İrəvanda çağırış: "Rus bazası ölkədən çıxarılsın"

  • 01 avq 2018, 12:28

Ermənistanda Feysbuk sosial şəbəkəsi vasitəsilə 102-ci bazanın ölkədən çıxarılması haqda çağırışların tirajlanmasına başlanıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "EurAsia Deyli” saytı yayıb. Sayt məlumatı tirajlayanların 102-ci bazanın çıxarılmasına əsas səbəb kimi onun Ermənistanın maraqlarına xidmət etməməsini göstərdiklərini bildirib.

Maraqlı məqam isə məlumatların Feysbukda əsas mənbə olaraq bir səhifədən yayılması olub. Belə ki, bu səhifənin Soros Fondunun keçmiş əməkdaşı Daniyel İonisyan və ölkədə LGBT haqlarının aktiv təbliğatçısı Karpis Paşoyana məxsus olduğu müəyyən edilib. Sayt İonisyanın Soros Fondundan çalışdıqdan sonra hökumətdə özünə yer etdiyini və hazırda Ermənistan Baş nazirinin müavini Ararat Mirzoyanın rəhbərliyi altında Seçki Kodeksinin dəyişdirilməsiylə bağlı yaradılan komissiyanın fəaliyyətini koordinasiya etdiyini bildirib. Paşoyana gəlincə isə o həm də uzun müddət Ararat Mirzoyanın mətbuat katibi kimi çalışıb.

Ararat Mirzoyan amerikalılarla geniş iş təcrübəsinə malikdir. 2012-2013-cü illərdə o, ABŞ Dövlət Departamentinin dəstəyi ilə təşkil edilən Seçki Sistemləri Beynəlxalq Fondu proqramına rəhbərlik edib.

Oxşar xəbərlər