Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:59 - 14.11.2019  
Qalmaqallı kosmetoloq video yaydı – Qadın "jurnalist" pul tələb edir – VİDEO
Tarix: 24-06-2018, 10:58 | Bölmə: ---

Bir müddət öncə kosmetoloq Elnarə Rzayevanın barədə mətbuatda qalmaqallı xəbərlər yayıldı. Belə ki, onun xeyli insanın sağlamlığına ciddi zərər vurduğu, lakin məsuliyyətə cəlb olunmadığı bildirildi. Ardınca isə E.Rzayeva ətrafında söz-söhbətlər böyüdü və o, ATV-nin canlı efirinə dəvət edildi. Həmin verilişdə insanlarla kosmetoloq arasında ciddi gərginlik yaşandı.

Elnarə həmçinin sosial şəbəkə hesabındakı rəyi, insanları təhqir etməsi ilə gündəmə gəlib. Belə ki, öz adı ilə paylaşımın rəy bölməsinə tərif yazması onu gülünc vəziyyətə salıb. O, "fake” profildə keçmədiyini unutduğundan bu cür yanlışlığa yol verib. Lakin mediaya açıqlamasında köməkçisinin bunu yazdığını söyləyib.

Bundan əlavə, kosmetoloq onu tənqid edənləri çox ağır və küçə söyüşləri ilə təhqir edib. Eyni zamanda həmin insanların fotolarını sosial şəbəkədi hesabında paylaşaraq ələ salıb.

Baş verənlərdən sonra onun cəzalandırılması üçün şikayətçilər məhkəməyə müraciət edib və onun barədə hakim qərar çıxarıb. Qərara əsasən, E.Rzayeva sosial şəbəkələrdə iddiaçılardan üzr istəməli və 10 000 manat təzminat ödəməlidir.

Bütün bunlara rəğmən kosmetoloq onun haqqında məlumat yazan jurnalisti günahlandırıb. Belə ki, ilk xəbər Criminal.az-da dərc olunduğu üçün adı çəkilən  saytın əməkdaşının onu qarşılıqsız sevdiyi üçün bu addımı atdığını söyləyib. Lakin jurnalist mediaya açıqlamasında onun barədə deyilənləri inkar edib. E.Rzayeva daha əvvəl də jurnalisti ondan pul tələb etməkdə ittiham etmişdi.

Bir müddət öncə isə Elnarə Rzayeva haqqında yayılan infosmasiyalarla əlaqədar mətbuat konfransı təşkil edib. Maraqlıdır ki, kosmetoloq media nümayəndələri ilə görüşə onu tənqid edən jurnalistləri dəvət etməyib. Yalnız bir nəfər konfransda iştirak edib, amma ona söz deməyə imkan verilməyib. Belə ki, E.Rzayeva ətrafına əsasən ona yaxın olan media nümayəndələrini, tanınayan saytların əməkdaşlarını və "İnstagram” səhifəsini idarə edənləri toplayıb. Həmçinin kosmetoloq barədə sosial şəbəkədə reklam xarakterli paylaşımlar edib rəy bölməsini bağlayanlar həmin görüşə gələnlər arasında yer alıb. Eyni zamanda konfransda Elnarə xanımın qalmaqallı xəbərləri ilə bağlı suallar verilməyib. Hətta özünə kiçik auditoriyası olan vaynerlərdən biri də dəstək üçün həmin görüşdə iştirak edib. Elçin adlı vayner daha öncə ATV telekanalında Rzayevanı müdafiə edib, məsələyə tərəfsiz biri kimi qiymət verdiyini qeyd etmişdi.

Konfransda əsasən, Elnarə Rzayeva barədə mediada yazılan neqativ xəbərlər pislənilib. Kosmetoloq ondan şikayət edən insanları tanımadığını söyləyib.

Bir neçə gün öncə isə E.Rzayeva jurnalistin ondan pul istədiyini əks etdirən video paylaşıb. Belə ki, görüntülərdə adı açıqlanmayan qadın kofrans təşkilinə və oraya media nümayəndələrinin çağırmasına görə kosmetoloqdan 100 manat tələb edir. Elnarə xanım isə fürsətdən istifadə edərək onun haqqında yazan jurnalistlərin hamısını günahldırır. O, media nümayəndələrinə pul vermədiyi üçün saytlarda barəsində neqativ xəbərlərin yazıldığını iddia edib.

Kosmetoloq konfransdan sonra oradakı jurnalistlərin ondan pul tələb etdiyini iddia edib. Ardınca isə izləyicilərinə, "Görürsünüz, jurnalistlərdən məndən pul tələb edirlər. Pul versəm yaxşı, verməsəm pis yazırlar. Düşmənlərim var. Ermənipərəst adamlar məni yıxmaq istəyirlər. 100, 200, 300 manat verib haqqımda yazılar hazırlatdırırlar”. Kosmetoloq unudub ki, konfransa dəvət etdiyi jurnalistlərin (bəziləri ümumiyyətlə jurnalist deyil – red) heç biri onun haqqında yazı yazmayıb. Reketlik edən jurnalistlərdən istifadə edib, ciddi media orqanlarını günahlandırmaq Elnarə xanımın çıxılmaz durumda olduğunu göstərir.

Xatırladaq ki, E.Rzayeva ötən il müxtəlif saytlarda kosmetoloq kimi reklam olunub. İndi isə həmin mətbu orqanlar onun haqqında qalmaqallı yazılar dərc edib. Buradan da əslində bir sıra maraqlı məqamlar meydana çıxır. Müəyyən məbləğ qarşılığında insanları düşünmədən onların sağlamlığına zərər vuran şəxsi rahatlıqla reklam edənlər hazırda kosmetoloqdan neqativ xəbərlər yazırlar. Bunun arxasında həmin saytların maddi marağı durması istisna edilmir. Bəlkə də Elnarə Rzayeva vaxtı ilə pul ödəyib özünü təriflətdiyi saytları nəzərdə tutur. / minval.info/

Xəbər 2043 dəfə oxunub






Oxşar xəbərlər

Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25421] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00915] calend [0.00052] topnewsend [0.00419] rsssend [0.00000] ehgend [0.00617] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23260]