"Şəhidlər Xiyabanında erməni Zaranın səsləri gəlir" - Alimdən ürəkdağlayan sözlər

  • 27 iyul 2018, 21:48

Bakıda keçirilən "Jara 2018" Beynəlxalq Musiqi Festivalı ölkə ictimaiyyəti tərəfindən heç də birmənalı və xoş qarşılanmayıb.

"Demokratik.Az"-ın məlumatına görə, erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın festivala təşrif buyurması ictimaiyyətin qəzəbinə səbəb olub.

Erməni (pərəst) birinin Azərbaycana gəlişinə sosial şəbəkələrdə narazılığını ürək yanğısı ilə ifadə edənlərdən biri isə, tanınmış alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev olub. Alim dünən öz narazılığını çox sərt ifadə edərək özünün facebook səhifəsində bunları yazıb: "Məncə Şəhidlər Xiyabanın ləğv etmək lazımdır. Ermənilərdən ayıbdır, tez tez bura gəlirlər. Bir səhvdi ediblər, ermənilərlə döyüşüblər. Oranı ləğv edib Hayastan-Azərbaycan dostluq parkı salsınlar. Bütün milli Qəhrəman,Qarabağ qazisi, şəhid adları ləğv edilsin. Kimə lazımdır o adlar."Tolerant" insanları olan bir cəmiyyətə bu adlar lazım deyil. Ümmumiyyətlə Vətən anlayışın da ləğv etmək lazımdır". 

Vətən və yurd həsrəti çəkən, milli ruhunun ağırlığına dözməyən, Zaranın Bakıda mahnı oxumağını şəhidlərimizə qarşı sayğısızlıq olduğunu ifadə edən alimin bir neçə saat öncəki paylaşımını isə həyəcansız oxumaq mümkün deyil:

"Bu kişilərin dəfn edildiyi yerdən "Jara"nın səsləri gəlir. Erməni Zaranın iştirak etdiyi konsert proqramı keçirilir. Konsertə sözüm yoxdur, amma Zara oxuyanda bu şəhdlərimizə ayıb olmayacaq? 

Bu kişilər bunun üçünmü burda yatırlar? Bu kişilər Zaralar, anuşlar, samvellər Bakıya rahat gəlib getsinlər deyəmi canlarından keçiblər. 
Zaraya veriləcək məbləğ bu kişilərin beş yüzünün ailəsinə verilən aylıq müavinətdən belə çoxdur. Nəyə görə bunları qırğına verirdilər? Yazıq deyildimi ailələr. Balalar. Bu kişilərin ruhlarından utanmayasız? Ay erməni əsilli şəxslər. 

Ləğv edin buranı, qoyun bu kişilər utanmasınlar bizdən. Bizim acizlik və çarəsizlikiyimizdən xəcalət çəkməsinlər...biz onsuz da diri ölüyük, heç olmasa əsl ölüləri də urvatsız etməyin. Onların üzünə baxmaq olmur. Şəhidlərimizin yanında biz daha heç kimik...heç kim"...


Demokratik.Az

Oxşar xəbərlər