Putin Rusiyanın əsas məqsədini açıqlayıb

  • 06 iyun 2018, 09:34

Vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılmasından başqa Rusiyanın məqsədi yoxdur. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Prezident V.Putin "Çin Media Korporasiyası”na müsahibəsində Çin sədri Si Tszinpinin hakim partiyanın son qurultayında səsləndirdiyi "İnsanların həyat səviyyəsinin yüksəldilməsi naminə” tezisini xatırladıb: "Bu məqsədə müxtəlif vasitələr və fərqli alətlərlə nail olmaq mümkündür, lakin məqsəd birdir – vətəndaşlarının həyatının yaxşılaşdırılmasından başqa Rusiyanın məqsədi yoxdur”, – deyə Putin qeyd edib.

Oxşar xəbərlər