Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:13 - 22.03.2019  
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Tarix: 20-07-2018, 10:11 | Bölmə: ---

Vaşinqtonun Azərbaycan və Ermənistan arasında vasitəçilik üçün hərəkətə keçəcəyi barədə iddialar da birmənalı qəbul olunmur; Elçin Mirzəbəyli: "Cənubi Qafqazda Azərbaycanla Ermənistanın vahid koalisiyada birləşə biləcəyinin fantastik ehtimalı belə yoxdur”

Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitibBu həftə Azərbaycan dövləti ən yüksək səviyyədə Qarabağ məsələsinin həlli ilə bağlı "yol xəritəsini” bir daha dünyanın və işğalçı Ermənistanın nəzərinə çatdırdı. Söhbət iyulun 18-də İtaliya prezidenti Sercio Mattarella ilə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin səsləndirdiyi bəyanatdan gedir.

Dövlət başçısı İtaliyanın hazırda ATƏT-in sədri olduğunu xatırladaraq bildirdi ki, bu ölkənin ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacağına ümid edir. Prezident Əliyev italiyalı həmkarını münaqişə ilə bağlı məlumatlandırdığını, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdiyini də xatırlatdı. Eyni zamanda ölkə başçısı rəsmi Bakının mövqeyini növbəti dəfə nəzərə çatdırdı: "Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır.

Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilmişdir. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir.

Əfsus ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk Qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır”.

Prezident bununla Azərbaycanla Ermənistan arasında danışıqların növbəti raundunun baş tutması üçün cəhdlər göstərən güc mərkəzlərinə də mesajını vermiş oldu. Xarici işlər nazirlərinin Brüssel görüşündən sonra yüksək səviyyədə danışıqların baş tutmasına çalışan həmsədrlər əslində bu bəyanatdan nəticə çıxartmalı və status-kvonun uzadılmasına xidmət edən cəhdlərinə son qoyub, əməli fəaliyyətə başlamalıdırlar. Əks halda, Azərbaycan hərbi variant əl ataraq torpaqlarının işğaldan azad edilməsi istiqamətində qəti qərarını verə bilər. Hər halda, Ermənistan hakimiyyətinin davranışları da Azərbaycan üçün alternativ qoymur. ATƏT sədri səlahiyyətlərini icra edən İtaliya prezidentinin bu bəyanata reaksiyası naməlum qalıb. Qarşıdakı günlərdə hansısa hərəkətlilik müşahidə olunmasa, o halda baş verənlərin məsuliyyəti həm də bu təşkilatın adına yazılacaq.

Diqqətçəkən budur ki, belə bir ərəfədə ATƏT-in Minsk Qrupunun həmsədri ABŞ təşəbbüsləri əlinə almağa cəhd edir. Ən azı müşahidələr və yayılan son məlumatlar belə bir qənaətin yaranmasına rəvac verib. Xüsusilə də Helsinkidə ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında 4 saatlıq görüşün ardınca belə məlumatlar yayılıb ki, iki supergüc rəhbəri İranla bağlı yeni situasiyanı müzakirə ediblər.

Belə bir məqamda fransalı şərhçi Olivye Morel iddia edib ki, ABŞ Cənubi Qafqazda Azərbaycan və Ermənistanı barışdırıb İrana qarşı böyük koalisiya yaratmaq istəyir. "Yeni Müsavat” ötən sayında publika.az-a istinadla yazıb ki, bu iddia ilə o, özünün regionla bağlı məqaləsində çıxış edib. Ekspertin fikrincə, amerikalı ideoloqlar hesab edirlər ki, münaqişə Qarabağın mərhələli şəkildə Azərbaycana qaytarılması çərçivəsində həll olunmalıdır. "Ermənistanın təzə baş naziri Nikol Paşinyan Vaşinqtondan dəstək almaq üçün bu ssenari ilə razılaşmağa hazırdır. Diqqətçəkən məqamlardan biri odur ki, Ermənistan kimi kiçik ölkədə ABŞ-ın böyük diplomatik korpusu mövcuddur. Görünür, Ermənistan Ağ Evin ciddi nəzarəti altındadır”, - deyə analitik vurğulayıb. Ekspertə görə, ABŞ həmçinin Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın aparıcı vasitəçi olmasını sıradan çıxarmaq və özünün əsas təşəbbüskar kimi çıxış etməsini təmin etmək istəyir: "Ruslar ”Lavrov planı" ilə münaqişəni həll etmək və dominantlığı qorumaq niyyətindədir (söhbət Azərbaycan üçün tələ rolu oynayan 5 rayonun qaytarılması qarşılığında ağır şərtlərdən ibarət plandan gedir - "YM”). ABŞ isə buna qarşı öz variantlarını hazırlayır. ABŞ-ın Ermənistana marağının böyük olması təsadüfi deyil". O.Morel ardınca Ermənistanda hakimiyyət dəyişikliyinə diqqət çəkərək, bunun da ABŞ-ın planı olduğunu qeyd edib.

Əslində Ermənistanda qərbyönümlü hökumətin qurulması, Avropada təhsil almış kadrların komandada üstünlük təşkil etməsi, Paşinyan hökumətinin Qərb təsisatları ilə əməkdaşlığa üstünlük verməsi İrəvanın kursunun dəyişdiyi təəssüratı yaradır. Eyni zamanda Ermənistandakı Rusiya hərbi bazasının hərbçilərinin son davranışları, ermənilərin hökumət səviyyəsinə buna kəskin etirazları İrəvanın Qərbə inteqrasiyasına təkan verə bilər. Amma bütün bunların Qarabağ tənzimlənməsinə aparıb çıxaracağını demək olmaz. 

 "Olivye Morelin ABŞ Cənubi Qafqazda Azərbaycan və Ermənistanı barışdırıb İrana qarşı böyük koalisiya yaratmaq istəyi barədə iddiaları, qənaətimə görə, daha çox ictimai rəyin öyrənilməsinə yönəlmiş, ola bilsin ki, erməni diasporunun tezisləri əsasında hazırlanmış mülahizələrdir”. Bunu politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat”a açıqlamasında bildirdi.

Ekspert  dedi ki, Cənubi Qafqazda Azərbaycanla Ermənistanın vahid koalisiyada birləşə biləcəyinin fantastik ehtimalı belə yoxdur: "Bu, hətta Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra da mümkün deyil. Morelin Güney Azərbaycan türkləri ilə bağlı fikirləri ilə də Ermənistan faktoru üst-üstə düşmür. Ermənistanın İranda baş verən və baş verə biləcək proseslərə heç bir təsir imkanı yoxdur. Fars rejimi İranda yaşayan ermənilərə hərtərəfli imkan yaratsa da onların sayı çox azdır və İran erməniləri bu ölkədəki siyasi proseslərə təsir etmək gücündə deyil”.

E.Mirzəbəyli qeyd etdi ki, bu baxımdan hətta İranla bağlı hər hansı bir proses baş versə belə, Ermənistan burada ən yaxşı halda yalnız platsdarm rolunu oynaya bilər: "İranda Azərbaycan türklərinin sayı müxtəlif mənbələrə görə, 25-35 milyon arasında dəyişir. Fars, rus və Avropa mənbələri adətən 25 milyon, Güney Azərbaycan türkləri isə 30-35 milyon olduqlarını bildirirlər. Bütün hallarda Azərbaycan türkləri ilə yanaşı İranda yaşayan qaşqay, türkmən və digər türk tayfalarını da nəzərə alsaq, bu ölkə daha çox türklərə məxsusdur. Yaşadıqları, əslində sahibi olduqları ölkənin taleyi ilə bağlı qərarı da onlar verəcəklər. İranda baş verən proseslərə kənardan müdaxilə ola bilər. Lakin Azərbaycanın bu prosesdə hər hansı bir formada yer ala biləcəyi inandırıcı deyil. Azərbaycanın Ermənistanla vahid koalisiyada İrana qarşı çıxış edəcəyi isə təxəyyülünün sərhədləri həddindən artıq geniş olan birisinin ağlına gələ bilər”.

Yeri gəlmişkən, bir müddət öncə ABŞ prezidenti Donald Tramp az öncə azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı məktubda "yaxın ayların Dağlıq Qarabağ məsələsi üçün mühüm olacağını” vurğulamışdı. Məhz bunun ardınca Trampın Qarabağ məsələsinin həlli ilə bağlı hərəkətə keçəcəyi barədə iddiaların tirajlanması maraqlıdır. Nəzəri cəhətdən mümkündür ki, ABŞ İran planı ilə əlaqədar Qarabağ ətrafındakı gərginliyi səngitmək istiqamətində hərəkətə keçsin. Çünki Qarabağ müharibəsinin başlanması bütövlükdə region üçün fəlakətlərə gətirib çıxara və digər planları poza bilər. İndiki situasiyada ABŞ-dakı erməni lobbisinin Tramp-Paşinyan görüşünün təşkilinə çalışması da təəccüblü görünməməlidir. Hər halda, erməni lobbisi vəziyyətdən faydalanmağa çalışır. Amma Paşinyan İranın Ermənistan üçün "nəfəslik” rolunu oynadığını unutsa da, çox güman ki, iki gün əvvəl görüşdüyü keçmiş prezident Levon Ter-Petrosyan ona bu barədə danışıb və təlimatlar verib. Onu da qeyd edək ki, İran prezidenti N.Paşinyanı öz ölkəsinə səfərə dəvət edib. Bu səfərin nə vaxt reallaşacağı isə bəlli deyil. Qəzetimizin yazdığı kimi, Ermənistan hökuməti bununla bağlı açıqlama yaymağa tələsmir. Bəzi erməni mənbələrinə görə, hazırkı qəliz geosiyasi durumda Paşinyan özü yox, prezident Armen Sərkisyan İrana gedə bilər. Yəni ikili oyun məsələsi. Halbuki Paşinyan, deyildiyi kimi, İranı Ermənistan üçün Rusiya qədər önəmli sayır. Lakin ilk xarici səfərini Rusiyaya edən Paşinyan İrana getməyə nədənsə tələsmir.  Hazırkı situasiyada Paşinyan Rusiya-İran-ABŞ üçbucağı arasında çarəsiz durumda qalıb.

ABŞ hansısa təşəbbüsdə buluna bilər. Amma bu da var ki, Rusiya bölgəni heç kəsə güzəştə getmək istəmir, üstəlik, "açar” rolunu oynadığını nümayiş etdirməyə çalışır. Azərbaycanın dövlət başçısı isə yuxarıda qeyd etdiyimiz kimi, növbəti dəfə Bakının həll yolu ilə bağlı mövqeyini bəyan etdi. Yəni artıq güzəşt limiti bitib, bundan sonra hansı qüvvələr hərəkətə keçəcəksə, Bakının mövqeyini nəzərə almalıdır.

Xəbər 2031 dəfə oxunub






Oxşar xəbərlər

Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır
YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?
İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı
Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub
Tanınmış YAP-çı Polkovnik : "Prezident xeyirxah bir addım atıb"
Emin Milli İlham Əliyevə TƏŞƏKKÜR yazdı
"54 məhkum Ombudsmanın vəsatəti əsasında əfv olunub"
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Zakir Həsənov əsgərlərlə bayram süfrəsində - VİDEO + FOTO
Əfv sərəncamının icrası tam başa çatdı
Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"
Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım”
Əli İnsanov ölkədən kənarda yaşamaq istəmir
Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.18920] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00646] calend [0.00038] topnewsend [0.00271] rsssend [0.00000] ehgend [0.07313] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10515]