“Azərsu” ASC Bakıdakı su probleminə aydınlıq gətdirdi

  • 03 iyul 2018, 13:31

Bu gün səhər saatlarından etibarən Bakının müxtəlif rayonlarında su problemi yaranıb.

Bu barədə sosial şəbəkələrdə insanlar narazılıqlarını bildiriblər.

Məsələ ilə bağlı məlumat almaq üçün "Azərsu ASC”-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

A.Cəbrayıllı bildirdi ki, su problemi axşam saatlarına qədər öz həllini tapacaq: "Həm Oğuz-Qəbələ, həm də Ceyranbatan və Kür mənbələri elektrik enerjisinə görə dayanıb. Hazırda Bakının Xətai, Nizami, Nəsimi Yasamal, Nərimanov rayonunun bir hissəsində su problemi yaşanır. Tərəfimizdən bunun həlli üzrə işlər aparırıq.

Kür və Ceyranbatan mənbələrimiz isə tam işləyir. Oğuz- Qəbələ mənbələri isə bu dəqiqlərdə qoşulur. Bundan sonra əhaliyə su verilişi stabilləşəcək. Saat 18:00 radələrinə kimi paytaxt tam şəkildə su ilə təmin olunacaq. Lakin fasiləsiz rejimlə su alan binalar sabahdan təmin olunacaqlar”.

Oxşar xəbərlər