Şarmazanov: "Köçəryandan sonra Sərkisyan da tutula bilər"

  • 27 iyul 2018, 18:41

Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumət bolşevik inqilab komitələri kimi hərəkət edir. Onlar istənilən şəxsə, hətta eks-prezident Serj Sərkisyana qarşı da cinayət işi aça bilərlər.

Axar.az xəbər verir ki, bunu "Sputnik Ermənistan”a açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

"Köçəryanın ətrafında yaranan situasiya Ermənistan və Qarabağ kontekstində həddən artıq narahatlıq yaradır. Aydındır ki, bunun üçün siyasi və şəxsi əsaslar var. Bu proses özündə neobolşevizm elementlərini daşıyır”, – deyə o bildirib.

Oxşar xəbərlər