Köçəryan həbsində Azərbaycanı dilə gətirdi

  • 28 iyul 2018, 11:09

Ermənistanda 1 mart qırğınları ilə əlaqədar təşkil edilən məhkəmə prosesi başlayıb.

"Sputnik Ermənistan” məhkəmədə Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsi məsələsinə baxılacağını yazıb.

Hələlik Köçəryanın məhkəməyə gəlib-gəlmədiyini bilinmir.

Məhkəmə qapalı keçirilir.

***

Ermənistanın eks-prezidenti Robert Köçəryan İrəvan 1 mart qırğınlarıyla bağlı təşkil edilən məhkəməyə gəlib.

"Aykakan Jamanak” qəzeti Köçəryanın məhkəmə zalına arxa qapıdan daxil olduğunu bildirib.

***

Mənim həbsimə görə Azərbaycan sevinəcək.

Bunu "Yerkir Media” televiziyasına müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

"Hökumət artıq günahkarları təyin edib və indi ittihamların təmin olunması üçün formul axtarır. Təkrar edirəm, mən belə şeyin olacağını gözləmirdim. Ölkəyə təhdid böyükdür. Nəzərə alın ki, ordunun bütün rəhbər heyəti ittiham olunur.

İndi onlar mənim həbsimi istəyirlər. Onlar istəyirlər ki, qələbə əldə edən "Dağlıq Qarabağın birinci prezidenti”ni həbs etsinlər. Onlar iqtisadi inkişafa nail olan Ermənistanın ikinci prezidentinin həbsini istəyirlər. Mən indi Azərbaycanda buna necə sevindiklərini təsəvvür edirəm. Onlara bu hədiyyəni verin”, – deyə o bildirib.

***

Daşnaklara bağlı olan Yerkramas.org saytı məhkəmənin Ermənistanın ikinci prezidenti Robert Köçəryanla bağlı qərarı müzakirə etmək üçün məşvərət keçirdiyini, həbs ehtimalının yüksək olduğunu yazıb. Rəsmi qərar bir neçə dəqiqədən sonra elan ediləcək.

***

Məhkəmə Robert Köçəryanın həbsinə qərar verib.

Bu barədə erməni mediasına Köçəryanın vəkili Aram Arbelyan bildirib. Köçəryanın həbsinin təfərrüatı sabah açıqlanacaq.


Oxşar xəbərlər