Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:50 - 26.03.2019  
“Sərdar Cəlaloğlu ilə PKK-nın “Dilan” kod adlı xanımı və “Kürd Əli” - SENSASİON
Tarix: 25-06-2018, 13:28 | Bölmə: ---

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun 26 il öncə PKK terrorçuları ilə keçirdiyi məxfi görüşlə bağlı yeni detallar üzə çıxıb. "Ölkə.Az” xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu PKK terror təşkilatının lideri Abdullah Öcalanın Avropa üzrə təmsilçisi, "Dilan” kod adlı xanım terrorçu ilə gizli görüş keçirib.

“Sərdar Cəlaloğlu ilə PKK-nın “Dilan” kod adlı xanımı və “Kürd Əli”Məlumatda qeyd edilir ki, Şərurun Dərəkənd kəndində baş tutan görüş Sərdar Cəlaloğlunun ailəvi dostu olmuş PKK-nın "Kürd Əli” adlı gizli casusunun vasitəçiliyi ilə baş tutub.

Məlumat üçün bildirək ki, "Kürd Əli” kimi tanınan Əli adlı travmatoloq uzun illər Naxçıvanda həkimlik fəaliyyəti ilə məşğul olub. Onun Sərdar Cəlaloğlu ilə əlaqələri də buradan yaranıb.

Həmin dövrdə PKK terror təşkilatının yüksək vəzifəli şəxslərinin Sərdar Cəlaloğlu ilə görüş keçirməsi təsadüfi ola bilməzdi.
Mənbənin məlumatına görə, həmin görüş zamanı Sərdar Cəlaloğlu PKK-nın "Dilan” kod adlı nümayəndəsindən hakimiyyətə gəlmək üçün dəstək istəyib. Qarşılığında isə Sərdar Cəlaloğlunun onlara nə vəd etməsi insanı düşündürməyə bilməz.

 

Sözügedən görüşün olmasını Azad Demokratlar Partiyasının (ADP) sədri, keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər də təsdiqləyib.

O, "Ölkə.Az”a açıqlamasında deyib ki, həmin görüşün olmasını Sərdar Cəlaloğlu özü də etiraf edib:

"Bir vaxt Sərdar Cəlaloğlu iddia edirdi ki, guya həmin görüşdə mən də iştirak etmişəm. Ancaq bütün bunlar yalan və cəfəngiyyatdır. Mən Azərbaycanın kəşfiyyatına və əks-kəşfiyyatına rəhbərlik etmişəm, dünyanın müxtəlif adamları ilə görüşüm olub. Əgər ehtiyac olsaydı, çəkinmədən deyərdim ki, o görüşdə iştirak etmişəm. Şəxsən mən kəşfiyyatçı kimi bu görüşlə bağlı xüsusi araşdırmalar aparmamışam. Ancaq görüş zamanı Sərdar Cəlaloğlunun yanında olan insanlar var. Onlar etiraf edirlər ki, Sərdar Cəlaloğlunun PKK-dan belə bir insanla görüşü olub. Ancaq "Dilan” adlanan o xanımın əsl adının nə olması barədə heç bir məlumat yoxdur. Ancaq həmin dövrdə Sərdar Cəlaloğlunun kürd əsilli bir həkimlə əlaqəsinin olduğunu bildirdim. Həmin adamın adı Əli idi. Sərdar Cəlaloğlu Əli ilə məni də tanış etmişdi. Sonradan mən o adamı Xalq Hərəkatının mitinqlərində də görmüşəm. Əli həkim Şərur rayonunda travmatoloq işləyirdi. Bir dəfə mən həmin Əlinin otağında olanda kürd liderlərinin şəkillərini gördüm. Bu zaman əmin oldum ki, Əlinin PKK ilə əlaqəsi var və mütəmadi olaraq görüşürlər. Bunundan sonra həmin adamla əlaqəni dərhal kəsdim”.

S.Əkbər qeyd edib ki, Sərdar Cəlaloğlunun ona qarşı iddiaları ilə bağlı məhkəmə çəkişmələri də olub:

"Sərdar Cəlaloğlu iddia edirdi ki, guya həmin görüşdə mən də iştirak etmişəm. Ancaq mən onu məhkəməyə verib sübut etdim ki, o görüşdə iştirak etməmişəm. Nəticədə Sərdar Cəlaloğlu məhkəmədə mənə uduzub”.

Sabiq nazir müavini bildirib ki, həmin vaxtı Sərdar Cəlaloğlunun PKK nümayəndəsi ilə görüşməsi səhv addım idi:
"Siz jurnalistsiniz. Gedib araşdırın görün PKK-da "Dilan” adlı şəxs olub? Ümumiyyətlə, PKK-da ikinci şəxs qadın olmayıb. Böyük ehtimalla "Dilan” onun kod adıdır. PKK-çılar heç zaman öz adlarını təqdim etmirlər”.

Həmin görüşün keçirilməsinə şahidlik etmiş Milli Şuranın üzvü, 1988-ci ilin Milli Azadlıq Hərəkatının fəalı hacı Ramiz Mirzəoğlu da təsdiq edib ki, sözügedən görüş Şərurun Dərəkənd kəndində baş tutub:

"Həmin vaxtı mən Naxçıvanda musiqi məktəbinin direktoru işləyirdim. Həm də Xalq Hərəkatında iştirak edirdik. Xalq Cəbhəsinin yeni yaranan vaxtları idi. Sərdar Cəlaloğlu və bir neçə adam gəlib mənim evimdə yığışmışdı. Naxçıvanda "Kürd Əli” kimi tanınan həkim-cərrah vardı. O, Sərdar Cəlaloğlunun dostu idi. Bir gün o, gəlib dedi ki, Türkiyədən Abdullah Öcalanın Avropa üzrə təmsilçisi Dilan adlı xanım gəlib sizinlə görüşmək istəyir. Sonra özləri gedib Şərurun Dərəkənd kəndində onunla görüşdülər. Amma mənə dedilər ki, sən kiçik adamsan, biz liderlərik. Ona görə mənim gəlməyimə razı olmadılar. Sərdar Cəlaloğlu, "Kürd Əli” və digər adamlar gedib onunla görüşüblər. Ancaq həmin görüşdə nə danışılmasından heç bir məlumatım yoxdur.
Sərdar Cəlaloğlu iddia edir ki, guya həmin görüşdə Sülhəddin Əkbər də iştirak edib və sairə. Amma mən bunu görməmişəm. Həmin görüşə mənim evimdən Sərdar Cəlaloğlu, Firdovsi və digər 2 nəfər gedib. Sülhəddin Əkbər isə həmin vaxtı mənim evimə gəlməyib. Mən Sülhəddin bəyin o görüşə getdiyinə şahid olmamışam”.

/Zaur Əziz  - Ölkə,Az/

Xəbər 1165 dəfə oxunub






Oxşar xəbərlər

ÇAĞDAŞ RUSİYANIN 1930-cu İLLƏRİN ALMANİYASI İLƏ OXŞARLIĞI
"Xəzər" Universitetinin təsisçisi ittihamlara cavab verdi - sabiq müəllimini əxlaqsızlıqda ittiham etdi
“Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir” - Əli Məsimli
Zakir Həsənov ABŞ-a işgüzar səfərə gedəcək
Paşinyan bunu da etdi! - Küçə süpürdü – VİDEO
Spikerin Moskvada yeni əmlakları aşkarlandı - (FOTOFAKT)
Xəzər Universitetinin "milyonları" hara xərclənir?
Tanınmış meyxanaçının ölüm səbəbi bilindi
Eden Azar "Real Madrid"ə keçməyə razılıq verib
ADY Gəncə-Bakı reysində dəyişiklik edib
ƏLİ İNSANOVUN “BORCU”… – Sabiq nazir həbs olunmasaydı, indi kim idi?
Bu da Zeynəb Xanlarovanın dəbdəbəli villası… – FOTO
Kasprşik Paşinyanla Qarabağ münaqişəsindən danışıb
NEFTİMİZ UCUZLAŞDI
Gəncənin yeni polis rəisinin oğlu “Porsche” ilə radara düşdü (FOTO)
PUA Frankfurt hava limanının işini dayandırdı
Türk əsgərləri S-300-ə görə Azərbaycana gəlir
Bu deputatlar həm də QRANT alırmış - “7 min və..."
"Alov" mühafizə xidməti ilə Təhsil Nazirliyinə alovlu KORRUPSİYA İTTİHAMI
Makron Breksit məsələsində nöqtəni qoydu
Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib
Teymur Əhmədovun 50 il əvvəlki yazısı - Nəriman Nərimanov Novruz bayramı haqqında...
Goranboyda satıcılar icra başçısına etiraz etdilər- VIDEO
"Əli İnsanovun ağsaqqallıq etməsindən məmnun olarıq" - İsgəndər Həmidov
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
Putin general Şoyqunu Əsədin yanına yolladı
“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert
“Müharibə başlaya bilər” - Lavrovdan şok xəbərdarlıq
Eldar Sabiroğlu və Rüfət Səfərov yazır: "Qələbə bizimlədir!"
AÇ-2020-nin seçmə mərhələsi başlayır
Elmar Məmmədyarov şərt qoydu
Türkiyədə yenidən zəlzələ – Üç məscid çatladı
"Boeing" "737 MAX" laynerlərini modernizasiya edəcək
ABŞ Suriyada 400 hərbçi saxlayacaq
Prezident Novruz təbrikində də islahatların anonsunu verdi - VİDEO MÜRACİƏT
Azərbaycan idmançılarından möhtəşəm Novruz zəfəri - 25 medal
Deputat Aydın Mirzəzadə də Əli İnsanovu qınadı
Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
ŞOK! - NAZARBAYEV İSTEFA VERDİ!
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10538] initstartout [0.00013] initstartin [0.00054] calstart [0.00651] calend [0.00041] topnewsend [0.00263] rsssend [0.00000] ehgend [0.00498] tagsstart [0.00043] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08972]