Havay adasında vulkan 117 evi dağıtdı - VİDEO

  • 05 iyun 2018, 09:16

Havay adasında vulkan püskürməsi səbəbindən dağılmış tikililərin sayı 117-yə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Kilauea vulkanından püskürən lava bir yerli sakinin xəsarət almasına səbəb olub.

Vulkanın püskürməsi ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrindən minlərlə insan təxliyə edilib.

Qeyd edək ki, Kilauea vulkanı mayın 3-dən püskürməyə başlayıb. Bundan sonra adada 6,9 bal gücündə zəlzələ baş verib. Havay ştatının hökuməti vulkan yaxınlığında yerləşən Puna dairəsini təbii fəlakət zonası elan edib.


Oxşar xəbərlər