Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri

  • 21 iyul 2018, 11:44

Bu gün izə anomal hadisələri tədqiq edən bir sıra alimlər okeanın dərinliyində sualtı sivilizasiyanın olduğunu iddia edir.

Demək olar ki, bütün xalqların əfsanələrində insana bənzəyən, suyun altında yaşayan məxluqlar haqqında məlumat var. Avropa və Şərq folklorunda bu məxluqları su pərisi, undina, Qədim Misirdə sirena, Romada isə nayad adlandırıblar. Bu gün izə anomal hadisələri tədqiq edən bir sıra alimlər okeanın dərinliyində sualtı sivilizasiyanın olduğunu iddia edir.

Demokratik.Az ölkə.az-a istinadən xəbər verir ki, su pəriləri haqqında məlumat Şumer mətnlərində də var. Gil lövhələr üzərində insana bənzəyən, balıq quyruqlu məxluqlar haqqında kifayət qədər məlumat var. Bu məxluqlar Fars köfrəzində yaşayır və insanlarla dost idilər. Onlar insanlara müxtəlif sənətləri və elmləri öyrədirdilər. Şumerlilər bu qəribə məxluqları oana adlandırırdlar. Oanalar insan dilində danışa bilirdilər.

Lövhələrə əsasən, su adamları insan qidası qəbul etmir, quruya ancaq gündüzlər, hava isti olanda çıxırdılar.

Tarix boyu okean sakinləri barədə müxtəlif söhbətlər dolaşıb. Onları gördüyünü iddia edənlərin sayı da çoxdur. Orta əsrlərdə isə dəniz səyyahları dəfələrlə okean ənginliklərində qəribə məxluqlar görüblər. Amma səyyahların təsvirləri bir-birindən fərqlənir. Məsələn, bəziləri yarı insan, yarı balıq olan məxluqlardan danışır. Bəziləri isə mərcan rifi üzü olan, qəlsəmələri və quyruğu olan məxluqlardan danışır.

1608-ci ilə aid gəmi qeydinə əsasən, gəmi heyəti balıq quyruğu olan qadın müşahidə ediblər. Qeydlərə əsasən, əgər quyruğu olmasa, onu insan kimi qəbul etmək olardı.

1737-ci ildə Ester yaxınlığında balıqçılar balıq quyruğu olan kişi məxluqu ölüncə döydülər. Onun bədəninin yuxarısı insan bədəni kimi idi. Sonradan isə dəniz sakinin meyiti şəhər muzeyində eksponat kimi sərgiyə qoyulub.

2005-ci ildə Cənubi Afrikada su pərisinə bənzəyən qəribə məxluqun meyiti tapılır. Alimlər onu tədqiq etmək istəsələr də, xüsusi xidmət orqanları meyiti aldılar və bundan sonra bu barədə heç bir məlumat olmadı.

2004-cü ildə isə Vaşinqton sahillərində insanabənzər məxluq tutuldu. Onun da taleyi məlum deyil. Çünki işə xüsusi xidmət orqanları qarışdı.

1982-ci ildə Baykal gölündə 50 metr dərinlikdə insana bənzər, quyruğu 3 metr olan qəribə məxluqlar görünüb. Bu məxluqlar suda çox sürətlə hərəkət edir və heç bir akvalanqdan istifadə etmirdilər. Onlara yaxınlaşmaq istəyənləri isə fəlakət bürüdü. Nəticədə dalğıclar xəstələndilər və bir çoxu dünyasını dəyişdi. Bu tip hadisələr planetin müxtəlif guşələrində baş verir. Bu isə şüurlu, insanlardan daha yüksək səviyyədə inkişaf etmiş, okeanın dərinliklərində yaşayan sivilizasiyanın olma ehtimalını artırır. Çünki okean sakinləri ilə görüşən insanlar qəribə hadisələrdən də danışırlar. Məsələn, sualtı aparatlar görənlər olub. Bu aparatlar ən müasir sualtı qayıqların belə edə bilmədiyi manevrlər həyata keçirib. Eyni zamanda bu aparatlar qurbağa qurultusuna bənzər siqnal verib. Bəzən bu tip aparatlar sualtı qayıqların yanında peyda olur. Onlara yaxınlaşmaq, əlaqə qurmaq isə mümkün deyil. Bəzi tədqiqatçıların bunun qədim sualtı sivilizasiyaya məxsus olduğunu iddia edirlər. Onlar hazırda insanları müşahidə edirlər. Bəziləri isə onların suyun altında bazası olan yadplanetlilər olduğunu bildirir...

Demokratik.Az

Oxşar xəbərlər