Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:03 - 17.08.2018  
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Tarix: 14-07-2018, 10:13 | Bölmə: ---

Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşdə dövlət başçısı İlham Əliyev Gəncədə baş verənləri terror kimi qiymətləndirdi; "Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz, tutduğumuz yoldan heç kim döndərə bilməz” deyən dövlət başçısı Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən qüvvələrə sərt mesajlar göndərdi 

“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlarİyulun 13-də prezidenti İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Dövlət başçısı həm Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin vurulmasına və iyulun 10-da bir qrup terrorçunun iki polis zabitini qətlə yetirməsinə sərt mövqeyini ortaya qoyub.

"İyulun 3-də və 10-da Gəncə şəhərində baş verən qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir” deyən dövlət başçısı terrorçu qruplaşmaların Azərbaycanda sabitliyi pozmaq istədiyini vurğulayıb. İlham Əliyev deyib ki, bu terror aktlarının əsas məqsədi cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaqdır. Dövlət başçısı bu terror aktlarının dini şüarlar altında pərdələndiyini xatırladaraq, "Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur”deyib.

Prezident  Azərbaycanın İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biri olduğunu, ötən il ölkəmizdə "İslam Həmrəyliyi İli” elan olunduğunu, İslam Həmrəyliyi Oyunları keçirildiyini yada salıb: "Azərbaycan dövlətinin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına bizim tarixi-dini abidələrimiz tam bərpa olunub, yenidən qurulub, yeni məscidlər tikilib. Yəni bir daha demək istəyirəm ki, bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər”. Prezident çıxışını daha sərt mövqe ortaya qoyaraq davam etdirib: "Bu cinayətkarlar müsəlman deyillər...”

İ.Əliyev Azərbaycana qarşı terror planlarının arxasında dayananların heç vaxt öz məkrli planlarına çata bilməyəcəyini söyləyib: "Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək”.“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar

Dövlətimizin başçısı bu qanlı cinayətlərin xalq tərəfindən birmənalı pisləndiyini və bu cinayətləri törədənlərə qarşı nifrətin olduğunu yada salıb. "Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq” deyə, dövlət başçısı bildirib.

Prezident yada salıb ki, müstəqillik tariximizdə ölkəmizə qarşı silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhdlər olub: "Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz”.

"Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir” deyən prezident  dünya miqyasında Azərbaycanın ən təhlükəsiz ölkələrdən biri olduğunu xatırladıb, "Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik. Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar”.

Azərbaycanın dünya miqyasında sürətlə inkişaf edən müasir dövlət olduğunu qeyd edən İ.Əliyev  "ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər” deyib. Prezident bu qüvvələrin əməllərini belə sıralayıb: "Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır. Bunun da heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı”. 

Dövlət başçısı söyləyib ki, Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır: "Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi. Yəni, bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var”.

Dövlət başçısı sonda cinayətkarların bir hissəsinin həbs edildiyini açıqlayıb: "Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz bundan sonra da öz siyasətimizi aparacağıq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.

***

Prezidentin çıxışında öncəliklə diqqəti çəkən əsas məqam budur ki, dövlət başçısı baş vermiş hadisələrin "din adı altında” pərdələnməsi versiyasını qətiyyətlə rədd edir, bu hadisəni məhz dövlətə və dövlətçiliyə qarşı xaricdə hazırlanmış məkrli plan, birmənalı terror kimi qiymətləndirir.

Dövlət başçısı çıxışının məhz sonrakı hissəsində Azərbaycanın İslam mədəniyyətinə verdiyi töhfələri, xalqını dini-mənəvi dəyərlərinə daima yüksək dəyər verildiyini, məscidlərin bərpasının və tikilməsini yada salaraq baş verənlərin dinlə heç bir əlaqəsi olmadığını bir daha bəyan edib. "Bəs bu planların arxasında duranlar kimdir və hansı qüvvələrdir” kimi suallara prezidentin çıxışında cavab tapmaq mümkündür: "Azərbaycanın inkişafını istəməyən xarici mərkəzlər...”

Dövlət başçısının çıxışında diqqətçəkən daha bir mühüm məqam Azərbaycanın inkişafı kontekstində vurğuladığı "bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz”,  "tutduğumuz yoldan bizi heç kim döndərə bilməz” kimi qətiyyətli mövqeyidir. Bu, siyasi təhlilçilər üçün açar ifadələrdir və iyunun 3-də və 10-da baş verənləri ən müxtəlif tərəflərə yozanlara,  terrorçuları ən müxtəlif qüvvələrə  bağlayanlara "yol xəritəsidir”. 

Prezidentin çıxışında xüsusi qeyd ediləsi daha bir məqam da bu terror qruplaşmasının əməlinin  hədəfində böyük mənada Azərbaycanın müstəqilliyinin olması barədədir. "Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir” deyə, prezident bildirib.

Nəhayət, ən mühüm məqam dövlət başçısının ölkəmizin təhlükəsizliyi ilə bağlı söylədikləridir. Prezidentin çıxışının əsas ana xəttində məhz xalqın və dövlətin təhlükəsizliyi məsələsidir.

"Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Dünya miqyasında Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayıb yaradır, qurur. Azərbaycan xalqının rahat yaşaması üçün biz əlimizdən gələni edirik” deyən prezident çıxışının sonunda da bir daha bu məsələyə qayıdıb: "Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz bundan sonra da öz siyasətimizi aparacağıq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.

"Yeni Müsavat”

Xəbər 1052 dəfə oxunub






Oxşar xəbərlər

Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu
TAP-dan yeni xəbər var
DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik
"Karabakh-tv.org" - XOŞ GƏLDİN!
ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi - foto
Deputat benzinin bahalaşması ehtimalından danışdı
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
DİM Kamran Əsədovu məhkəməyə verəcək
Prezident 3 polkovnikə GENERAL rütbəsi verdi
Nazirlik təqaüdçüləri sevindirdi: Pensiyalar verildi
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Bakıda "ayıq sürücü" itkin düşüb- FOTO
Bakıda avtobus dayanacağının ətrafı zəbt edilib (FOTO)
Muxtar Babayev 1000-ə yaxın işçini İXTİSAR ETDİ
Eldar Namazov Xəzər anlaşmasını şərh etdi
Paşinyanın 100 gününə sürpriz - çörək bahalaşdı
Məcburi köçkün məktəbləri və təhsilalma ayrı- seçkiliyi - EKSPERT SƏRT DANIŞDI - VİDEO
Bürcünüz– 16 avqust
Vitse prezident: “Türkiyə səhv yoldadır...”
Nazir aqrar sahənin inkişafından danışıb
Bu, Mehriban Əliyevanın xidmətidir - FOTO
Hacı Şahindən ŞOK açıqlama - Video - namaz qılan, araq içən..
Merkeldən Ərdoğana dəstək zəngi - "Güclü olmağınız..."
"Qırmızı siyahı"dakı o terrorçu məhv edildi
Bakıda intihara cəhd - 4 nəfər birdən
Azərbaycanda porno saytları hansı qurum bloklayıb? (RƏSMİ)
Gülxar Həsənova 100! - Prezident sərəncam verdi
İsraildə “Eurovision”un taleyi həll olundu
Dünya Azərbaycanlılarından "QARABAĞ-TV" - yə dəstək ifadə olunub - VİDEO
Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq istəyir
Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
Fazil Mustafa Ərdoğanın ABŞ-a dirənişindən yazdı: "Haqlıdır!"
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Bakıda 19 ünvanda piyada keçidləri inşa ediləcək
Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı
Mövlud Mövluda həsr edilən qısa film - Video
Türkiyədə dolların məzənnəsi 6 lirədən aşağı düşüb
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Jurnalist Səbuhi Məmmədli intihara cəhd edib - Reanimasiyadadır
Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Tramp sabiq köməkçisinə “it” dedi
Soyunub maşın yuyan qız danışdı – FOTOSESSİYA OLUB
Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR
Diplomatların Bakı səfəri: Nələr gözlənilir?
Türkiyədə şok gəlişmə - NATO-nu tərk edə bilər
Fernando Alonso "Formula-1"i tərk edir
Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"
Azərbaycanın ixrac etdiyi qara kürüyə nəzarət gücləndirilməlidir!
İqtisadçı-ekspert: “Dollar hansısa əmrlə dünya valyutası olmayıb...”
ULDUZ FALI - 15 AVQUST
Bakıda güllələnən kriminal avtoritetin FOTOLARI
Nazirdən YENİ TƏYİNAT
“Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – ekspert
700 bal toplayanlara telefon hədiyyə verildi
Taliban Əfqanıstanda hərbi bazanı ələ keçirdi
Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq
Bakıda da dollar yandırdılar - VİDEO - YAŞASIN ƏRDOĞAN!
Füzulidə yol tikintisinə 4,7 milyon manat ayrıldı
DİN və Ekologiya Nazirliyi Xəzərin sahilində reyd keçirdi - 65 minlik CƏRİMƏ
Abşeronda oğurluq: Zərərçəkmiş narkomanlardan şübhələnir - ŞİKAYƏT
Türkiyənin ordu generalı Bakıya gəldi – Foto
Bakıda biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular - VIDEO
Adnan Oktar cinayətində ŞOK - MASON DETALI

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12788] initstartout [0.00016] initstartin [0.00090] calstart [0.01031] calend [0.00061] topnewsend [0.00423] rsssend [0.00000] ehgend [0.00871] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10224]