Məcburi köçkün məktəbləri və təhsilalma ayrı- seçkiliyi - EKSPERT SƏRT DANIŞDI

  • 16 avq 2018, 10:24

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın bölgə və rayonlarına səpələnmiş məcburi köçkün məktəblərinə qarşı 25 ildir ki, ayrı- seçkiliklər aparılır. Ölkə üzrə şagird və müəllimlər, ümumilikdə təhsil şöbələri ayrı-ayrı maraqlar çərçivəsində sanki iki kateqoriyaya bölünüb. Azərbaycanda eyni təhsil nazirliyi, eyni qanunlar mövcud olsa da, TŞ-ləri yerli və məcburi köçkün "anlayışı" ilə bir-birindən ayrılıblar. Bəs bu problemə səbəb nədir? Bu ayrı-seçkilik bizə lazımdırmı?.

"Demokratik.Az"-ın məlumatına görə, dünən təhsil üzrə tanınmış ekspert Elşən Qafarov bu mövzu ətrafında öz fikir və mülahizələrini bölüşərək dəyərli təkliflərlə çıxış edib. Ekspert özünün feysbuk sosial şəbəkəsində təşkil etdiyi canlı yayımında, izləyicilərinə bu mövzu barədə danışıb. Ekspert mövcud duruma qarşı sərt mövqe sərgiləyərək hər hansı status (məcburi köçkün-red) və ya bölgə anlayışlarına görə ölkə təhsilinin parçalanma səbəblərini anlatmağa çalışıb.

Ekspert bildirib ki, illərdir aparılan bu cür təhsil siyasəti məcburi köçkün uşaqlarının təhsil almaq hüquqlarını məhdudlaşdırır. Bununla belə, yüzlərlə məcburi köçkün məktəblərində xaos-anarxiya hökm sürür. Məktəblərin böyük əksəriyyətinin fəaliyyəti süni şərtlərlə saxlanılmaqla, büdcə pulları talan edilir. 

Ekspert "Uşaqların və şagirdlərin məktəbə qəbulu və yerdəyişməsi haqqında" Azərbaycan Respublikasının Təhsil Nazirinin 20 iyun 2014-cü il tarixli 738 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara diqqət çəkib. Həmin ilin 6 noyabrında həmin qaydalar kollegiyanın qərarı ilə bir daha təsdiq olunub. Ekspert bu qərarın qəbulunda təhsil nazirinin əmrinin kollegiya qərarından əvvəl verilməsini, üstələməsini, kollegiya iclasının isə həmin tarixdən bəri çağırılmadığını biabırçılıq adlandırıb.

Qərarda olan müddəalar yerli və məcburi-köçkün məktəbləri arasında təhsilalanlara imkan və məhdudiyyətlər tanıyır. Qanun həqiqətən sanki ayrıseçkiliyə hesablanıb kimi təəssürat oyadır.

Elşən Qafarov islahatlar aparılan ölkədə Təhsil Nazirliyinin 3 aydan bir çağırılmasına zəruriliyi xatırladıb. Elşən Qafarov təhsil şöbələrinin ünvanına sərt fikirlər dilə gətirib. Rayonlara səpələnmiş qaçqın məktəblərinin müdir tərəfindən sanki pultla idarə olunduğunu, Bakıda bəzi məcburi köçkün məktəblərinin müəllimlərdən yığılan pulla icarəyə götürülmüş binalarda yerləşdiyini deyərək tənqid edib.

Ekspertin sözlərinə görə, yerli məktəblərdə yerləşdirilən məcburu köçkün məktəbləri yerliyə birləşdirilməlidir. Və 25 ildir ölkə təhsilində müşahidə olunan ayrı-seçkiliyə, biabırçılıqlara son qoyulmalıdır.

"Demokratik.Az" ekspert Elşən Qafarovun mövzu ilə əlaqədar VİDEOçıxışını təqdim edir:


Oxşar xəbərlər