Qusarda tədbir - 100 YAŞIN MÜBARƏK, AZƏRBAYCAN POLİSİ!

  • 03 iyul 2018, 15:44
Dünən Azərbaycan polisinin yaradılmasının 100 illiyi tamam oldu. Bu münasibətlə ölkənin hər yerində hər bir polisin gülən üzü hamıya sevinc bəxş etdi.
"Demokratik.Az"-ın məlumatına görə, bu münasibətlə Qusarda da "Azərbaycan Polsini 100" tədbir keçirilib. Saytımıza DİN Quba Regional mətbuat xidmətindən verilən məlumata görə, tədbir QUSAR Rayon Polis Şöbəsinin əməkdaşlarının ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etməklə, önünə tər çiçəklər düzməklə başlayıb. Daha sonra tədbir Qusar rayon mədəniyyət evində davam etdirilib. Tədbirdə iştirak edən Quba rayon İcra hakimiyyətinin başçısı Şair Alxasov polis əməkdaşlarını təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlovun Azərbaycan polisinin 100 illik çətin və məsuliyyətli fəaliyyəti barədə məruzəsi diqqət çəkib. O, milli polisimizin keçdiyi şanlı tarixi yola nəzər salıb.  Ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayan polis rəisi, daxili işlər orqanları  əməkdaşlarının bundan sonra da vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyətlərini davam etdirəcəklərini, bu sahədə səy və bacarıqlarını əsirgəməyəcəklərini bildirib.
Yubiley tədbirində həlak olan polis əməkdaşlarının ailələri də iştirak edib. Z.Bədəlov 2013-cü ildə cinayətkar qrupla atışma zamanı həlak olan, Qusar RPŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Qalib Quliyevin oğlu Elvin Quliyevin bu ilki qəbul imtahanının 1-ci mərhələsində 649 bal topladığını bildirərək, hər bir polisimizin onunla fəxr etdiyini bildirib. Yüksək nəticə göstərən polis övladına polis rəisi tərəfindən mükafat verilib.
Tədbirin sonunda Qusar Rayon Polis Şöbəsinin rəhbərliyi və şəxsi heyəti Qusar polis şöbəsinin sahə müvəkkili işləmiş, Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun xatirəsini yad ediblər.
100 YAŞIN MÜBARƏK AZƏRBAYCAN POLİSİ!
BAYRAMIN MÜBARƏK QUSAR POLİSİ! 
Demokratik.Az
Oxşar xəbərlər