“Alçaqlıq, biqeyrətlik və şərəfsizlik…” - İlhaiyyatçıdan ŞOK sözlər

  • 27 iyul 2018, 18:13

Azərbaycanlı ilahiyyatçı sosial şəbəkədə sərt sözlər yazıb.

Demokratik.Az-ın Minval.info-ya istinadən məlumatına görə, Bəşir Mansurov adlı ilahiyyatçı "Qız tutmaq” ifadəsi ilə bağlı mübahislərə səbəb olacaq sözlər yazıb.

"Alçaqlıq, biqeyrətlik və şərəfsizlik dolu bir kəlmə…” – cümləsi ilə başladığı sözlərinə o, belə davam edib:

"Deyir ki, gərək cavanları maarifləndirək ki, oğlanlar qızlara qarşı belə əxlaqsız davranmasın. Vallah gülüncdür. Nə maarifi? Hansı maarif? Damarında qeyrəti və şərəfi olmayana nə maarif təsir edəcək? Özgənin namusuna qarşı əxlaqsız bir hərəkətin qarşısını alan dafiə qüvvəsi oğlanın ruhuna yapışan kişi qüruru, kişi mənliyidir ki, maariflə yaranan bir hal deyil. Maarifləndirmə sadəcə ictimai qınaq yaradaraq, xarici təsirlə oğlanın qadına qarşı əxlaqsız hərəkətinin qarşısını müvəqqəti ala bilər, amma iyrənc istəyi dəyişə bilməz.

Qeyrət və kişilik hissini formalaşdıran atanın, babanın övlada keçən genetik kodu (xüsusiyyəti), valideynin real həyata əsaslanan praktiki tərbiyəsi (sözdə yox) və ən əsası da, öz gücü ilə özündə formalaşdırdığı şəxsiyyət formasıdır.
Hər zaman demişəm ki, qeyrət və namus atadan miras qalan ən ali xəzinədir”.

Oxşar xəbərlər