Rus mafiyasının lideri erməni oğrunun titulunu əlindən aldı

  • 01 avq 2018, 18:24

Əslən erməni olan qanuni oğru Suren Tavadov (Surik Əndicanski) rus mafiyasının lideri Zaxariya Kalaşovun icazəsi olmadan milyonlarla dolları mənimsədiyinə görə "qanuni oğru” tacından məhrum edilib.

Axar.az xəbər verir ki, "Praym Kraym” saytı Tavadovun qanuni oğru adını 2004-cü ilin avqustunda Aslan Usoyanın (Ded Xasan) vasitəçiliyi ilə aldığını yazıb.

"Surikin problemləri 2013-cü ildə Ded Xasanın ölümüylə başladı. O, polis tərəfindən iki dəfə profilaktik tədbirlər məqsədilə saxlanıldı. 2015-ci ildə isə Əndicanski 7 qram kokainlə saxlanıldıqdan sonra ev dustaqlığına məhkum edilən ilk qanuni oğru oldu. Həmin ilin oktyabrında Tavadov həbsə düşsə də, bir neçə ay sonra 10 milyon rubl girov qarşılığında azadlığa çıxdı. Həbsdə olduğu zaman Kalaşov onun əlindən qanuni oğru adını almağa cəhd göstərdi. Tavadovun Kalaşovun qəzəbinə tuş gəlməsinə səbəb almaz biznesində olan iş adamlarından bir neçə milyon mənimsəməsi və bunu Kalaşovla bölməməsi olub. 2016-cı ilin iyulunda Kalaşov həbs edildiyinə görə Suriki cəzalandıra bilmədi.

Əndicanski bir müddət əvvəl Moskvada onun qanun oğru titulunu daşımasını tanıyan bir sıra avtoritetlərlə görüş təyin etdi, lakin sonradan rus mafiyasının Rusiya üzrə nəzarətçisi Kaxa Qalski işə qarışaraq, Tavadovun yekun olaraq oğru titulunun əlindən alındığını bəyan etdi. Üstəlik, Tavadovdan Kalaşova olan borcunun qaytarılması tələb olundu”.

Oxşar xəbərlər