Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:01 - 21.01.2019  
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Tarix: 18-07-2018, 11:30 | Bölmə: ---

Bakıda sahibinin xəbəri olmadan cərimə meydançasından avtobusu çıxarılaraq 15 gün marşurut xəttində işlədilib.

Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblarSahibkar Adil Nəcəfov AzToday.az-a üzlədiyi özbaşınalıqla bağlı şikayət edib. "Uğurlu” MMC-nin təsisçisi və direktoru, müharibə veteranı Nəcəfov Adil Əli oğlu bildirir ki, məhkəmə qərarına əsasən yol polisinin tutub cərimə meydançasına qoyduğu İSUZU markalı avtobusu onun xəbəri olmadan bir gün sonra marşuruta buraxılıb.

Sahibkar başına gələnləri anladır:

"15.04.2015-ci ildə "Allahverdi” müəssisəsinin rəhbəri, 204 saylı marşrutun sahibi Namiq Allahverdiyev rəhbərlik etdiyim müəssisədən 7 ədəd "İSUZU” markalı avtobus icarəyə götürdü. Lakin icarə müqaviləsinə əməl etmədiyinə görə, biz 2 saylı İqtisad Məhkəməsinə müraciət etdik. Məhkəmə 1 iyun 2018-ci il tarixdə müqavilənin birtərəfli şəkildə ləğv olunması və mənə məxsus olan 7 ədəd avtobusun tutulub cərimə meydançasına qoyulması ilə bağlı qərardad qəbul etdi. Dövlət Yol Polisi İdarəsinin Sabunçu rayon şöbəsinə avtobusların tutulub cərimə meydançasına qoyulması ilə bağlı müraciət etdik. Sabunçu rayon Yol Polisi Şobəsinin Cinayət-Axtarış bölməsinin əməkdaşları tərəfindən iyun ayının 30-da 10 –TG-015 dövlət nömrə nişanlı avtobus saxlanılaraq cərimə meydançasına qoyuldu. Bununla bağlı akt tərtib olunaraq, sürəti mənə təqdim olundu. Bundan sonra ailəmdə hüzr düşdüyü üçün 15 gün ərzində Bakıda olmadım. Bakıya gələn kimi Cərimə Meydançasına getdim. Avtobus cərimə meydançasında deyildi. Cərimə Meydançasının mühavizəçilərindən öyrəndim ki, iyul ayının 1-də Sabunçu Yol Polisi tərəfindən avtobus cərimə meydançasından çıxarılaraq yenə əvvəlki xəttə buraxılıb. Sabunçu RPİ DYPŞ-yə müraciət etdikdə mənə kobud şəkildə qarşılayaraq bildirdilər ki, hər şeyi qanun çərçivəsində ediblər. Araşdırmam zamanı məlum oldu ki, İqtisad Məhkəməsinin qərardadı əsasında tutulub, cərimə meydançasına qoyulmalı olan və mənə məxsus avtobuslar başqa nömrələr altında yenə də 204 saylı marşurut xəttində işlədilir. Sabunçu RPİ DYPŞ də sahibkardan rüşvət və ya başqa maraqlar güdərək bu qanunsuzluğa göz yumur.
Özüm 204 saylı marşurutu yoxlayan zaman avtobus sürücülərinin əksəriyyətində sürücüçülük vəsiqəsinin belə olmadığını, xüsusi geyim formasina malik olmadıqlarını, habelə sürücülərin "şəpit”lə avtobus idarə etdiyinin şahidi oldum. Görəsən, Sabunçu RPİ DYPŞ rəisi Sabir Abdullayev üçün insan həyatı bu qədərmi önəmsizdir ki, 204 saylı marşurutda baş verənlərə göz yumur?”.

Daha sonra Adil Nəcəfov bildirib ki, Xətai RPİ DYPŞ-nin rəisi polkovnik Cavanşir Ələkbərov dəfələrlə mənə xəbərdarlıq edərək sahibi olduğum avtobusların "MMK”, yəni cərimələri ödənilmədiyini demişdi: "Mənə məxsus olan və Namiq Allahverdiyevə icarəyə verdiyim avtobusların hər birində min manatdan yuxarı cərimələr var. 30 iyun tarixində Sabunçu RPİ DYPŞ tərəfindən saxlanılan 10-TG-015 nömrə nişanlı avtobusun isə 1300-1400 manat civarında cəriməsi var. Avtobuslar məndə işləməyə-işləməyə Xətai rayon Məhkəməsi məni 300 manat cərimə etmişdir. Maraqlıdır ki, belə olan halda Sabunçu RPİ DYPŞ rəisi Sabir Abdullayev məhkəmə qərarı olmasına və bu qədər cərimələri olan avtobusu buraxması qanunlara tüpürmək və vəzifə səlahiyyətlərini aşmaqdan başqa bir şey deyil. Bu açıq-aşkar korrupsiya və rüşvət əməlidir”.

Sahibkar yol polisinin etdiyi qanunsuzluqla bağlı Daxili İşlər Nazirliyinin "102” xidmətinə və Baş Prokurorluğa müraciət etdiyini qeyd edib.

Sabunçu RPİ DYPŞ-dan iyulun 17-si günorta saatlarında Adil Nəcəfova zəng edilərək bildirilib ki, avtobusu artıq cərimə meydançasındadır. Dərhal Adil Nəcəfovla birgə Sabunçu RPİ DYPŞ-nin Kürdəxanıdakı cərimə meydançasına getdik. Mühavizəçi bir az əvvəl avtobusun cərimə meydançasına gətirildiyini bildirdi. Avtobusa baxdığımız zaman Adil Nəcəfov avtobusun qəzalı vəziyyətə salındığını və dövlət nömrə nişanının təzəlikcə avtobusun üzərinə vurulduğunu bildirdi: "Avtobus iyun ayının 30-da cərimə meydançasına salınanda arxadan sağda heç bir vuruğu yox idi. İndi görürsüz ki, avtobusun arxa tərəfi harasa vurulub. Dövlət nömrə nişanı isə bu dəqiqələrdə üzərinə bağlanıb”.Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblarCərimə meydançasının əməkdaşlarından avtobusun bura gətirilməsi ilə bağlı sənəd istədikdə, bizə sənəd verə bilməyəcəyini və bunun üçün Sabunçu RPİ DYPŞ-dan icazə almaq lazım olduğunu dedi.

Daha sonra Adil Nəcəfovla birgə Sabunçu RPİ DYPŞ-sinə yollandıq. Şöbə rəisi Sabir Abdullayev baş verənlərdən ümumiyyətlə xəbərdar olmadığını və yol polisinə məhkəmə qərarı ilə avtomobilləri saxlayıb, cərimə meydançasına qoyulmasının qadağan edildiyini söylədi. Sübut kimi Ali Məhkəmənin sədri Ramiz Rzayevin bu ilin yanvar ayında daxili işlər naziri Ramil Usubova yazdığı məktubu göstərdi. Bununla belə Sabir Abdullayev əməkdaşlarının iyun ayının 30-da avtobusu yolda saxlayıb, cərimə meydançasına niyə qoyulması ilə bağlı sahibkarın verdiyi suala düz-əməlli cavab verə bilmədi…

Orxan Məmmədov

AzToday.az

Xəbər 1735 dəfə oxunub






Oxşar xəbərlər

"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal
Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət - RƏSMİ
Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO
İlham və Fərizənin həyatlarının son anları
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - saxlanılanlar var
Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14545] initstartout [0.00018] initstartin [0.00096] calstart [0.01142] calend [0.00067] topnewsend [0.00430] rsssend [0.00000] ehgend [0.00885] tagsstart [0.00080] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11823]