Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:21 - 23.07.2019  
Paşinyanın 100 gününə sürpriz - çörək bahalaşdı
Tarix: 16-08-2018, 10:28 | Bölmə: ---

Erməni lobbisi də daha baş nazirin islahat potensialına inanmır; Avropa Erməni Assosiasiyaları Forumunun sədri: "Onun hökuməti çox tez yıxılacaq”; Qərbdən böyük para uman Paşinyan isə "Rus NATO-su”nun baş katibi olmaq istəyir – nonsens?

Paşinyanın 100 gününə sürpriz - çörək bahalaşdı2018-ci il 8 may "məxməri inqilabı” ilə silkələnən işğalçı Ermənistan hələ də özünə gələ bilməyib. Ölkədə siyasi qeyri-müəyyənlik davam etməkdədir. "Qarabağ klanı”nın 20 il davam edən talançı və istibdad rejiminin çökdüyü elan edilsə də, yerində daha yaxşısının qurulması yönündə real iş getdiyi də müşahidə olunmur.     

Sabah - avqustun 17-də inqilabçı baş nazir Nikol Paşinyanın yeni postu tutmasının 100 günü tamamlanır. Ancaq onu hakimiyyətə gətirmiş narazı kütlənin əsas gözləntiləri doğrulmamış qalır. Söhbət hər şeydən öncə əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırmaqdan, iş yerləri açmaqdan və ölkədən kütləvi köçü səngitməkdən gedir.

Əksinə, belə görünür ki, vəziyyətin daha betər istiqamətdə inkişaf edəcəyindən yana narahatlıq var. Məsələn, artıq aparıcı erməni mediası bir neçə dəfə yazıb ki, Rusiya Qərbə can atan Paşinyan hökumətini cəzalandırmaq üçün il sonu Ermənistana satdığı təbii qazın qiymətini qaldıracaq. Bu isə avtomatik şəkildə elektrik enerjisinin və zəruri ərzaq məhsullarının da bahalaşmasına gətirəcək.

*****

Sözsüz ki, daxildəki revanşist qüvvələr, ilk növbədə də "Qarabağ klanı” və onlara bağlı oliqarxlar da fürsət gözləyir ki, Paşinyanın ayağı büdrəsin. Gələn məlumatlara görə, qalmaqallı həbslərdən və eks-prezident Robert Köçəryanın azadlığa buraxılmasından sonra bu qüvvələr daha da ruhlanıb. İstisna deyil ki, onlar Kremlin "dirijor çubuğu” ilə tezliklə hökuməti gözdən sala biləcək sabotaj xarakterli addımlar atacaqlar.

Yeri gəlmişkən, Paşinyan baş nazirliyinin 100-cü gününü Azadlıq meydanında mitinqlə qeyd eləməyə hazırlaşarkən məlum olub ki, Ermənistanda un bahalaşıb. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə "Qraparak” qəzeti yazıb.

"Çörək sexi olan iş adamlarından biri deyib ki, dünəndən (srağagündən - red.) bir kisə unun (50 kq) qiyməti 1 dollar bahalaşıb. Əgər sahibi deputat Samvel Aleksanyan olan un zavodu bir neçə gün öncə 50 kiloluq un kisəsinin 22 dollara satırdısa, artıq 23 dollara satır. Nəzərə alsaq ki, adıçəkilən zavod bazarda inhisarçı mövqeyə sahibdir, o zaman zəncirvari prinsip üzrə unun qiyməti başqa zavodlarda da artacaq. Bu da o deməkdir ki, tezliklə çörək bişirən yerlər də ya çörəyi bahalaşdıracaq, ya da onun çəkisini azaldacaq”, - deyə nəşr qeyd edib.

Çörək isə 1 nömrəli zəruri ərzaq məhsulu sayılır. Beləcə, inqilab eləmiş ermənilərin dolanışığı yaxşılaşmaq əvəzinə, pisləşməyə, yaşayış minimumu qalxmaq əvəzinə, enməyə üz tutub. Bu, 100 gün üçün Paşinyana ciddi sürprizlərdən sayıla bilər. Çünki baş verənlər onun ictimai reytinqinə zərbədir.          

*****

Yaranmış durumun başlıca səbəblərindən biri də ötən 100 gündə Paşinyan hökumətinin Ermənistan üçün ciddi maliyyə qaynaqları və sərmayəçilər tapa bilməməsidir. Bu yöndə həm baş nazirin, həm də prezident Armen Sərkisyanın səyləri nəticə verməyib. Məsələ ondadır ki, Qərbin qərar verən mərkəzləri də, xaricdəki imkanlı erməni lobbisi də maliyyə dəstəyi qarşılığında yeni erməni hökumətindən dərin islahatlar aparmağı, köhnə sistemi kökündən sökməyi və Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmağı tələb edir. Bu isə asan məsələ deyil.

Bunun qeyri-mümkünlüyünü artıq Qərblə yanaşı, diasporda da anlamağa başlayıblar.

"Mən bu mitinqin məqsədini anlamıram. Nikol Paşinyan mitinqlər vasitəsilə, Serj Sərkisyana nifrət dalğasında hakimiyyət zirvəsinə qalxıb. İndi də o, eyni yolu gedir - hansı yol ki, mənim fikrimcə, çox pisdir”. "Yeni Müsavat” xəbər verir ki, bunu 1 in.am portalına müsahibəsində Avropa Erməni Assosiasiyaları Forumunun sədri, Serj Sərksiyanın qatı əleyhdarlarından olmuş Aşot Qriqoryan Paşinyanın 100 günlə bağlı sabaha təyin etdiyi mitinqi dəyərləndirərkən söyləyib.

Qriqoryan sərt tənqidlərinə davam edərək deyib: "Gəlin səmimi olaq: ölkədə öz həyatında müsbətə doğru iqtisadi dəyişiklik hiss edən varmı? Məncə, yox. Gerçəyi gizlətmək olmaz axı. Ziyalıların 90 faizi artıq tərəddüd içindədir ki, nədir bu baş verənlər, yeni hökumətdən gözləntilərimiz, inqilabdan sonra dərhal baş verməli olan iqtisadi bum nə oldu bəs? Bu xüsusda siz hər yerdə şübhə, inamsızlıq görə bilərsiniz. Təəssüf ki, mən də həmin qrupa aidəm - hansı qrup ki, hesab edir ki, gözləntilər nəinki doğrulmayıb, aydan-aya adamlar bir az da məyus olacaqlar. Və təxminən inqilaba kimi olan vəziyyətə bənzər vəziyyət yaranacaq. Artıq gördüyümüz kimi, bu inqilab yox, hakimiyyət dəyişikliyi olub - dəhşətli, antimilli Serj Sərkisyan rejimi böyük ümidləri olan gənc adamlar tərəfindən devrilib. Ancaq bu adamlar ümidlərdən başqa heç nəyə - nə bacarığa, nə təcrübəyə, nə də peşəkarlığa malik deyillər”.

Diaspor rəhbərinin sözlərinə görə, eyforik vəziyyətdə olan indiki hakimiyyət heç bir iradı qəbul eləmək, öz ünvanına obyektiv tənqidi dinləmək iqtidarında deyil. "Belə şəraitdə bu cür hakimiyyət adətən tez yıxılır və iqtidara gerçəkdən də nələrisə etməyi bacaranlar gəlir”, - deyə o əlavə edib.

*****

Paşinyan isə bu arada Rusiyadan uzaqlaşmaq əvəzinə, "Rus NATO-su”nun - KTMT-nin baş katibi olmaq istəyir. "Yeni Müsavat”ın xəbərinə görə, srağagün keçirilən KTMT-nin Daimi Şurasının son iclasında Ermənistan nümayəndəsi təklif edib ki, qurumun nizamnaməsi dəyişdirilsin və yeni nizamnaməyə əsasən onun baş katibi postunu baş nazir tutsun.

Bu da sizə indi qərbçi Paşinyanın Rusiyadan uzaqlaşmaq əvəzinə, ona daha da yaxınlaşmaq üçün elədiyi növbəti reverans, jest. Bunun üstündən Qərbdən və lobbidən "islahatlar” üçün böyük para istəməyin yeri qalırmı?..

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 930 dəfə oxunub






Oxşar xəbərlər

Abşeronun "kraliça"sı gender bərabərliyini pozur?
GDU-nun elmi katibi rektorla Cehun Bayramovu üz-üzə qoydu - QALMAQAL
Az.TV-də "sədr bilməcəsi"... – Arif Alışanovun postu 7 aydır ki, boşdur?
Oqtay Şirəliyevin "ŞƏRİKLİYİ" Kardiologiya İnstitutunu məhv edir
Cəbhədə vəziyyət gərginləşib
Rüfət Aslanlı İstanbulda 30 milyonluq sarayda yaşayır
Daha bir güləşçimiz qızıl medal əldə edib
“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” - Rəsul Quliyev
Bu gün Milli Mətbuat Günüdür
Fəttah Heydərov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Çeju - Dünyanın 7 təbiət möcüzəsindən biri - VİDEO
"SOCAR"ın sabiq əməkdaşı NZS-də torpaq qalmaqalı yaşayır - GİLEY
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Asif Mərzili: “Hesab edin ki, jurnalistikamız da torpaqlarımız kimi müvəqqəti işğal olunub…”
Bakı-2019: Azərbaycan yığması paraddan keçib
“Qocaltma” proqramında geriyə yol yoxdur!
Leyla Yunus anormallığına CAVAB - VİDEO
Elçibəyi müdafiə etməyən Əli Kərimovun susqunluğunun ÜÇ SƏBƏBİ
Gəncə Dəmiryolu vağzalında yanğın olub
Oğrular həmkəndlisi çıxdı - Qusarda
Davudoğlu gizlinləri açdı - Ərdoğana açıq İTTİHAMLAR
“Jurnalist təmənnalıdırsa, yaltaqdırsa, simasızdırsa,.” Qulu Məhərrəmli
Masazırda "BMW" 5 maşını vurdu, bir sürücü isə vəhşicəsinə döyüldü + VİDEO
Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok
Ermənilərin Naxçıvan panikası – İrəvan strateqləri odla oynayır
İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12226] initstartout [0.00012] initstartin [0.00054] calstart [0.00653] calend [0.00037] topnewsend [0.00261] rsssend [0.00000] ehgend [0.02009] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09152]