Rusiyanın ən qoca kommunisti azərbaycanlı imiş: Züqanov təbrik etdi - FOTO

  • 10 iyun 2018, 18:09

Rusiya Kommunist partiyasının sədri Gennadi Züqanov 100 yaşlı azərbaycanlı Məmməd Mirzəməmməd oğlu Cəbrayılova təbrik məktubu göndərib.

Musavat.com-un Rusiya KİV-lərinə istinadən hazırladığı məlumata görə, 80 ildir kommunist partiyasının üzvü olan Cəbrayılov, həm də bu ölkənin ən qoca kommunisti imiş. Hazırda 100 yaşını qeyd edən Məmməd baba müharibə vetranıdır. İndi Voronejdə yaşasa da, döyüş yoluna Bakıdan başlayıb, Berlində yekun vurub.

Məmməd Cəbrayılov hazırda Rusiya Kommunist partiyasının ən qoca üzvü sayılır.

Oxşar xəbərlər