Heydər Əliyev Fondu tərəfindən ADAU-ya DƏSTƏK

  • 20 avq 2018, 19:21

20 avqust 2018-ci il tarixində Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov və  baş mütəxəssisi Fuad Rzayev, İsrailin Azərbaycandakı Səfirliyinin Birinci Katibi və Missiya rəhbərinin müavini Avital Rosenberg və iqtisadi əlaqələr üzrə köməkçisi Kəmalə Ramazanova,  İsrailin dünya miqyasında tanınmış "Netafim” şirkətinin nümayəndələri İlya Krasnoşekov və Məzahir Nəcəfov Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU)  səfər ediblər. Səfərin məqsədi Heydər Əliyev Fondunun dəstəyi ilə ADAU-da "Netafim” şirkətinin müasir suvarma sisteminin quraşdırılması layihəsinin müzakirəsi olub. Qonaqlarla görüşən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsində görülmüş işlər,  kənd təsərrüfatı ixtisasları, o cümlədən "meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə yalnız dövlət sifarişli və ödənişsiz əsaslarla mütəxəssis hazırlığının mövcud vəziyyəti, tədris və elmi-tədqiqat məqsədilə müasir suvarma sisteminin quraşdırılmasının vacibliyi barədə danışıb. Layihənin  həyata keçirilməsi üçün göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirən rektor quraşdırılacaq sistemin universitetdə mütəxəssis hazırlığının səviyyəsinin daha da yüksəldilməsinə, nəticədə, aqrar sahənin kadr təminatına böyük töhfə verəcəyini qeyd edib.

       Heydər Əliyev Fondunun Beynəxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov, İsrailin Azərbaycandakı Səfirliyinin Birinci Katibi və Missiya rəhbərinin müavini Avital Rosenberg, "Netafim” şirkətinin nümayəndəsi  İlya Krasnoşekov çıxış edərək layihənin mahiyyəti, texniki-iqtisadi göstəriciləri, gözlənilən nəticələr barədə məlumatlar veriblər.

Görüşdən sonra qonaqlar universitetin maddi-texniki bazası ilə yaxından tanış olub, layihənin icra olunacağı  yerə baxış keçiriblər.

Demokratik.Az

Oxşar xəbərlər