördüyün hər ötən daşa – qaldıra bilməzsən zora düşərsən!
Və mənim realda öz maşalarım, şüur və əqidəmdə dahi şəxsiyyətlərim, Heydər Əliyev simasında kumirlərim var. Belə olmasaydı, idealım və amalım üçün səninlə bu müzakirələr də baş verməzdi... 
Digər gətirdiyin izahlar isə, bu mövzu vasitəsilə kimlərəsə NOTA verməyinə bənzəyir, təəssüf ki, bu cür açıqlama veribsən, Osmanla aramızda çox səmimi münasibət var, deyirsən. Yazdıqlarında mənim adıma ünvanlanan, lakin kimlərləsə şəxsi qərəzini, ictimaiyyətə lazım olmayan ədavət nağılını oxuyuram, təəssüf. Bir daha deyirəm, mənim adım və bostanım sənin və hansısa səfeh(lər)in döyüş poliqonu deyil. Bunu dəqiq bil...
Jurnalist olaraq, onu da bəyan edirəm ki, oxunmasının önəminə vardığım, özündə xəbər yükü daşıyan 10-larla adamın statusunu xəbər etmişəm. Və Məhəmmədəli Qəribli adlı sosial şəbəkə aktivistinin statusu üçün də bu əziyyəti çəkmişəmsə, buna qınaq yox, sadəcə sağol düşürdü. Mənə görə yazanın profil şəkli deyil, yararlı olan statusu, cəmiyyətin formalaşması üçün hansısa düşüncəsi önəmlidir. Amma zoruna gedirsə, söz – sənin statusunu bir də xəbər etmərəm, buna elə ehtiyac da yoxdur. Hələ sağolsuzdusa heç...
Bəs, Osman özünü jurnalist sayırsa, həmin statusun kimə ünvanladığını Məhəmmədəlidən niyə soruşmayıb? Məhəmmədəli,əvvəla səninki kimi, mənim anketim dərin deyil və əgər mən bir günün içində ünvansız statuslar yazmağa başlasam, inan ki, mənə də heç kəs zəng etməyəcək. Amma ünvanı kütləviləşdirib və qəlbimdə də birini tutsam, hamı məndən iyrənəcək. Bunu anlamaq bu qədərmi çətindi? Bir cümlə ilə milyonları oxşayıb, minlərlə insanın da qəlbini yaralamaq asandır. Yazdığın qıjı statusuna bəraət qazandımaq cəhdin də beləcə ağrılı oldu. Hər sətrinin altında hikmət yata bilər, amma ünvanı ümumiləşdirmək yalnızca səhvin idi ki, mənə də o zəhrimardan bir pay düşüb, cavabını da ümumi olaraq vermişəm. Aramızda mühüm qırmızı xəttə diqqət etməliydin - Statusun mənim kimi yüzlərlə adamı əhatə edib açıqca alçaldırdı, mənim statusum isə, tarixi şəxsiyyətləri mənəvi dədə saymayan (axı məncə bu sən deyildin) bəzi alçaqları alçalda bilərdi...
Məhəmmədəli! Mənə qarşı iddialar edərkən sənin və statusa rəy yazanlarının çox diqqətsiz davranışlarına da "əhsən” deyirəm. Heç yerdə görünməyən təcrübə - özün yazdığın statusa hər şərhə əlavə şərh yazasan. Bu qədərmi ucuzlaşdıra bilirsən media adını, aktivist...
Narazı qaldığın və adın çəkilməyən yazımı hansısa şərəfsizdən eşidib yox, sənin o statusunu oxuyub yazdığımı bir daha deyirəm. Bu açıqlamanla yenə də insanları təhqir edirsən. Bunu həmişə edə bilirsənsə,cəsarətin varsa bundan sonra mütləq mənsiz və açıq et...
Sonda, Məhəmmədəli Qəribli! Açıqlamanın sonluğunda səndən gözləmədiyim daha bir hal-qəza, məni açıq şantaja üstünlük vermisən. Yenə təəssüf edirəm, buna ehtiyac yox idi axı. Yaratdığın profil şəklinin səs-küyünü qurtarmamış, adətin üzrə hansısa şəkli yada salırsan. Yenə atmaca-tapmaca lüksün gəlir adamın üstünə…
”Qorxuram”, amma əmin ol ki, bəzilərinin xarici ölkədə olan doğmalarını tapa bilərsən, mənim isə nə mühacirətdən prezidentin və dövlətçiliyin ünvanına hürüyən bir qohumum, nə xaricdən qazanıb burda kişilənməyim üçün dollar göndərənim yoxdur. Sevdiyin və yuxarıların səni görməsi üçün verilişlərinə qatıldığın şou-vumen Xoşqədəmlə kimi harada nə qədər istəyirsən axtar...Profillərdə axtardığın nəticədən başqa bir yerə varmayacaqsan, çünki niyyətin qüsurludur...
Yazdıqlarım məni virtual da olsa tanımağında uduzmayan Məhəmmədəli Qəribliyə düşmən mövqeyimdən, ya da kim(lər)i isə müdafiəmdən irəli gəlmir. Mənə görə, bu polemika fikirlərin toqquşması, anlaşılmazlıq və təəssüf ki, Azərbaycansayağı media təmsilçilərinin ənənəvi və xırda inciklik nümunəsidir. Təəssüf...Bu udar məni də vurdu... 
Hər şeyə rəğmən - Məhəmmədəliyə sayqılarla" 

Osman Nərimanoğlu
P.S... Sonda bir fikir yadıma düşdü: Universitetdə bir fəlsəfə müəllimimiz belə deyərdi: "Əslində, həyatda görünən bir çox varoluşlar fəlsəfi yoxluğun bir yanıtı, işartısıdır". Məncə mediada bu yolla mənə savaş açan SATANA hər kimsə - FƏLSƏFİ YOXLUQ KİMİDİR!...

"Demokratik.Az"

Xəbər 3234 dəfə oxunub






Oxşar xəbərlər

İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Xəlil Rzanın xanımı şikayətçidir – 4 mini ödənilməyib
Bu sözlərin yazılışı DƏYİŞDİ – SİYAHI
Eldar Əzizov yüksək vəzifəli məmuru işdən azad etdi
36 yaşlı Bakı sakini itkin düşüb
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Avropa Liqasında ilk tura yekun vurulub- NƏTİCƏLƏR
Rusiya hökumətinin vəkili zorlamada ittiham olunur
Prezident Ramil Usubovu mükafatlandırdı (FOTO)
Etimad İsmayılovla Sevil Nuriyevanın -BÖYÜK SEVGİ HEKAYƏSİ
Gözəl Dəmirov Etimad İsmayılovu NİYƏ öldürüb?
BU GÜN AŞURADIR - ZİYARƏTGAHLARDA CANLANMA VAR
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığa ümid bəsləyir
Küveyt parlamentinin sədri Azərbaycana gəlib
GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15916] initstartout [0.00017] initstartin [0.00091] calstart [0.01043] calend [0.00059] topnewsend [0.00491] rsssend [0.00000] ehgend [0.01174] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12973]