ABŞ sanksiyaları Ermənistanı da vurdu

  • 24 avq 2018, 11:49

Oleq Deripaskanın Ermənistandakı zavodunda kütləvi ixtisar başlayıb

ABŞ sanksiyalarının Ermənistana təsiri qaçılmaz olub.

Məlum olduğu kimi, Vaşinqton tərəfindən tərtib edilən "Kreml məruzəsi”ndə 210 rusiyalı biznesmenin adı yer alıb. Onların arasında Kremllə sıx bağlantıları olan Roman Abramoviç, Oleq Deripaska, Yuri Kovalçuk,Yelena Baturina kimi isimlər var.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, sanksiyaların önəmli bir ucu Ermənistana dəyəcək.

Belə ki, ölkədə 2000-ci ildən bu yana fəaliyyət göstərən "Rusal Armenal” Qapalı səhmdar cəmiyyəti Oleq Deripaskanın "Rusal” şirkətinə məxsusdur. "Rusal” özü də eyni milyarderə aid olan "EN+” holdinqinə daxildir.

"Rusal Armenal” Qafqazda və Mərkəzi Asiyada alüminium folqalarını istehsal edən yeganə şirkət sayılır. Ermənistanın ABŞ-a ixracatının 70%-ni məhz "Rusal-Armenal” şirkəti tərəfindən istehsal olunan alüminium folqaları təşkil edir. Təkcə 2017-ci ildə şirkət ABŞ-a 47,milyon dollarlıq məhsul göndərib.

Ermənistan mətbuatı sentyabr ayının 1-dən başlayaraq şirkətdə kütləvi ixtisarlaırn aparılacağını yazır. Zavod rəhbərliyi ABŞ-a ixracatın və beləliklə gəlirlərin azaldığını bəyan edib.

Erməni mediasına danışan iqtisadçı Movses Aristakesyan ABŞ sanksiyalarının əsasən korrupsiyalaşmış ölkələrn iqtisadiyyatlarına tətbiq olunduğunu qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş hakimiyyəti strateji obyektləri əlindən çıxarıb, onları Rusiyanın və rus oliqarxlarının mülkiyyətinə çevriməməli idi.

"Əvvəlki iqtidarın rəhbər orqanları belə strateji obyektləri rusların əllərinə təslim edəndə bu cür situasiyanı görməli idilər. Biz həm iqtisadi, həm də sosial təhlükəsizliklə bağlı suverenliyimizi itirmişik”, - erməni iqtisadçı bildirib.

Aristakesyan indiki hökumətin vaxtilə Kremldən gələn sifarişlər və siyasi təzyiqlərlə Rusiyaya verilən bu zavodlaırn yenidən milliləşdirilməsini təklif edib.

Oxşar xəbərlər