Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…

  • 18 iyun 2018, 12:01

Ermənistan rəhbərliyinin son hərbi və siyasi uğursuzluqları onu vadar etdi ki, Qarabağ münaqişəsi zonasında vəziyyəti kəskinləşdirsin. Son dörd gün ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinin atəşə tutulmasını gücləndiriblər. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmən Ağdam, Goranboy və Tərtər istiqamətində nəzərə çarpacaq dərəcədə itkilər verib, lakin Ermənsitanın Müdafiə Nazirliyi bu barədə susur.

Hərbi mənbələrin məlumatlarına görə, Tərtər rayonunun işğal altında olan ərazilərində erməni hərbçilərinin Azərbaycan mövqelərini izləmək üçün quraşdırdıqları müşahidə kamerası sıradan çıxarılıb.

İşğal edilmiş Seysulan kəndi istiqamətində "Hyundai” markalı çoxfunksiyalı ağır texnika sıradan çıxarılıb ki, bunun köməyi ilə erməni hərbçiləri mühəndis işləri görməyi planlaşdırırdılar.

Bundan başqa, Tərtər rayonu istiqamətində cavab atəşi ilə düşmən postu məhv edilib və nəticədə, erməni ordusunun iki hərbçisi öldürülüb. Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşmiş digər bölmələri erməni hərbçilərinə məxsus "KamAZ” yük maşınını darmadağın ediblər.

243714_src

Bundan savayı, dünən Azərbaycan ordusunun Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında yerləşən bölmələri cavab atəşi ilə erməni ordusunun iki hərbçisini məhv ediblər.

Ermənistan ordusunun bu cür fəallaşmasını şərh edən hərbi ekspert Tərlan Eyvazov qeyd edib ki, düşmənin bu aktivliyi Naxçıvan istiqamətindəki uğursuzluqlarla əlaqədar ola bilər.

"Qarabağ istiqamətində gərginlik yaratmaqla onlar öz xalqlarının diqqətini Naxçıvan istiqamətində üzləşdikləri məğlubiyyətdən yayındırmağa çalışırlar. Lakin bununla onlar yalnız öz vəziyyətlərini daha da pisləşdiriblər. İndi ermənilər ölkədə yeni etirazlardan qorxaraq, itkilərini gizlətmək məcburiyyətindədirlər”, – ekspert vurğulayıb.(virtualaz.org)


Oxşar xəbərlər