Türkiyədə pedofilləri axtalayacaqlar - RƏSMİ açıqlama

  • 02 iyul 2018, 16:26
Türkiyədə pedofillərin kastrasiyası (axtalanması) tətbiq olunacaq. Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.

B.Bozdağ əlavə edib ki, bu məsələ əvvəl də gündəmdə olub və parlamentdə müzakirə olunub: "Təəssüf ki, bu məsələ Türkiyədə növbədənkənar seçkilər səbəbindən təxirə salınmışdı".

Qeyd edək ki, pedofillərin kastrasiyası məsələsi Türkiyə parlamentində aprelin 9-da müzakirə olunub.

Bu qanun qəbul olunacağı təqdirdə Türkiyədə pedofilləri həm də 20 ildən 40 ilədək həbs cəzası gözləyəcək.


 

Demokratik.Az

Oxşar xəbərlər