Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:29 - 19.12.2018  
Bakının 4 təkərli “hamamları”: PROBLEM
Tarix: 14-07-2018, 10:17 | Bölmə: ---

Ekspert: "Sürücü iş yerini itirməmək üçün kondisioneri qoşmur və bunun da əziyyətini vətəndaşlar çəkir”

Bakının 4 təkərli “hamamları”: PROBLEMYay gələndə Bakıda insanların ən çox şikayətləndiyi sahələrdən biri də ictimai nəqliyyatdır. Belə ki, illərdir Bakıda fəaliyyət göstərən avtobuslarda kondisioner sisteminin olmaması müzakirə edilsə də, problem öz həllini tapmır. Bu gün Bakının mərkəzinə, kəndlərinə işləyən yüzlərlə avtobus 4 təkərli "saunanı” xatırladır. İsti yay günlərində tıxaclı yollarda sərnişinlər xeyli əziyyət çəkirlər.

"Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində  sərnişinlər bildirdilər ki, istiyə görə gündüz saatlarında avtobusa minmirlər: "Xüsusilə də kəndlərə işləyən marşrut xətlərinin əksəriyyətində avtobus çatışmır. Məsələn, Ramana, Balaxanı istiqamətinə hərəkət edən avtobusların həm sayı azdır, həm də ölçüsü balacadır. Buna görə də hər gün pik saatlarda sıxlıq yaşanır. Avtobusda ayaq qoymağa yer olmur. Havalar qızanda isə ümumiyyətlə, nəfəs almaq xeyli çətinləşir. Dəfələrlə bu avtobuslarda yaşlıların, ürək problemi olan insanların halı pisləşib”,-deyə söhbət etdiyimiz sərnişinlər bildirdilər. Sərnişinlər onu da söylədilər ki, kondisioner sistemi olan avtobuslarda belə, sürücülər sərinləşdirici sistemi işə salmırlar. Deyirlər ki, kondisioner işlədəndə, yanacaq çox gedir.

Sürücülər isə söylədilər ki, yaxın zamanlarda bütün avtobuslar yeniləri ilə əvəzlənəcək. Onlar qeyd etdilər ki, sərinləşdiricisi olmayan avtobusları sürmək onlar üçün də çətindir: "Heç olmasa, sərnişin minib, müəyyən məsafəni getdikdən sonra düşür. Biz isə 10-12 saat avtobusun içərisində bişirik. Təbii ki, bizim üçün də kondisionerli avtobusun olması sərfəlidir”.

Bakı Nəqliyyat Agentliyi isə ötən il olduğu kimi yenə də açıqlama verib ki, onlar sözügedən problemin həllinə çalışırlar. BNA-dan verilən açıqlamaya görə, Bakıda 2100 avtobus var ki, onlardan 400 ədədində sərinləşdirici sistem mövcud deyil.

"Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynov isə söylədi ki, sürücülərə şirkətlər tərəfindən müəyyən şərtlər qoyulduğu üçün onlar kondisioneri işə salmırlar: "Soyutma sistemləri avtobuslarda ayrıca bir motordur və bu motor işə düşən zaman yanacaq sərfiyyatını xeyli dərəcədə artırır. İritutumlu nəqliyyat vasitələrində kiçik həcmli maşınlarla müqayisədə daha çox yanacaq sərf olunur. Ona görə də şirkətlər maksimum çalışırlar ki, avtobuslarda kondisioneri işə salmayıb, yanacağa qənaət etsinlər. Şirkətlər sürücülərə tapşırıq verirlər ki, gün ərzində filan qədər yanacaq işlətməlisiniz. Artıq olarsa, maaşınızdan tutulacaq. Sürücü də iş yerini itirməmək üçün kondisioneri qoşmur və bunun da əziyyətini vətəndaşlar çəkirlər.

Bakının 4 təkərli “hamamları”: PROBLEM

Məsələ ilə bağlı vətəndaşlardan kifayət qədər şikayətlər var. Hazırda Bakıda ”Bakubus" şirkətinin avtobuslarından  başqa digərlərində kondisionerlər işləmir. Xüsusilə də problem Bakı ətrafına işləyən avtobuslarda daha ciddidir. Bəzi avtobuslar isə ümumiyyətlə, istismara yararsız vəziyyətdədir. Onlarda isə soyutma sistemləri işləmir. Halbuki avtobuslar texniki baxışdan keçirilməlidir və ildən-ilə yenilənməlidir. Şirkətlər öz avtobuslarını qışda qış, yayda isə yay rejiminə keçirməlidir. Hər bir şirkətin arxasında oliqarx-məmurlar dayanır və onlar əhalinin haqlı narazılıqlarını nəzərə almırlar. Burada korrupsiya və digər bu kimi faktorlar da böyük rol oynayır. Bütün sahələrdə olduğu kimi, bu sahədə də vətəndaşların hüquqları, mənafeləri tapdalanır. Buna qarşı heç şikayət edən də yoxdur".

Ekspert bildirib ki, məsələ ilə bağlı vətəndaşların özləri də passivlik nümayiş etdirirlər: "Vətəndaşların özləri də ictimai nəzarət mexanizminin necə qurulması, hüquqi proseduralarla bağlı hansısa bilgiyə malik deyillər, yaxud da qorxurlar. Avtobusla bağlı kollektiv şikayətlər olmalıdır. Bakı Nəqliyyat Agentliyi qarşısında məsələ qaldırılmalıdır. İllərdir ki, mətbuat bu məsələdən yazsa da, bunları dəyərləndirmirlər. Burada vətəndaşlara dəyən zərərlə bağlı kompensasiya tələbləri də olmalıdır. İnsanlar talelərinə biganə qalmalı deyillər. Əgər vətəndaşlarımız kütləvi şəkildə bunu etsələr, şirkətlərə cərimələr tətbiq olunsa, o zaman problem həllini tapar. Çünki şirkət görər ki, yanacağa qənaət etsə də, digər tərəfdən daha böyük məbləğdə cərimə, kompensasiya ödəyir”.

Avtobuslarda gediş haqqına gəlincə isə ekspert aşağıdakıları bildirib: "Qiymət məsələsini Tarif Şurası müəyyənləşdirir. Şirkət özü müəyyənləşdirə bilmədiyi üçün bütün növ avtobuslarda qiymətlər eynidir. Tarif Şurası da qiyməti qoyan zaman kondisioner işlədilməsini, məsafəni və şirkətin də xeyrini hesabladıqdan sonra qiyməti müəyyənləşdirib. Sadəcə olaraq, şirkət rəhbərləri maksimum qənaət edib, daha çox qazanmaq istəyirlər”.

Əli RAİS,

Xəbər 1317 dəfə oxunub






Oxşar xəbərlər

Oş şəhəri Türk dünyasının mədəniyyət paytaxtı -2019
Oqtay Əsədov: “O xanımın cavabını xalq verdi”
Ərdoğanın 13 milyon Tvitter izləyicisi var - özü isə yalnız həyat yoldaşını izləyir
ABŞ-da FETÖ üzvlərinin həbslərinə başlanıldı
Sürücü “Bravo” marketə avtomobili ilə “girdi”
Abel Məhərrəmovun səfir oğluna fəxri ad verildi – Foto
Mübarizi təhqir edən psixoloqa 3 il HƏBS ŞOKU
Azərbaycanda 5 gün iş olmayacaq
Goranboyda 2 nəfəri elektrik cərəyanı vurub
Göyçay sakini deputatın "ÇAYQIRAĞI VADİSİ"ndən yazdı - ŞİKAYƏT
MÜBARİZİN SON GECƏSİ – QƏHRƏMAN RUHLA QARABAĞA DOĞAN GÜNƏŞ
Yeni başçıdan ilk açıqlama: "Ciddi dəyişikliklər olacaq"
Hacı Qalib imarətinə gülləkeçirməz şüşələr alıb
Prezident: “Azərbaycan yeni silahlar alacaq”
Masallıda məmurun “avtoş” oğlu polisi vuraraq qaçıb?
Prezident Mingəçevirə yeni icra başçısı təyin etdi
Toyuq yumurtası böyüklüyündə almaz tapılıb
Mübariz İbrahimovu təhqir edən “psixoloq”un məhkəməsinin vaxtı bilindi
Azərbaycanda boşananların sayı açıqlandı
Bürcünüz – 18 dekabr
24 yaşlı milyonçu binadan küçəyə dollar səpələdi - Video
Ermənistanda parlamentin gülləbaran edilməsinin sirri açılacaq?
Qəhrəmanımız İbad Hüseynovu dinləyək - VİDEOMÜSAHİBƏ
Prezident İlham Əliyev Qətər Əmiri və müavinini təbrik edib
İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
Əli Həsənov mühacir radikal Vidadi İsgəndərli haqqında yazdı
Azərbaycan əhalinin sayı açıqlanıb
Ermənistan böhran zolağında - Kreml sürprizi
Ramil Usubov “Hacı Mazan”ın rəis oğlunu işdən çıxardı
“ZƏNG VURDUM Kİ, İLHAM, 900 MİLYON LAZIMDIR…” – “Rusiya mənə təzyiq edirdi”
Oqtay Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb
Klub prezidentini tənqid etdi, qovuldu
Gürcüstanda yeni Konstitusiya qüvvəyə minib
İraqın şimalında 10 terrorçu zərərsizləşdirilib
Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb
BMT-nin baş katibi: "2019-cu ildə Yəməndə vəziyyət pisləşəcək"
Ağcəbədinin İcra başçısı maşın karvanı ilə kəndə gedir - VİDEO
Azərbaycan iqtidarına qarşı yeni birlik yaranır
Türkiyə HH Qüvvələri 7 terrorçunu məhv etdi
Qarabağda iki erməni əsgəri ağır yaralandı
Çindən Azərbaycana karqo qaydaları dəyişdi
“İslamın 1400 illik çatı” - Səudiyyə ilə İran nüfuz savaşında
Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ
Ramiz Rövşən Allahın Yer üzünə sevgi məktubudur...
Meksika Prezidenti evtanaziyanı dəstəkləyib
“Azərkosmos” rəsmisi dünyaya işsizliyin gəldiyini dedi
AMEA işçiləri bağ-bostan əkəcəklər
İlyas İsmayılov: - “Ölkə göstərişlərlə idarə olunur”
İnqilab illüziyası müxalifəti rahat buraxmır
Eldar Mahmudov şərikinin ifadəsi ilə həbs edə bilər
Yeni ABŞ səfiri Bakıya nə vaxt gələcək?
Azərbaycanla Aİ saziş imzalamağa yaxınlaşıb
İran-İsrail qarşıdurması müharibəyə çevriləcəkmi?
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq?
Deputat Kamran Nəbizadə sərxoş halda dava saldı
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi (?)
Bürclər – 15 dekabr
Ərdoğanla Tramp arasında razılaşma əldə olundu
Prezident onlara general rütbəsi verdi (SİYAHI)
Tramp soyadını dəyişmək istəyir
"Maşın Şou"da səsverməni Murad idarə edir - SƏSYAZISI
Pensiya yaşı növbəti dəfə artırıldı – Cədvəl
Mafioz, xeyriyyəçi yoxsa siyasi OYUNBAZ?! – Elkaponenin növbəti ucuz və şübhəli reklam tryuku…
Azərbaycanda yeni dövlət qurum yarandı (FƏRMAN)
Ruhi: “Gəldiyimi eşidən kimi Sibel Can məni..”
Londonda “sarı jiletlilər” “Vestminstr körpüsü”nü bağlayıb
Prezident Türkiyənin xarici işlər nazirini qəbul edib
Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10950] initstartout [0.00014] initstartin [0.00063] calstart [0.00805] calend [0.00045] topnewsend [0.00355] rsssend [0.00000] ehgend [0.00545] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09070]