Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:24 - 15.12.2018  
ABŞ-ın sanksiyaları Ermənistana fəlakət vəd edir
Tarix: 10-08-2018, 09:31 | Bölmə: ---

Sabiq maliyyə naziri: "Sanksiyalar işğalçı ölkənin şirkətlərini də vuracaq...”

ABŞ-ın sanksiyaları Ermənistana fəlakət vəd edir"ABŞ-ın Rusiya və İranla getdikcə daha da gərginləşən münasibətləri bu iki ölkəyə yaxın dost və qardaş münasibətdə olan Ermənistandan da yan keçməyəcək”. Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bu fikirləri ABŞ-ın İran və Rusiyaya sanksiyalarının işğalçı Ermənistana gözlənilən təsirləri barədə "Yeni Müsavat”a açıqlamasında bildirdi. 

Qeyd edək ki, sanksiyaların Ermənistanı vuracağını erməni ekspertlər özləri də etiraf edir. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi İranla əməkdaşlıq edən bir çox dövlətlərə mənfi təsir edəcək, lakin bu məsələdə ən çox ziyan çəkən region ölkəsi Ermənistan olacaq. Yerli mətbuatın yazdığına görə, bunu İran məsələləri üzrə erməni eksperti Karen Veranyan deyib. Onun sözlərinə görə, Vaşinqtonun sanksiyaları Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyəcək, xüsusən də İranla sərhəddə yenicə açılan "Mehri” azad iqtisadi zonasının fəaliyyətini iflic edəcək.

"ABŞ-ın İrana qarşı sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, qonşu İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər. Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, hətta İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq. Bu baxımdan ”Mehri" azad iqtisadi zonasında İran şirkətləri ilə birgə iş görmək istəyənləri də təhlükə gözləyir. Bütün bu kimi faktorlar potensial investorları Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini riskə atmaq istəməyəcəklər. Nəticədə Ermənistan ciddi iqtisadi problemlərlə üzləşə bilər", - deyə Veranyan bildirib.

F.Yusifov da qəzetimizə açıqlamasında dedi ki, Azərbaycan torpaqlarını uzun illərdir işğal altında saxlayan bu mənfur qonşumuzun iqtisadi həyatı üçün iki "nəfəslik” varsa, ondan birincisi Rusiya, ikincisi isə İrandır: "Azərbaycan və Türkiyə tərəfindən tam təcrid vəziyyətinə gətirilmiş Ermənistan torpaqlarımızı işğal altında saxladığı illərdə Rusiya və İranın birbaşa iqtisadi və maliyyə dəstəyi hesabına ayaqda qala bilib. Bu illər ərzində İranla Ermənistan arasındakı əlaqələr o qədər dərinləşib ki, İran artıq Ermənistana silah satmaq qədər uzaqlara gedib çıxa bilib. 40 milyondan artıq soydaşımızın yaşadığı İranın torpaqlarımızı işğal edən mənfur qonşularımızı silahlandırması bizi məyus edir. ABŞ-n tətbiq edəcəyi sanksiyalar, şübhəsiz, İranın silah satışını da əngəlləyəcək”.

F.Yusifov digər məqamlara da toxundu: "İctimai-siyasi vəziyyətin olduqca gərginləşdiyi son illər ərzində Ermənistanın bir çox kompaniyaları İran kompaniyaları ilə işbirliyi yaradıb. Sanksiyalar İran kompaniyaları ilə əməkdaşlıq edən digər ölkə kompaniyaları kimi, Ermənistan kompaniyalarını da vuracaq. Ancaq bir həqiqət var ki, tarix boyu ermənilər üçün müqəddəs heç nə olmayıb. Erməni siyasətçilərinin verdiyi son bəyanatlarda yaranmış vəziyyətlə bağlı yerli kompaniyalara İran kompaniyalarından mümkün qədər tez bir vaxtda üz çevirmək tövsiyə olunur. Əks halda, nəticələrin ağır olacağı bildirilir. Bütün hallarda Ermənistan İranla iqtisadi əlaqələrin və ilk növbədə ticarət əlaqələrinin kəskin zəifləməsindən ciddi itkilərə məruz qalacaq”.

İqtisadçı alimin fikrincə, Rusiya artıq illərdir Ermənistan kimi bir yükü öz çiynində gəzdirməkdən bezib: "Bunu Rusiyanın siyasi dairələri dəfələrlə etiraf ediblər. ABŞ-ın dərinləşməkdə olan sanksiyaları Rusiya iqtisadiyyatına da ciddi zərbələr vurur. Bu durumda öz ”çulunu sudan çıxarmaqda" çaba göstərən Rusiya üçün Ermənistanla bağlı əlavə xərclər böyük bir yükdür və heç şübhəsiz, Rusiya bu yükü əhəmiyyətli dərəcədə azaltmaq yolunu tutacaq. Rusiyanın Ermənistanla bağlı xərcləri birbaşa maliyyə yardımları da daxil olmaqla, Ermənistana Rusiyadan satılan mallara və məhsullara tətbiq edilən güzəştləri də özündə birləşdirir. Şübhə etmirəm ki, bu gün çətin iqtisadi və maliyyə durumunda olan Rusiya Ermənistana satdığı malların və məhsulların qiymətlərinə yenidən baxacaqdır. Bu isə Ermənistanda onsuz da gərgin olan sosial durumu daha da dərinləşdirəcək".

Qeyd edək ki, Ermənistan mətbuatı tez-tez İrandan Ermənistana dəmir yolunun çəkiləcəyinə toxunaraq, guya əməkdaşlığın yüksək səviyyədə olmasını diqqətə çəkməyə çalışırdı. Keçmiş prezident Serj Sərkisyan hələ illər öncə bəyan etmişdi ki, dəmir yolu 2008-ci ildə tikiləcək. Lakin ötən illərdə bu istiqamətdə heç bir iş görülməyib. Vaxtilə Rusiya "Dəmir Yolları” şirkətinin prezidenti olan Vladimir Yakunin bildirmişdi ki, "İrandan Ermənistana dəmir yolunun çəkilməsi səmərəsiz və perspektivsiz işdir”. İran-Ermənistan dəmir yolunun çəkilişi iqtisadi baxımdan da əlverişli deyil. Ermənistanın ixrac potensialı sıfır səviyyəsindədir. Bu ölkə İran malları üçün bazar olsa da, böyük və gəlirli bazar hesab edilə bilməz. Bu günlərdə yenidən dəmir yolunun çəkilişi gündəmə gəlib. Ancaq inandırıcı deyil ki, sanksiyalara məruz qalan iki böyük dövlət Ermənistan üçün əlavə xərc çəkmək istəsin.

Yeri gəlmişkən, Ermənistanın İranla ticarət əlaqələrində qida məhsullarının idxalı mühüm yer tutur. Ancaq ABŞ sanksiyalarına qida məhsulları da aiddir. Belə olan halda işğalçı ölkəni növbəti fəlakətlərin gözlədiyini təxmin etmək olar.

"Yeni Müsavat”

Xəbər 744 dəfə oxunub






Oxşar xəbərlər

Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür
“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
Ucarda bir ailə kömək istəyir - EVLƏRİ UÇUB
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
Bakıda "BMW" yandı - VİDEO
İşçilərin sayı artdı – Maaş 540 manata çatıb
Eldar Əzizov Atatürk parkını niyə “şumlayır”? - Açıqlama
“İnşaat Konstruksiyaları” MMC barədə CİNAYƏT İŞİ BAŞLANDI – Rəsmi
AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
"iPhone"un Çində satışına qadağan qoyulub
Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”
Şabranda evdən 2900 manat oğurlanıb
Poroşenko Rusiya ilə dostluğu bitirdi - ŞOK
Mirismayıl Xələfli pedofildirmi? /Etiraf, İttiham və özünü təkzib + VİDEOSÜJET
Fransa etirazlarında Rusiya izi araşdırılır
"Onlar şərəfsizdirlər” - Ərdoğandan - VİDEO
PLAGİAT QALMAQALI: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”
Qubada tələbə itkin düşüb
Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
MİLLİ MƏCLİS Parlamentin 100 illiyini niyə qısa andı? - VİDEO
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18948] initstartout [0.00020] initstartin [0.00097] calstart [0.01142] calend [0.00066] topnewsend [0.00527] rsssend [0.00000] ehgend [0.02875] tagsstart [0.00075] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14142]