Güllələnən ZƏHRAMIZIN gülüş səsi və ləçər Zaranın erməni nəfəsi

  • 29 iyul 2018, 16:54

Ötən il, iyulun 4-də mənfur erməni gülləsi Füzulinin Alxanlı kəndində böyüyən 18 aylıq bir qızcığazın canına qıydı. Azərbaycan sarsıldı. Həmin günlərdə Cocuqmərcanlıya qayıdışın sevinci yasa qarışdı. Ağlaya-ağlaya bu faciəli xəbəri tirajladıqsa da, lənətə gəlmiş düşmən ordusunu cocuq qatili adlandırdıqsa da, o vandalizmi, vəhşiliyi tam ifadə edə bilmədik. Bəlkə, özümüz də tam anlamadıq. Hələ dil açmadan canını vətən yolunda fəda eləyən, mən əsgər deyiləm, Zəhrayam deyən fidan balamızın yanında nədənsə "lal" qaldıq. Bəli, lal!...

Zəhra qızımızın ruhu qarşısında and içməliydik ki;"Qarabağı tezliklə alacağıq!"

Söyləməliydik ki; "Zəhra bala, bu gündən sənin qanın tökülən ana torpağın bir qarışı da yağı tapdağında inildəməyəcək!"

Vəd verməliydik ki, bir daha körpələrimizin canına qıyılmayacaq!

"Düşmənin önünə sipər olacağıq, hamımız ölsək də təcavüzkar hayları vətənimizdən qovub çıxaracağıq" - deməliydik ONA!

Deməliydik və bu dediklərimizi hərfi-hərfinə, comərdcə yerinə yetirməliydik!

Bütün şəhidlərimizin qisasını alacağımıza bir daha and içməliydik!

İçimiz parçalandı, gözlərimizdən yaş yerinə qan da axdı, ruhumuz büsbütün fəryad eylədi, amma nədənsə bunları nə deyə, nə edə bildik...

Bizlər Zəhra üçün ölməliykən, O, ağlamadan, ana qucağında böyümədən hamımızın yerinə öldü. Öldü ki, bəlkə haqq-ədalət oyana - OYANMADI...




İyulun 4-də Zəhranın şəhidliyindən düz bir il otdü. Ondan geriyə isə, bizim hər birimizə qanmaq dərsi qaldı. Zəhranın acı taleyi, körpə məsumiyyəti, üzüntü, fəryad...Bir də gülər üzündə oxunan, xoş səsində və açılmayan dilində eşidilən VƏTƏN - ANA sözü... 

Son günlər ləçər bir erməni - kürd əsilli Zaranın Bakıya gətirilməsi yaralarımıza duz basdı, yayın istisi bir yana, "Jara" festivalının da erməniləşən alovu xalqın ziyalısından deputatına, uşağından qocasına hər kəsə xəcalət təri gətirdi. Bu gərdişə utandıq, Zəhra kimi digər şəhidlərimizin ruhuna boylanıb boynumuzu yana bükdük. Utanacağımızı bilirdik deyə, hayqırdıqsa da, narazılıq etdiksə də çifayda...

Erməni simasının - Zaranın Bakıya gəlməsini durdura bilmədik. Axı, ağılara qalmış "Zara Bakıya gəlməsin!" deməyə haqqımız vardı. Bununçün Qarabağ boyda dərdimiz yetər bizə. Xalqın bu narazılığını duymaq isə, Zəhramızın ah-naləsinə səs verməyə, bu kədəri yaşamağa bənzəyirdi. Kimsə bu hissi yaşamadısa, yazıq! Mövzu bu qədər sadə, başadüşülən və DƏHŞƏTLİDİR!

Bu festival kiminə kef, Azərbaycanın milli duyğularına isə dərd-qəm oldu. Zaranın bu festivalda hansı mahnını oxuyacağından asılı olmayaraq, əvvəldən bilinirdi ki, bu ləçər erməni nəfəslidir, düşmən xislətlidir. Bu nəfəsi, bu xisləti Bakıya gətirməməliydilər.

Bugün "Jara" musiqi festivalının sonuncu günüdür. Zara gəldi, zarıdı, bizi özümüzdən çıxartdı və nəhayət gedir. Amma, Zəhra balamıza və minlərlə şəhidlərimizə qarşı edilən erməni günahını, günlərdir özünə qazandığı lənətləri də özü ilə aparır...

ARTIQ ANLAYIRAM Kİ, KAİNATDA BiR KÖRPƏ QIĞILTISI QƏDƏR SEVİNDİRİCİ, GÜLLƏ SƏSİ QƏDƏR DƏ KƏDƏRLİ SİMFONİYA YOXDUR! İNDİ ÖZÜNÜZ DEYİN, BİZİM ZƏHRAMIZIN GÜLÜŞÜNÜ GÜLLƏBARAN EDƏN ERMƏNİLƏRİ BAĞIŞLAMAQ ASANMI İŞDİR? zaranın BAKIDA OXUMASI DA MİLLƏTİN HİSS VƏ DUYĞULARINA ATILAN GÜLLƏ EFFEKTİ İDİ.

Beləcə, Zəhra balamızın (Allah rəhmət eləsin - Amin!) məsum ruhu hər birimiz üçün QİSAS MƏBƏDİDİR...

Günlərdir xalqın hissinə soğan doğrayan Zara Mqoyan ismi və erməni vandalizmi sadəcə və ancaq lənət damğasıdır...

Osman Nərimanoğlu





 

Allah Zəhra balamıza rəhmət etsin və bizə də imkan versin ki, ermənilərdən onun qisasını alaq. Bu bizim üçün qeyrət, namus məsələsidir!

 

Demokratik.Az

 

Oxşar xəbərlər