Tverdə saxta araq satan azərbaycanlı tutuldu

  • 18 iyun 2018, 12:52

Rusiyanın Tver vilayətində polisə rüşvət təklif etməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə "Tverskie vedomosti” qəzeti yazıb. Məlumata görə, 59 yaşlı azərbaycanlı saxta alkoqollu içkilər satarkən yaxalanıb. Yaxalanan zaman polisə 15 min rubl (təxminən 420 manat) təklif etsə də, niyyətinə çata bilməyib.

Tver vilayət prokurorluğundan verilən məlumata görə, onun haqqında cinayət işi qaldırılıb. Vilayətin Penovsk rayon məhkəməsi isə onun haqqında həbs-qətimkan qərarı çıxarıb.

Demokratik.Az

Oxşar xəbərlər