Bakıda da dollar yandırdılar - VİDEO

  • 14 avq 2018, 19:41

Bakıda Türkiyə səfirliyinin qarşısında Ankaraya qarşı tətbiq edilmiş sanksiyalara və ABŞ-ın siyasətinə qarşı aksiya keçirilib.

Etirazçılar "Yaşasın Türkiyə, yaşasın Ərdoğan!”, "Rədd olsun dollar” və başqa şüarlar səsləndiriblər.

"Bu gün Azərbaycan, Pakistan, Qətər və Mərkəzi Asiya dövlətləri Türkiyənin yanındadırlar. ABŞ 15 il ərzində Türkiyə ilə bacara bilmədi və indi orada maliyyə böhranı yaratmaq istəyir”, - aksiya iştirakçılarından biri iddia edir.

Sonra aksiya iştirakçıları nümayişkaranə şəkildə dollarları yandırıblar. Lakin videodan da göründüyü kimi, dollarlar əsl əskinas deyil, printerdə çap edilmiş adi kağızdır.


Oxşar xəbərlər