Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:45 - 19.08.2018  
Göygöl sakinləri niyə palçıq içir? - Bəlkə Prezidenti aldadıblar?
Tarix: 10-06-2018, 20:32 | Bölmə: ---

Göygöl sakinləri niyə palçıq içir? - Bəlkə Prezidenti aldadıblar?Göygöl rayon sakinlərinin içməli su təchizatında biabırçı durum yaşanır. Bir neçə gündür sakinlər ələ salınır, evlərdəki smart tipli sayğaclara pul ödəyib guya ağ, təmiz ekoloji saf su gözləyən biçarələr palçıqlı, bulanıq suya görə hər gün "Azərsu"ya lənət yağdırırlar. 

Sakinlərin sözlərinə görə, onlara mütamadi çirkli su "satan" "Azərsu" verdiyi vədlərə xəyanət etməklə, illərdir abonentlərini aldatmaqla məşğuldur. Aldığımız məlumata görə, cəmiyyət istehlakçılara təkcə lilli su satmır, həm də suyun verilişində uzunmüddətli fasilələrə də yol açır. 

Göygöl sakinləri niyə palçıq içir? - Bəlkə Prezidenti aldadıblar?

 

"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, 2014-cü il yanvarın 21-də Göygöl rayonuna içməli suyun verilməsi mərasimində iştirak edən ölkə başçısı cənab İlham Əliyevə deyilən məlumatlar, verilən vədlər "nədənsə" puça çıxdı. Belə ki, həmin mərasimdə ölkə rəhbərinin hüzurunda əhaliyə 24 saat fasiləsiz və ekoloji cəhətdən təmiz su təminatına dair öhdəlikləri nağıla çevirdilər. Neçə ildir ki, nə fasiləsiz su, nə də ekoloji təmiz su məsələsi reallaşmadı.

Yerli dövlət rəsmiləri, xüsusilə rayon İHB-nin başbilənləri isə özlərinin və ailə üzvlərinin içməli su tələbatını marketlərdə satılan, xüsusi qablaşdırılmış bahalı sularla ödəyirlər. Və belə olan halda da, Göygölün pullu və harın məmurları icra başçısı Arif Seyidovun timsalında illərdir bu durumu görməzlikdən gəlirlər. Şikayətlərin və giley-güzarın xeyri yoxdur.

Göygöl sakinlərinin hansı keyfiyyətdə, hansı rəngdə su içmələri yerli rayon rəhbərliyini və Göygöl rayon Sukanal idarəsini narahat edən məsələ deyil. Sakinlər söyləyir ki, kimlərsə onları qəsdən gündəlik həyatı şərtləndirən içməli su ilə imtahan edirlər.

Görünür, Azərbaycanda əhalinin fasiləsiz və təmiz içməli su təminatına dair öhdəlik və məsuliyyətini ASC sədri cənab Qorxmaz Hüseynov unudub. Eləcə də, adıçəkilən rayonun icra başçısı Arif Seyidov da vətəndaşların belə ciddi problemlərinin həllində vasitəçi olmaq missiyasını olmaya ləğv edib? Əgər, Göygölün içməli su problemi varsa və həqiqətən ölkə başçısı yalan vədlərlə aldadılıbsa, buna Arif Seyidovun susqun qalması, problemi dərindən təhlil edib şəxsən prezidentə məruzə etməməsi sadəcə xəyanətdir...

Kənardan olduqca məsuliyyətsiz görünən məmurlara səslənirik: - "Göygöl sakinləri niyə palçıq içir? - Bəlkə Prezidenti aldadıblar?...

Göygöl sakinləri niyə palçıq içir? - Bəlkə Prezidenti aldadıblar?Bildirək ki, "Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğlu da Göygöl rayonunda yaşayır. O bu biabırçılığa dair öz feysbuk səhifəsində maraqlı sətirlər yazıb.

"Əziz dostlar! bir neçə gündür Göygöl sakinləri kirli su ilə sınağa çəkilir. Dələduz və yezidxislətli "Azərsu" biçarə istehlakçılarına eksklüziv rəngi olan, tərkibində balıq, çömçəquyruq əmələ gələcək keyfiyyətdə bir suyu içməyi lazım bilir... 
Əhsən sənə, Qorxmaz Hüseynov! Həqiqətən də qorxmazmışsan - səni nə vicdanın qorxudur, nə insafın, nə də qanunçuluq!
Tutaq ki, bu 3 şeyin sən(d)ə dəxli yoxdur...
Qorxmursanmı ki, birdən bu rayon su içməkdən imtina edər, qalarsan pulsuz, olarsan çulsuz!
Rayon sakinlərinin sənə bir arzusu var! - Allah səni də, bu cür suyu bizlərə rəva görən digər yezid məmurları da belə suya möhtac qoysun! 
Qorxmaz Hüseynov! Neçə ki, gec deyil, Göygölün icra başçısı Arif Seyidov dostunla birlikdə "KİRİNİZİ", ÇİRKABINIZI CAMAATDAN UZAQ TUTUN!
BARİ BU KİRİ TƏMİZLƏYİN!
BİR DƏ - ÖZÜNÜZƏ NUŞ OLSUN, CƏNABLAR!"...

(mövzu diqqətimizdədir)

Demokratik.Az

Xəbər 4141 dəfə oxunub






Oxşar xəbərlər

Heydər Əliyevin evindən eksklüziv - VİDEOREPORTAJ
Məmmədyarov supertunirə qələbə ilə başladı
Qaxda qeyri-adi heyvan tapıldı – FOTOLAR
İlham Əliyev Ərdoğanı təbrik edib
Atəşkəs rejimi 87 dəfə pozulub
“Azərbaycan ABŞ və İsrailin yanında olacaq…” - Şərh (II HİSSƏ)
QKÇP qiyamından 27 il keçdi
Günün qoroskopu - 19 Avqust
Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO
Həbsdən çıxmış müğənni “O səs Türkiyə”də oxuyacaq
Ərdoğan Volodinlə görüşdü
“Təranə Qumralı 3 ilədək həbs gözləyir”
Sabah Bakıda yağış yağacaq
Kəmaləddin Heydərov generalı sərəncama götürdü
Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
Lukaşenko hökuməti “təmizlədi”
KOFİ ANNAN VƏFAT ETDİ
Gəncədə məktəb direktorunun OYUNLARI - arpası + yoncası + qoyunları (fotolar)
Türkiyədə ilahiyyatçıların savaşı: 5 ölü
"Lopabığ Nazimin cibi" və "Öpüş: 1 manata..." - Bakbulvarın qərarına ŞƏRHLƏR
Didərgin partiya sədri: "Torpaqlarımızı işğaldan azad etməliyik”
3 sabiq, oxşar karyera, fərqli aqibət...
CƏBHƏDƏ GƏRGİNLİK - ATƏŞKƏS YENƏ POZULUB
Türkiyə amerikalı keşişlə bağlı qərarını dəyişmədi
Qadın polis tanımadığı körpəyə "məmə" verdi
Qadınlar belə qocalır - 6 əlamət…
Rusiya ABŞ-a etiraz notası göndərib
"Yüksək bal toplayanlar artıbsa bu təhsilin keyfiyyətinin yüksəlməsi deyil" - Etibar Əliyev
"Twitter"-də problemlər yaşanıb - nasazlıq
Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır
Kişi həyat yoldaşını və qayınatasını güllələdi - Gəncədə
“Azərbaycan təcili Xəzər donanmasını gücləndirməlidir” - ekspertlər
Qurban kəsmək kimlərə vacibdir, kimlərə yox?
QOROSKOP - 18 AVQUST
47 azərbaycanlı məhbus İstanbulda aclığa başladı
Ərdoğan yeddinci dəfə baba oldu
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
Bokçularımız Rusiyada beynəlxalq turnirə qatılacaq
Putindən Avstriya nazirinə kreativ toy hədiyyəsi
Gəncə hadisələri ilə bağlı daha 2 nəfər həbs olundu - RƏSMİ
Qız bakirəliyini satışa çıxardı – FOTOLAR
ADAU rektoru tələbələrin validyenləri ilə görüş keçirib
Baş nazirdən KT Nazirliyi ilə bağlı QƏRAR
Misir Mərdanov: “Təhsil sistemindən danışmaq istəmirəm"
Putin və Ərdoğan Tehran sammitində ayrıca görüşəcək
Sülhəddin Əkbər Azərbaycan ətrafında gedən prosesləri şərh etdi
Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
Qoroskop - 17 avqust
Zabit Səmədov çempionu belə yendi – VİDEO
Payız yaxınlaşır - iqlim nələr vəd edir? - çoxlu yağışlar
“Hacı Mazan”ı yol polisi saxladı – FOTO
"Azərbaycan “Rus NATO-su”na üzv ola bilər" - İDDİA + ŞƏRHLƏR
Osman Nərimanoğlu - "Demokratik düşüncələrim" (2)
Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu
TAP-dan yeni xəbər var
DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik
"Karabakh-tv.org" - XOŞ GƏLDİN!
ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi - foto
Deputat benzinin bahalaşması ehtimalından danışdı
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
DİM Kamran Əsədovu məhkəməyə verəcək
Prezident 3 polkovnikə GENERAL rütbəsi verdi
Nazirlik təqaüdçüləri sevindirdi: Pensiyalar verildi
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Bakıda "ayıq sürücü" itkin düşüb- FOTO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13628] initstartout [0.00019] initstartin [0.00089] calstart [0.01142] calend [0.00065] topnewsend [0.00517] rsssend [0.00000] ehgend [0.00883] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10838]