Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:17 - 21.02.2019  
Prezident enerji qəzasını araşdırmağı xüsusi komissiyaya tapşırdı
Tarix: 4-07-2018, 09:16 | Bölmə: ---

3 iyul qaranlığından sonrakı səhər: nələr baş verdi?; Dövlət başçısı İlham Əliyev baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün göstəriş verdi; ölkənin bütün strukturları Mingəçevir İES-də baş vermiş qəzadan sonra yaranmış problemləri aradan qaldırmağa cəlb olunub

Prezident enerji qəzasını araşdırmağı xüsusi komissiyaya tapşırdı

 

İyulun 2-dən 3-nə keçən gecə saat 00.20 radələrində Azərbaycanın enerji təchizatı sistemində böyük qəza yaşanıb. Mingəçevir İstilik Elektrik Stansiyasının 6-cı blokunda yaranan problem bütün ölkənin enerji təchizatı sistemində açılmalara səbəb olub.

 

Məsələ ilə bağlı Energetika Nazirliyi və "Azərenerji” ASC-nin ilkin birgə məlumatından aydın olur ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) üzündən baş verib.

Qəza ilə bağlı müvafiq dövlət strukturlarından operativ əməliyyat qrupu formalaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb.

Prezident enerji qəzasını araşdırmağı xüsusi komissiyaya tapşırdı

 

 

Gecə saat 01.50-dən etibarən ölkə ərazisinə tədricən elektrik enerjisinin verilişi bərpa olunmağa başlayıb. Bunun üçün  Rusiya və Gürcüstandan enerji mübadiləsi təmin edilib.

APA-nın xəbərinə görə, "Gürcüstan Dövlət Elektrosistemi” Səhmdar Cəmiyyətinin məlumatında Mingəçevir İES-də baş vermiş qəzadan sonra Gürcüstanın Azərbaycana elektrik enerjisinin ixracına başladığı qeyd olunub. Qonşu ölkədən Azərbaycana elektrik enerjisinin ötürülmə gücü hazırda 57-60 MVt təşkil edir.

Nazir və nazirlikdən açıqlama

"Təşvişə, narahatlığa heç bir əsas yoxdur”. Bunu qəzadan az sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Onun APA-ya verdiyi məlumatda dərhal hadisə yerinə yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edildiyi, yanğının 20 dəqiqə ərzində söndürüldüyü qeyd olunub. Nazir deyib ki, ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək: "Təşvişə, narahatlığa heç bir əsas yoxdur”.

FHN-nin baş vermiş qəza haqqında rəsmi məlumatında isə qeyd edilir ki,  03 iyul 2108-ci il saat 00:20-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib: "Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün ”3 saylı çağırış" elan olunub, 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib. Açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundakı yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb. Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb".

Baş nazirin müavini Yaqub Eyyubov və "Azərenerji” ASC-nin prezidenti E.Pirverdiyev iyulun 3-də səhər saatlarında Mingəçevirə gediblər. APA-nın məlumatına görə, onlar yanğın baş vermiş Mingəçevir İES-ə baş çəkiblər. Y. Eyyubov qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Su təchizatında problemlər

Elektrik enerjisinin kəsintisi bütün ölkə boyu su təchizatına mənfi təsir göstərib. "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllının sözlərinə görə, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bütün su təmizləyici qurğuların fəaliyyəti dayanıb: "Bildiyiniz kimi, Oğuz-Qəbələ su kəmərində quyulardan su çıxarılır və nasoslar elektrik enerjisinin köməyi ilə işləyir. Demək olar ki, şəhərdaxili nasos stansiyalarında iş dayanmışdı. Artıq biz Ceyranbatan su təmizləyici qurğusunu qoşmuşuq. Kür su təmizləyici stansiyasının fəaliyyət bərpa olunub, qismən gücü ilə işləyir və artıq onun gücünü artırırıq. Tezliklə Oğuz-Qəbələ su kəmərində qoşulmanı planlaşdırırıq. Ona görə də hazırda şəhərin böyük hissəsində su təchizatında problemlər mövcuddur. Bilirsiniz ki, Mingəçevirdə elektrik enerjisi qoşularkən qısa müddət ərzində, 3 saniyə ərzində Bakıda elektrik enerjisinin verilişi bərpa olunur. Amma suyu Kürdən Bakıya gətirmək üçün boruların doldurulması ən azı 12-14 saat vaxt aparır. Buna görə də gün ərzində su təchizatında problemlər yaşanacaq”.

Metropoliten əsas "zərərçəkənlərdən” biridir

Qəza Bakı Metropoliteninin fəaliyyətində problemlər yaradıb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun "Yeni Müsavat”a verdiyi məlumata görə, enerji təchizatı dayandığı üçün tunellərdə qalan qatarlardakı sərnişinlər mobil qüvvələr tərəfindən çıxarılıb: "Gecə saat 24.00-da metrostansiyalarına giriş dayandırılsa da, içəridə olan sərnişinləri mənzilbaşına çatdırırıq. Enerji təchizatı dayanan zaman Metropolitendə operativ qruplar yaradıldı, tunellərdə qalan az sayda sərnişinlər tez bir zamanda çıxarıldı”.

Enerji verilişi bərpa edildiyinə görə səhər saat 06.00-radələrindən Metropolitenin "Yaşıl” və "Qırmızı” xətlərində hərəkət tam təmin olunub. Problem yalnız Bənövşəyi xəttin "Avtovağzal” və "Memar Əcəmi” stansiyalarında yaranıb. B.Məmmədovun sözlərinə görə, bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun "İnşaatçılar”, "Memar Əcəmi” və "Nizami” stansiyalarına hərəkətini təşkil edib.

08.32-dən etibarən "Avtovağzal-Memar Əcəmi” stansiyaları arasında qatarların hərəkəti təmin edilib, problem aradan qaldırılıb.

SOCAR-ın quru yataqlarında iş bərpa olunub

"Respublikanın energetika sistemində yaranmış çətinliklərlə əlaqədar olaraq SOCAR-ın quru mədənlərində iş rejimi müvəqqəti olaraq pozulub”.

Bu barədə "Report”a SOCAR-dan bildirilib.

Şirkətdən APA-ya verilən məlumata görə isə Qaz İxrac İdarəsinin Kompressor stansiyalarının, Neft Emalı Zavodu, "Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda elektrik enerjisinin kəsilməsi nəticəsində müəssisələrin fəaliyyəti qəza rejimində dayandırılıb: "Səhərə yaxın elektrik enerjisinin təchizatı bərpa olunduqdan sonra Qaz anbarları, Qaz İxrac İdarəsinin Kompressor stansiyaları, NEZ və ”Azərikimya" İB-nin müəssisələrinin bütün qurğuları tədricən işə salınıb. Hazırda SOCAR-ın müəssisələrinin iş rejimi normal vəziyyətdə davam edir".

Ordunun enerji təchizatında problem yoxdur

Azərbaycan Ordusunun hərbi hissələrində və ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi infrastrukturun fəaliyyətinin tam şəkildə təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib. Elektrik enerjisinin verilişində hər hansı problem yarandıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür. Srağagün gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi bu enerji mənbələri avtomatik işə düşüb və hazırda Ordumuzun bütün hərbi hissələrində, xüsusilə ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur.

Gəncə-İstanbul aviareysi 40 dəqiqə gecikib

İyulun 3-də saat 08:20-də "Türk Hava Yolları” şirkətinin həyata keçirməli olduğu 0338 nömrəli Gəncə-İstanbul reysi 40 dəqiqə gecikmə ilə baş tutub.

"Report” xəbər verir ki, buna səbəb ölkədə elektrik enerjisinin verilməsində yaranmış problem olub.

Həmin problemə görə həm də "Buta Airways”in Bakı-Moskva aviareysi və ardınca Moskva-Gəncə aviareysini 12 saat gecikib.

Maraqlıdır ki, enerji təchizatı kəsilən zaman stasionar rabitədə  problemlər meydana çıxmışdı. Lakin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı açıqlamada ölkənin bütün ərazisində telekommunikasiya təchizatının dayanıqlığı təmin olunduğu bildirilir: "Əlavə enerji qurğularının işə salınması nəticəsində ölkə ərazisində sabit və mobil telefon rabitəsi, internet, poçt, televiziya və radio yayımının fasiləsizliyi tam təmin edilib”.

"Bakcell” və "Azercell”dən "Yeni Müsavat”a verilən məlumata görə isə, enerji təchizatındakı problemə görə ölkənin bir neçə bölgəsində yerləşən mobil baza stansiyalarının elektrik təchizatında fasilələr yaranıb. Hər iki şirkət fasilələrin aradan qaldırılması üçün tədbirlərin görüldüyünü bildirməklə yanaşı, ölkə üzrə enerji təchizatı tam təmin olunanadək problemlərin yaranmasını istisna etmir.

Prezident komissiya yaratdı

Prezident İlham Əliyev "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

"Yeni Müsavat”ın məlumatına görə, sərəncamda qeyd olunur ki, qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Prezident qəza ilə əlaqədar Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi altında Dövlət Komissiyasının yaradılmasına qərar verib.

Energetika naziri Komissiya sədrinin müavini,  daxili işlər, fövqəladə hallar nazirləri,  Baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, "Azərenerji”, "Azərişıq” sədrləri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı və AMEA Fizika İnstitutunun direktoru üzvləri təyin edilib.

Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdıraraq bu barədə prezidentə məlumat verməli, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirərək həyata keçirməlidir.

Prezident həmçinin Baş Prokurorluğa baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməyi tapşırıb.

Ölkə üzrə enerji təchizatı tam bərpa olunacaq

"Azərişıq” ASC Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin dünən günortadan sonra "Yeni Müsavat”a verdiyi məlumatda Bakı şəhərində enerji təchizatının 100 faiz, regionlarda isə 80 faiz təmin olunduğu bildirilir.

Lakin yerlərdən aldığımız məlumatlarda ölkənin Cənub və Qərb bölgələrində rayon mərkəzləri, böyük qəsəbə və kəndlər istisna olmaqla, kəndlərin əksəriyyətinin də hələ işıqsız qaldığı qeyd edilir.

Bundan əlavə, Bakı və Sumqayıt şəhərlərindəki iri müəssisələrin bir çoxuna enerji verilişi bərpa olunmayıb. Günorta saatlarından Bakının Nizami, Sabunçu rayonlarının ərazisində yenidən enerji təchizatı dayandırılıb.

"Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı isə APA-ya bildirib ki, qəza baş verən İES-in enerji blokundan biri təlimata uyğun olaraq işə düşüb. Onun sözlərinə görə, ikinci enerji blokunun fəaliyyətə başlaması üçün start vəziyyətinə gətirilib: "Ölkənin elektrik enerjisi ilə təchizatı 90 faiz bərpa edilib. Günün sonunda elektrik enerjisinin verilişi 100 faiz bərpa olunacaq”.

Ölkə yenə qaranlıqda

Dünən saat 18:30 radələrində Bakıda və ölkənin əksər rayonları yenidən işıqsız qalıb. Ən kritik vəziyyət Bakı metroplitenidə yaranıb. Belə ki, iş günün sonu olduğu üçün on minlərlə adam metro tunellərində qatarda qalıb. Özünü pis hiss edən xeyli insanı ambulanslarla təcili yardım məntəqələrinə aparıblar. Qəzet çapa gedərkən işıqlar hələ də bərpa edilməmişdi.   

Xəbər 1528 dəfə oxunub






Oxşar xəbərlər

Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq
2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olunub
“Seyid” ləqəbli narkobaron saxlanıldı
İsmayıllıda kriminal dəstə tutulub
"ANS-in açılması zəruridir və açılarsa.." - Qulu Məhərrəmli
Şəmsəddin Əliyevə cavab: Niyə "iribuynuzlu məmur" və "gözükməyən" (?!)
İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar – SİYAHI
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14745] initstartout [0.00017] initstartin [0.00090] calstart [0.01008] calend [0.00057] topnewsend [0.00394] rsssend [0.00000] ehgend [0.00725] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12387]