Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO

  • 18 avq 2018, 22:45

Olimpiya Oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayevin rütbəsi artırılıb.

Oxu.Az-ın məlumatına görə, tanınmış idmançı Dövlət Sərhəd Xidmətinin baş leytenantı rütbəsini alıb.

"Artıq bir aydır ki, DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin sərəncamı ilə baş leytenant rütbəsinə layiq görülmüşəm. Bu şad xəbəri sizinlə bölüşmək üçün, mən xüsusi bir günü gözləyirdim, və həmin gün yetişdi - 18-08-2018.

Bu gün Azərbaycan sərhədçilərin peşə bayramı günüdür. Başda DSX-nın rəisi general-polkovnik Elçin Quliyev olmaqla, bütün sərhədçiləri ürəkdən təbrik edirəm və işlərində uğurlar arzulayıram”, - R.Çunayev yazıb.

Xatırladaq ki, Rəsul Çunayev 2015-ci ildə leytenant rütbəsi alıb.

Oxşar xəbərlər