Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:14 - 22.03.2019  
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Tarix: 21-07-2018, 10:49 | Bölmə: ---

Kremlin Gümrü xəbərdarlığının ardınca Peterburq sınağı; Moskvadan Ermənistan rəhbərliyinə göndərilən siqnallar artır; Rusiya nəşri: "Erməni baş nazir ölkəsini Qərb üçün satışa çıxarsa...” 

Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparırDoğrudur, az sonra hərbi baza rəhbərliyi hadisəyə görə üzr istəyib və günahkarların cəzalandırılacağını bildirib. Lakin artıq olan olub. Mesaj verilib, hədəf vurulub. Aydındır ki, bu sayda hərbi texnika baza ərazisindən  hərbi komandanlığın xəbəri olmadan, sakitcə çıxarıla bilməzdi. Hərbi komandanlıq isə özbaşına deyil və Moskvadan bixəbər belə "təxribata” gedə bilməz. Hadisənin baş nazir Paşinyanın Brüssel səfərindən cəmi bir neçə gün sonraya təsadüf eləməsi sonuncu qənaəti daha da gücləndirir.

*****

Beləcə, Moskva artıq ipə-sapa yatmayan və getdikcə Qərbə sarı daha çox boylamaqla Rusiyanın səbri ilə oynayan Paşinyan hökumətinə özünü yığışdırmaq üçün aşkar siqnallar göndərməyə başlayıb. Yerli hərbi ekspertlərdən birinin təbirincə desək, Gümrü insidenti ilə Rusiya Ermənistana sanki bildirmək istəyir: "Sizin sahibiniz bizik və burda nə istəsək, edə bilərik”.

Rusiya isə komandasında bircə Rusiyayönlü kadra belə yer verməyən Paşinyan iqtidarını ağla gətirmək üçün deyəsən, gerçəkdən də nəsə eləməyə hazırlaşır. Bunu aparıcı Rusiya KİV-lərində az qala, hər gün gedən sərt tənqidi yazılardan və rusiyalı siyasi ekspertlərin şərhlərindən aydın görmək olar.

Məsələn, "Yeni Müsavat”ın məlumatına görə, lenra-ru saytında Ermənistanla bağlı sərt, bir az da kinayəli stildə məqalə yer alıb. Məqalədə deyilir: "Rusiyaya ”dost" ölkə olan Ukraynanın əkiz bacısı - Ermənistan peyda olmaqdadır. Özü də eyni "müsbət” keyfiyyətlər toplusu ilə. Bu, çox kədərlidir, ələlxüsus ona görə ki, lap yaxınlaradək İrəvan Moskvaya qarşı çox loyal idi. İndi isə ikitərəfli qarşılıqlı əlaqələrin perspektivi haqda ciddi düşünmək lazım gəlir. Və düşüncələr də yaxşı heç nə vəd eləmir".

Məqalədə bildirilir ki, belə qəmli nəticələrə Ermənistanın yeni peyda olan lideri Nikol Paşinanın hərəkətləri sövq edir:"O Nikol Paşinyan ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun addımlarını az qala, təkrarlamaqla məşğuldur. Sonuncu ilə bizim dostluğumuz, bəlli olduğu kimi, alınmayıb. Təzə erməni liderinin hərəkətlərində ən çox narahatlıq doğuran ona tapşırılan dövlətin xarici siyasətini qəsdli şəkildə Qərbə sarı döndərməsidir. Üstəlik, o, ölkəni açıq-aşkar Rusiyaya düşmən münasibətdə olan NATO-ya inteqrasiya etdirmək istəyir. Hər necə olmasa, Paşinyan Alyansın 11-13 Brüssel sammitində iştirak edən yeganə KTMT ölkəsinin başçısı idi. Kifayət qədər böyük ehtimalla söyləmək olar ki, yeni erməni liderinin hərəkətləri məhz bu məntiq üzərində qurulub - banal şantaj üzərində. Əks halda, Brüssel səfərini necə anlayaq?”

Daha sonra Paşinyan hökumətinin müstəsna olaraq rusofoblardan qurulduğuna diqqət yönəldilir və "Qərb liderləri ilə çoxsaylı şəkillər çəkdirən” erməni baş nazirin Avropa səfərindən əliboş döndüyü qeyd edilir.

Məqalədə Paşinyanın Azərbaycanla bağlı mövqeyi də sərt tənqid olunur, Qarabağ məsələsində ölkəmizin ərazi bütövlüyünün dünya tərəfindən tanındığı vurğulanır: "İnsaf naminə qeyd edək ki, hər halda Brüssel səfərində bəzi diplomatik elementlər olub. Məsələn, Nikol Pşainyan ‘’Euronews’’ telekanalına müsahibə verib və NATO-ya məsləhət görüb ki, Alyans Azərbaycana ”güclü mesaj" versin ki, əgər Bakı Dağlıq Qarabağı qaytarmaq istəsə, bunu dünya demokratiyasına təhlükə kimi qiymətləndirəcək. Təbii ki, belə mövqe Şimali Atlantika tərəfdaşlarında ehtiyatlı təəccüb doğurub, nədən ki, Qərbdə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün tanınması və bu məsələ ilə bağlı şübhəli avantüralarda iştirak etməmək istəyi barədə bəyanatlar veriblər".

Sayt sonda Paşinyanın Avropadan "demokratiya” adına maliyyə qoparmaq səylərinin də boşa çıxdığına diqqət yönəldir: "Paşinyan pul istəməyə başlayan kimi onun ”diplomatiyası" zəiflədi. Təbii ki, pulu o, "demokratikləşmə” üçün istəyirdi. Onun böyük zəhmətini cəmi 10 milyon avro həcmində qiymətləndirdilər. Bu pula isə təbii ki, çox da şellənə bilmərsən. Hələ harasıdır, Avropa Birliyinin Ermənistandakı səfiri Pyotr Svitalski ərinmədən dəqiqləşdirdi ki, AB onsuz da Ermənistanın əsas sponsorudur, bu ölkəyə dəstək proqramı isə hələ əvvəlki rejim dönəmində qəbul olunub. Bundan əlavə, diplomatın nəzərincə, Paşinyanın dəlili ona elə də aydın deyil, axı Ermənistanın AB-yə münasibətdə siyasətində dəyişiklik baş ver vermir. "Ermənistanın dəyişməyən AB siyasəti AB-nin Ermənistan siyasətinin dəyişməsinəmi gətirməlidir?”, - deyə Svitalski təəccübünü ifadə edib. Bu isə o deməkdir ki, İrəvan üçün əlavə pul olmayacaq - nə qədər kədərli də olsa. Ona görə də yaranmış durumda arıqlayan erməni büdcəsini doldurmaq probleminin həllinin bir neçə mümkün variantı ola bilər: 1. Ölkəni NATO bazası kimi satışa çıxarmağa cəhd eləmək; 2. Rusiyanı Qərblə əlaqələrin gücləndiriləcəyi ilə bağlı şantaj eləməklə Moskvadan pul qoparmaq və 3.Emənistan iqtisadiyyatını gücləndirməyə cəhd eləmək. Maraqlıdır, görəsən Paşinyan hansı yolu seçəcək?"

*****

Bu da Paşinyan üçün kritik 3 yol - 3 seçim. Onların ikisi faktiki, Moskvaya, biri isə Bakıya aparır. Çünki ikisində Rusiya amili ilə hesablaşmaq məsələsi var, üçüncü (Bakı) variantında isə Ermənistan iqtisadiyyatı Qarabağ münaqişəsi həll olunmadan, blokada rejimi götürülmədən inkişaf edə bilməz.

Sonda əlavə edək ki, gələn həftə - iyulun 26-da Putin Nikol Paşinyanı ikinci dəfə "xalça üzərinə” çağıracaq. Bu dəfə Sankt-Peterburqda. Görüş Paşinyanın seçimini yüngülləşdirəcəkmi?

Bir azca gözləyək.

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 1138 dəfə oxunub






Oxşar xəbərlər

Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır
YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?
İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı
Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub
Tanınmış YAP-çı Polkovnik : "Prezident xeyirxah bir addım atıb"
Emin Milli İlham Əliyevə TƏŞƏKKÜR yazdı
"54 məhkum Ombudsmanın vəsatəti əsasında əfv olunub"
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Zakir Həsənov əsgərlərlə bayram süfrəsində - VİDEO + FOTO
Əfv sərəncamının icrası tam başa çatdı
Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"
Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım”
Əli İnsanov ölkədən kənarda yaşamaq istəmir
Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11794] initstartout [0.00012] initstartin [0.00053] calstart [0.00640] calend [0.00047] topnewsend [0.00272] rsssend [0.00000] ehgend [0.02017] tagsstart [0.00041] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08708]