İsmayıllıya yeni prokuror təyin olunub

  • 30 iyul 2018, 18:21
İsmayıllıya yeni prokuror təyin edilib.

Demokratik.Az Apa-ya istinadən məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Tural Yusifova İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

T. Yusifov buna qədər baş prokurorun böyük köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, İsmayıllı rayon prokuroru Ülvi Abbasov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib. Ü. Abbasov və onun böyük kökçisi Faiq Quliyev korrupiya ittihamı ilə həbs ediliblər.
Oxşar xəbərlər