Zara Bakıya gəlməyəcəkdi AMMA gəldi! SƏBƏBİ - AD GÜNÜ

  • 28 iyul 2018, 00:09

Son günlər Bakıda keçirilən "Jara 2018" Beynəlxalq Musiqi Festivalı ölkə ictimaiyyəti tərəfindən tənqid hədəfi olub. Belə ki, möhtəşəm tədbirdə erməni-kürd əsilli olduğu deyilən, Rusiyanın əməkdar artisti Zara Mqoyanın iştirakı insanları özündən çıxarıb. Narazı insanlar haqlı olaraq hesab edir ki, bir ermənipərəstin Bakıya rahatca gəlib, burada mahnı oxuması, düşmənçilik bəslədiyi Azərbaycanda gəzib-əylənməsi millətin hisslərilə oynamaqdır...

Bəs, bir neçə gün əvvəl sosial narazılığı nəzərə alan təşkilatçıların "Zara Bakıya gəlməyəcək, adı siyahıdan çıxarılıb" kimi açıqlaması niyə yalan çıxdı? Hətta,"Jara 2018"- in rəsmi internet səhifəsində festifalda iştirak edəcək 81 nəfərlik iştirakçı siyahısında adı qeyd olunmayan Zara Bakıya niyə gələ bildi?

"Demokratik.Az" bu suala cavab tapa bilib. Aldığımız məlumata görə, Zaranın Azərbaycana gəlişi son anadək mümkünsüz görünüb. Lakin, tədbirin təşkilatçılarının Zaraya JESTi gözlənilmədən ümumi qərarı və siyasi yönünü dəyişə bilib və Zara Bakıya gələsi olub.

Etibarlı mənbənin "Demokratik.Az"- a bildirdiyinə görə, festivalın ilk günündə  Zara Mqoyanın 35 yaşı tamam olub. Yəni, Zaranın bu festivalda iştirakı ona təşkilatçıların ad günü hədiyyəsi olaraq təşkil olunub. Beləcə, 26 iyul 1983-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olan Zara Mqoyan builki doğum gününü Bakıda - qatıldığı "Jara" festivalında keçirməyə nail olub.   

Bir daha xatırladaq ki, festival 26-29 iyul tarixlərində Bakının Nardaran qəsəbəsindəki "Sea Breeze Resort” istirahət mərkəzində keçirilir. Festivalda Rusiya və Azərbaycandan olan müğənnilər, eləcə də bəzi digər ölkələrin ifaçıları iştirak edirlər.

"Baku Jara - 2018"- in təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Demokratik.Az

Oxşar xəbərlər