Binəqədinin yeni icra başçısı FHN yetkilisi olub

  • 06 iyun 2018, 22:29
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Elxan Allahverdiyevin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Yayılan məlumata görə, Elxan Allahverdiyev Kapital Bank-ın İdarə Heyətinin sədri Elşən Allahverdiyevin qardaşıdır. Bununla belə, adıçəkilən bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır.
Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.
Nə deyək, təbii ki, İLK ÖNCƏ ÖLKƏ BAŞÇISININ ETİMADINI DOĞRULTSUN, , BİNƏQƏDİLİLƏRƏ DÜŞƏRLİ OLSUN...
Demokratik.Az
Oxşar xəbərlər