"Lopabığ Nazimin cibi" və "Öpüş: 1 manata..." - Bakbulvarın qərarına ŞƏRHLƏR

  • 18 avq 2018, 13:20


"Dənizkənarı Bulvar ərazisinə Bayıl tərəfdən girişin pullu olmasına dair idarənin atdığı qərar müəyyən narazılıqlar yaradıb. Bir çoxları bunun məntiqsiz olduğunu bildirir. İdarə rəsmiləri isə Bulvara girişin 1 manat olmasını belə əsaslandırır: "Əxlaqsızlıqlara görə bu addımı atdıq".

"Qafqazinfo”ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nazim Məcidov qeyd edib ki, Dənizkənarı Bulvarın ərazisi 16 km-dır:

"Bildiyiniz kimi, Bulvara hər yerdən giriş pulsuzdur. Yalnız Bayıl tərəfdə Su İdman Sarayının yaxınlığında olan kiçik bir hissədə şlaqbaumdan keçid pullu olub. Bunu da şəhər sakinlərinin şikayətləri əsasında tətbiq etmişik. Belə ki, orada daim avtomobillər ötüşürdü, cavan oğlan və qızlar maşında saatlarla oturub uyğunsuz hərəkət edirdilər. Eyni zamanda, oradan "moyka” kimi də istifadə edilib. Bu da sakinlərin istirahətinə maneə törədirdi. Bu hissədə keçidin pullu olması bir neçə adamın xoşuna gəlməsə də, 100-lərlə şəhər sakini bəzi əxlaqsızlıqlara görə bu addımı alqışlayıb”. 

"Demokratik.Az"- ın məlumatına görə, tanınmış sosial şəbəkə istifadəçiləri mövzuya dair narazılıqlarını maraqlı statuslarla ifadə edib.

Jurnalist Məhəmmədəli Qəribli öz feysbuk səhifəsində bunu yazıb:

"Bakı Bulvar İdarəsində güya adam içinə çıxıb danışmağı bacaran lopabığ bir Nazim var. Dünən gül ağzını yenə açıb və deyib ki, Bulvarın bir hissəsinə girişi pullu, yəni bir manat ediblər. Ən maraqlısı isə Nazimin belə qərarın verilməsinin hansı zərurətdən doğduğuna dair səsləndirdiyi əsaslandırmadır. Deyir ki, bu üsulla Bulvarın deyilən ərazisindəki əxlaqsızlığın qarşısını alacaqlar. Belə çıxır ki, bundan sonra Nazimin cibinə bir manat basıb, orda istədiyin hərəkəti edə bilərsən? Vallah, belə kadrın yerini bilən yoxdur. Görəsən, bunu Nərimanov Rayon İcra Hakimiyyətinə məsul bir vəzifəyə təyin etsələr, köhnə erməni qəbirstanlığının ərazindəki küçələrə girişi neçə edər ki, ordakı otel və gecə klublarındakı (xüsusilə də "İNFİNİTİ"dəki) əxlaqsızlığın qarşısı alınsın? Nazimçik həm də mahir yalan danışmaq bacarığı ilə də neçə ildir camaatı bir yerinə sarıyıb. Nə vaxt mikrafon görürsə alıb əlinə deyir ki, bulvarda 2 manatdan yuxarı cay satılmır. Görəsən, niyə ölüb yerə girmir?"

Tanınmış kulturoloq alim və jurnalist Aydın Xan Əbilov da qərarı tənqid edib:

"Öpüş: 1 manata, yaxud seviş yasaqdır!

Əvvəlcə pulsuz virtual intim saytlarını bağladılar, sonra da Dənizkənarı Milli Parkın gizli tərəfində ki, gənclər, sevgililər qucaqlaşıb öpüşürdülər, oranı pullu ediblər, guya indi bir manat verib içəri keçənlər sevişlərinə yasaq qoyacaqlar?
Gənc nəslin intim aləminə əl uzatmayın: əksər dünya müharibələri və inqlabları sevgi və seviş üstündə baş verib. Hitler məhz axtlandığına görə ll dünya savaşına girişdi: axırıncıları xatırladım - Avropa və ABŞ-daki hippilər hərəkatını, sabiq Sovetlər İttifaqının "SSRİ-də seks yoxdur" deyən məmurlarını devirən intim acların üsyanını yada salıq...

Bir tərəfdən işsizlik, uçuz sintetik energetik içkilər, genidəyişmiş ərzaqlar, narkotika, meşşanlıq, fiziki hərəkətsizlik, virtual həyat tərzi, smartfonlarda çürüdülən gənclik - bütün bunlar üsyankar gəncliyin enerjisini cəmiyyətə və quruluşa qarşı yönəldə bilər. 
O zaman və elə isə indi seviş alovuna görə gənclərdən pul qoparmağa çalışan balaca məmurların vay halına...

Rəsmi əyləncəxanalar yox, küçədə bədən satanlar dalana dirənib, universitetlərdə öpüşmək, bulvarda sarılmaq, yolda görüşmək qadağandır, qızla oğlan restorana - bara getməz, nə bilim, diskoteka, gecə klub həyatı əxlaqsızlıqdır deyən cəmiyyətimizin bu kimi gülüş doğuran tabuları bizə sırıyanların özləri masajxana, hostel, klub, sauna, hamamxana adı altında fahişəxana sistemi yaradıblar: oralarda isə nə rəsmi tibbi baxış olur, nə də dəri-zöhrəvi xəstəliklər, SPİD, siflic, hepatitlər kimi dəhşətli yoluxucu və çarəsiz bəlalardan sığortalanmaq mümkündür.

Sonra da generalın kiçikyaşlı nəvəsi orta məktəbin 8 sinif şagirdini məktəbin idman zalının soyunma otağında altına salıb kef edən yerdə videosu yayılır. Orta məktəbin evli müəllimi şagirdinin qarnına uşaq salır...
Ən pisi isə sevişdən yanıqlılar diyarının 40 yaşlı eşşəksevərləri 9 yaşlı körpələrimizi zorlamağa cəhd edir, ata-əmi-qardaş doğma, ya da ögəy qızlarını seks-köləsinə çevirirlər...
Bundan sonra da belələrinin sayı artacaq və ümumiyyətlə, bu millətin genefondunun sağlamlığına qarşı savaş açanlar kimlərdir?!

Demokratik.Az

Oxşar xəbərlər