Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:00 - 13.11.2018  
Əflatun Amaşov: "Gəncədə yaşananlar dini libas geymiş siyasi terrordur"
Tarix: 11-07-2018, 22:40 | Bölmə: ---

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov ötən gün Gəncədə baş vermiş iğtişaşa münasibət bildirib.
Əflatun Amaşov: "Gəncədə yaşananlar dini libas geymiş siyasi terrordur"Şura sədri facebook sosial şəbəkəsində yazaraq bildirib ki, Gəncədə yaşananlar dini libas geymiş siyasi terrordur.
Ə. Amaşov bildirib ki, Gəncə şəhəri Azərbaycanın müasir dövlətçilik ənənələrinin formalaşmasında və dəyər qazanmasında müstəsna pay sahibidir: "Dövlətçiliyimizə qəsd cəhdinin törədilmə məkanı təsadüfən seçilməyib. Heç şübhəsiz, polis zabitləri İlqar Balakişiyevi və Səməd Abbasovu qətlə yetirən əllərlə icra başçısı Elmar Vəliyevə güllə atan əl eyni mərkəzdən idarə olunur”.
Ə. Amaşov deyib ki, müxalifət təmsilçiləri əllərinə düşən ilk fürsətdəcə hakimiyyətə qarşı kin və qəzəb püskürür, illərdən bəri düçar olduqları uğursuzluqların sanki heyfini alırlarmış kimi davranır, müxtəlif arqumentlər irəli sürməklə əsl mahiyyəti kölgələmək yolu tuturlar: "Ortada Azərbaycana qarşı yönəlmiş məkrli oyun var. Siyasi müxalifətin bu oyunda yer alması mənfi tendensiyadır və əslində düşərgənin gələcək məğlubiyyətlərini şərtləndirən məqamdır. Müxaliflik bir yerə qədər olmalıdır. Gəncə ümumdövlət maraqları baxımından vəhdət tribunasıdır. Təəssüf ki, əks düşərgə bu tribunada təmsilçilikdənsə inkarçılığı üstün tutdu”.
Millət vəkili müstəqillik illərində Azərbaycandakı asayişi pozmağın ən mühüm vasitəsinin məhz dini təxribatlar olduğunu vurğulayıb: "Hicab aksiyası” və Əbu Bəkr məscidi ətrafındakı qalmaqal, habelə bir neçə ay öncə Hacı Cavad məscidi ilə bağlı yaranmış insident yaddaşlardan silinməyib. Sual yaranır: nəyə görə məhz din? Cavab sadədir - Azərbaycan müsəlman ölkəsidir və ümumən müsəlman ölkələrində etiqad və vicdan azadlığı kontekstində təfriqələr yaratmaq, mövcud xüsusda nələrisə mübahisələndirməklə etirazçı kütlə hazırlamaq işi asandır. Prosesin Yaxın və Orta Şərq ölkələrindəki klassik metodlarını görmüşük. İkinci qeyd ediləcək məqam bundan ibarətdir ki, respublikamız dinlərin və mədəniyyətlərin qovuşduğu məkandır, tolerantlıq nümunəsidir. İstər dünyanın ayrı-ayrı yerlərindən ölkəmizə təşrif buyurmuş qonaqların gəldikləri qənaət, istərsə də düzənlədiyimiz nüfuzlu beynəlxalq tədbirlər zamanı səslənən fikir və düşüncələr onu deməyə əsas verir ki, Azərbaycan multikultural dəyərlərin hakim kəsildiyi, müxtəlif inanclı insanların dinc, birgəyaşam şəraitində ömür sürdükləri diyar kimi özünü təsdiqləməyi bacarıb. Bu, dünyana varlığımızı bəyan edən son dərəcə böyük sərvətdir. Deməli, Azərbaycana qarşı düşmənçilik motivləri varsa, məhz bu sərvətə qəsd ön planda olmalıdır. Bəli, məkrli plan ona hesablanıb ki, Azərbaycan mühafizəkar, dini fundamentalizmin, ehkamçı dünyagörüşünün hakim kəsildiyi məkan olaraq göstərilsin. Dünyaya burada dini müstəvidə münaqişənin alovlanması üçün guya münbit zəminin mövcudluğu mesajı verilir. Nəticədə beynəlxalq ictimaiyyət ölkəmizlə bağlı bir növ, tərəddüdlərə düşür. Planın tərkibinə din adamlarının hakimiyyətə qarşı mütəşəkkil etirazçı təbəqə olduqlarını göstərmək də daxildir. Bu, nəyə görə lazımdır? Məlumdur ki, xaricdə hakimiyyətlərin dinə qarşı guya barışmaz mövqedə olduqlarını iddia edən İslam pərdəsinə bürünmüş siyasi qruplar var. Zaman-zaman müxtəlif Qərb dairələri tərəfindən hərəkətə gətirilən bu qrupların dini təəssübkeşlik adı altında Azərbaycana cəlb edilməsi istəklərinə meydan hazırlanır. Beləcə nəzərdə tutulan xaos mühiti dərinləşdirilir. Məqsəd budur”.
MŞ sədri 11 apreldə Azərbaycanda keçirilmiş prezident seçkilərinə də diqqət çəkib. O qeyd edib ki, proses apreldə yox, oktyabrda keçirilməli idi, seçki öncəsi bəzi qüvvələr tərəfindən yaradılmasına cəhd göstərilən gərginlik mühitinin ayrı-ayrı elementləri göstərir ki, oktyabr ayı üçün daha geniş miqyaslı məkrli plan işə salınacaqdı: "Xalqın seçkidə cənab İlham Əliyevi dəstəkləyərək iqtidarla vəhdət nümayiş etdirməsi işə salınmış bütün "ssenariləri” iflasa uğratdı. Hesab edirəm ki, bu gün Gəncədə yaşananlar aprel iflasına görə qisas mahiyyəti daşıyan siyasi terrordur. Heç şübhəsiz, terrorun daha bir üzü Ermənistanla bağlıdır. Bir neçə ay öncə ölkədə siyasi dəyişiklik baş verdi. Nikol Paşinyanın hakimiyyətə yiyələnməsi ilə Dağlıq Qarabağ münaqişəsi də gündəmə gəldi. Paşinyanın ortaya qoyduğu mövqe konfliktin nizamlanması ilə bağlı indiyədək aparılan danışıqların ruhuna tamamilə ziddir. Yəni faktiki olaraq ölkəmiz üçün müharibədən başqa yol qalmır. Ermənistanın diplomatik qayda və prinsipləri heçə saymasının doğuracağı savaşın isə Azərbaycanın zəfəri ilə nəticələnəcəyi hər kəsə yaxşı məlumdur. 26 iyun Silahlı Qüvvələr Günü və Milli Ordumuzun 100 illiyi ilə bağlı keçirilmiş möhtəşəm hərbi paradla əlaqədar Ermənistan mediasında yayımlanmış materiallar göstərir ki, ermənilər təşviş içərisindədir. Mövcud durumda işğalçıya dəstək planlarının işə düşəcəyi proqnozlaşdırılırdı və işə düşdü. Gəncədə yaşananların həm də bu baxımdan dəyərləndirilməli olduğunun qənaətindəyəm. Hesab edirəm ki, cəbhəyə yaxın olan strateji bölgədə ictimai asayişi pozmaq və gərginlik yaratmaqla Azərbaycanın diqqətini daxili işlərə yönəltmək, ədalətli müharibə ovqatından daşındırmaq yolu tutulur”.
Ə. Amaşov müasir dövrdə dövlətlərə qarşı aparılan müharibədə informasiya təminatının mövcudluğunun başlıca şərt olduğunu da qeyd edib: "Yəni faktiki olaraq müharibələr informasiya savaşı mahiyyəti daşıyır. Bu mənada Gəncədə Azərbaycana qarşı həyata keçirilən terrorun "klaviatura qəhrəmanları”nı da gördük. Onlar Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd sonrakı onun qətlə yetirildiyinə dair fikirlər yaymaqla cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutdular. Ölkəmizin ikinci böyük şəhərində iki polis zabitinin qətli ilə nəticələnən iğtişaşın anonsunu verənlər də məhz onlar idi. Ümumən onu da bildirmək lazımdır ki, Gəncədə yaşanan olaylar Azərbaycanın mütərəqqi media cameəsinin elektron media və sosial şəbəkələr müstəvisində əsaslı tənzimləmələrin aparılmasına dair zaman-zaman səsləndirdikləri baxışların əməli iş müstəvisinə daşınmasının vaxtının çatdığını bir daha sübuta yetirdi. Bilirəm, fikrimi söz və ifadə azadlığının boğulmasına çağırış kimi dəyərləndirib məsələyə saxta ictimai motiv qazandıranlar tapılacaq. Heç bir halda mövcud sahədə hansısa mürtəce addımlar atıla bilməz. Sadəcə hazırlanmış qanuni mexanizmlər konkretləşdirilməli, təkmilləşdirilərək kompleks əhəmiyyət daşımalıdır. Söz azadlığının dövlətə qarşı qəsd azadlığı anlamı daşıması əsla yolverilməzdir. Məsələyə Azərbaycanın informasiya təhlükəsizliyi baxımından qiymət verilməli, zəruri tədbirlər görülməlidir. Dövlətin Gəncə ilə bağlı yazan bəzi informasiya saytlarına qarşı həyata keçirdiyi tədbirlər də bu kontekstdə dəyərləndirilməlidir.
Sonda bir daha vurğulayım ki, Gəncə hadisələri Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qəsd, düşünülmüş məkrli oyun cəhdidir. Bu durumda mediamızın hərzamankı kimi mütəşəkkilik ortaya qoyması, həssas davranaraq peşəkarlıq nümayiş etdirməsi son dərəcə vacib şərtdir. Media peşəkarlığı dövlətçiliyimizə qarşı təhdidlərin qarşısının alınmasında səfərbəredici missiyadır. Jurnalistlərimiz bu missiyanı ləyaqətlə yerinə yetirir və qəti şəkildə əminəm ki, daha yüksək səviyyədə yerinə yetirməklə cəmiyyətə nümunə olacaqlar”.
Xəbər 942 dəfə oxunub






Oxşar xəbərlər

Qarabağ əlili banka borcuna görə böyrəyini satmaq istəyir - PREZİDENTƏ ŞİKAYƏT
İstanbulda əməliyyat: 29 nəfər saxlanıldı
Prezident İlham Əliyev Belarusa səfər edəcək
Nazim Süleymanov: "Dözə bilmədiyim üçün.."
Serj Sərkisyan sabiq naziri qabağa verdi
Nazir özünə 4 müşavir və 213 işçi axtarır (SİYAHI)
Elnarə Xəlilova: “İndi Damlalar, Şəbnəmlər dəbdədir...”
Məşhur aktyorun evi külə döndü
Cehun Bayramova MÜRACİƏTLƏR Cəlilabad TŞ-də aranı qarışdırdı - direktorlar toplandı - ÖZƏL
Qənirə Paşayeva məruzə ilə çıxış edib - İstanbulda
Avtobus yük maşını ilə toqquşdu - 35 yaralı
"Sportinq" klubunun sabiq prezidenti həbs olunub
“Veteks-2017” MMC yoxlanılır – Beyləqanda
I Dünya müharibəsi – 100
“Milan” Çindən hücumçu gətirir
NONSENS - Ay səthində zavod tikilə bilər
Yaşar İsakovun DTX-dakı vəzifəsi dəqiqləşdi
Bakı sakini binanın girişində güllələnib
Həbsdə olan Fədayə Laçın xəstədirmi? - İDDİA
Azərbaycanlı iş adamının villasında meyit tapıldı
“AG Bank” hesabatını gizlədir – FOTO
Əli Həsənov Ərəb mediasında Azərbaycanla bağlı önəmli mesajlar verdi
Bu Universitet “Makers’ Day 2018”-ə dəvət edir
Kimlər öldürülməli idi? - Qaşıqçı sui-qəsdinin ŞOK DETALLARI
Makrondan dollarla bağlı çağırış - "hücum olanda"
Qoroskop - 12 noyabr
Düşmən atəşkəsi yenə pozdu
Norveç Bakı səfirliyini niyə bağlayır? - PA
Bugün Bakıda və Abşeronda yağış yağacaq
Abşeronda 23 yaşlı qadın dərmandan zəhərlənərək ölüb
Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib
Ceyhun Bayramov idarə rəisini işdən çıxardı – Təyinat
Azərbaycanda Konstitusiya Günüdür
TÜRKMƏN NAĞILININ SONU – Neft ölkələrinin ortaq bəlası…
Mətbuat Camal Xaşuqcinin son sözlərini dərc edib
Fazil Məmmədovun “topdağıtmaz” biznes İMPERİYASI
Mingəçevirdə velosipedçini maşın vurub
Ərdoğan Rusiyaya gedir - Putinlə görüşəcək
Azərbaycanın “Rus NATO-su”na yolu açıldı
Düşmənə seçki sürprizi, Astana fiaskosu, Bakının gizli “əli”
Samirənin yeni seksual - Fotoları
OPEK üzərində “qara buludlar” - bizi nə gözləyir?
“Vaqif Diplomat”ın adamları qeyri-leqal pulları necə “əridirlər”...
Braziliyada torpaq sürüşməsi - 10 nəfər ölüb
Zakir Həsənov Türkiyəyə başsağlığı göndərib
Zamirə Hacıyeva London küçələrində: “Məni tək buraxın” –VİDEO, FOTO
Bakıda jurnalist saxlanılıb
SAZ, SÖZ BİR DƏ QILINC - Mərhum baş redaktorun hikməti ilə... /XATIRLATMA/
GÖMRÜKDƏ RÜŞVƏTİ BELƏ YIĞIRLAR – “50 manat bas rəisin cibinə / VİDEO
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq
Mədət Quliyev veloyürüşdə iştirak etdi - FOTOLAR
Saxta pulla alış-veriş edənlər saxlanılıblar
FED-in qərarı ABŞ-ın dövlət istiqrazlarını ucuzlaşdırıb
Amaliya Pənahova ilə vida mərasimi keçirilib - Fotolar
"Yeni Müsavat" qəzeti ilə 29 ilin bitməyən hekayəsi - videomüsahibə
100 YAŞLI BAYRAĞIMIZ - ƏBƏDİ DALĞALANSIN!
Bürcünüz – 9 noyabr
DTX-ya yeni təyinat - Yaşar İsakova vəzifə verildi
Məmurların general və polkovnik övladları - MÜXTƏLİF VƏZİFƏLƏR
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
Xalq artisti Amaliya Pənahovanı İTİRDİK
Gürcüstanda Azərbaycana məxsus avtomobil yanıb
Əfqanıstanda 16 silahlı məhv edilib
"Ömrümü metropolitenə sərf etməyim boş imiş" - Tağı Əhmədov təəssüfləndi
Səhiyyə sahəsinə 1,8 milyon manat ayrıldı
Orqanizmi şəkəri az həzm edənlər daha sağlamdır
İngiltərədə zaminə buraxılan Zamirəni nə gözləyir?
Misir məhkəməsi İŞİD-in 40 üzvü barədə hökm çıxarıb
HEYDƏR ƏLİYEVİ ilk işə alan DTK polkovnikinə yubiley keçirilsin! - Vətəndaş təklifi / ÖZƏL
Alışanovun "ELMİ İŞİNİN" ŞOK PAXIRLARI - DETALLAR

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17146] initstartout [0.00017] initstartin [0.00095] calstart [0.02210] calend [0.00067] topnewsend [0.00499] rsssend [0.00000] ehgend [0.00855] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13324]