Qarabağlı alimdən vətənpərvər təklif: "Qarabağ TV" açılsın!"

  • 01 avq 2018, 14:51

Ermənistanın Azərbaycana saxta ərazi iddiaları, hərbi təcavüzü nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulub, 20 faiz vətən torpağı düşmənin tapdağına məruz qalıb, 1 milyondan artıq soydaşlarımız 25 ildir ki, öz dədə-baba yurdundan didərgin düşüb. Minlərlə şəhid vermişik, mədəni-tarixi abidələrimizin, qəbiristanlıqlarımızın dağıdılması, təbii sərvətlərimizin talan edilməsi ilə üzləşmişik. Geridə qalan 25 illik zaman kəsiyində "Dağlıq Qarabağ" düyününün həllinə nail ola bilməmişik.

Azərbaycan tərəfi öz ərazi bütövlüyünün bərpasında sülh yolunu tutsa da Ermənistanın və qondarma Dağlıq Qarabağ adlı separatçı bir erməni rejiminin əks siyasi həmlələri ilə üzləşir. Açıq hərbi-siyasi qarşıdurma hələ də davam edir.

Münaqişənin haqlı tərəf olaraq bizim xeyrimizə həll olunması istiqamətində aparılan ən mühüm mübarizə metodlarından biri isə informasiya mübarizəsidir. Bu baxımdan, Azərbaycanın bir çox ziyalıları Qarabağ həqiqətlərinin dünyaya daha dolğun və sürətlə çatdırılmasının tərəfdarıdır.

"Demokratik.Az" - ın məlumatına görə, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev maraqlı təkliflə çıxış edib. O ölkənin 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət edərək, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, ermənilərə qarşı peşəkarca informasiya mübarizəsinin aparılması üçün buna hazır olan komandasının və özünün adından Qarabağ Televiziyanın açılmasında kömək istəyib.

Müraciətdə deyilir:

"Hörmətli Mehriban xanım!

Azərbaycan 1988-ci ildən bu günə qədər erməni teroruna və işğalına məruz qalmaqdadır. Bu illər ərzində onlara qarşı bir neçə dəfə informasiya sahəsində mübarizə başlansa da, əksəriyyəti fiaskoya uğradı. Bu gün bizim ermənilərə qarşı informasiya müharibəsində uduzuduruq. Bu müharibəni aparan adamlar bilirlər ki, düzgün qurulmuş və düzgün aparılan informasiya müharibəsi vasitəsilə, hərbi qələbəni məğlubiyyətə və ya əksinə, hərbi məğlubiyyəti qələbəyə çevirmək olar. İnformasiya texnologiyalarının inkişafı, bu müharibənin aparılma üsullarına, və miqyasına bilavasitə təsir edir. Əfsuslar olsun ki ölkəmiz bu müharibənin düz ortasındadır, Azərbaycana qarşı bir çox cəbhədən aktiv informasiya müharibəsi qedir, bu müharibənin qaçılmaz fəndlərindən biri psixoloji əməliyyatlardır ki bunlar da bizə qarşı aktiv tətbiq edilir. Bunların içərisində ən aktiv olanı Ermənistan cəbhəsidir, dünya tərəfdən olan informasıya "atəşinin” böyük hissəsi də məhz ermənilərin nailiyyətidir. Qeyd edim ki, Qarabağın erməni torpağı olduğunu "sübut” etmək, Azərbaycanın müharibə istədiyini, Ermənistanın isə yalnız müdafiə mövqeyində durduğu fikrini beynəlxalq ictimaiyyətə aşılamaq erməni informasiya cəhbəsinin əsas istiqamətidir. Paralel olaraq Dağlıq Qarabağda qurduqları qondarma qurumu müstəqil dövlət kimi təqdim etmək və tanıdmaq, bu yolla müharibənin Qarabağla Azərbaycan arasında qetdiyi fikrini yaymaq, Ermənistanın isə yalnız Qarabağ xalqını Azərbaycanın təcavüzündən qorumağla məşğul olduğunu aşılamaq onların əsas fəaliyyətidir. Məhz niyə Sizə müraciət etdim. Bu hakimiyyətdə elə qüvvələr var ki, Prezidentə müraciət etsək onu əngəlləməyə çalışacaqlar idi. Lakin Siz xarektercə mübariz insansız və biz qarabağlılar bilirik ki, içinizdə Vətən və Qarabağ sevgisi vardır. Biz inanırıq ki, müraciətimizi qəbul edib ermənilərə qarşı İnformasiya müharibəsində yanımızda olacaqsız və QARABAĞ TV kanalının açılmasında dəstək olacaqsız.

Qarabağ TV-nin əsas istiqaməti Qarabağ barədə real və daha düzgün informasiya mübarizəsi aparmaq və düşmənə qarşı hücum taktikasını icra etməkdir. Bunun üçün komandamız hazırdır".

Qarabağlılar adından - Zaur Əliyev

Demokratik.Az

Oxşar xəbərlər