Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:59 - 20.07.2019  
Qarabağda İNQİLAB DALĞASI - Azərbaycana növbəti fürsət
Tarix: 4-06-2018, 08:51 | Bölmə: ---

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində - Dağlıq Qarabağda, Xankəndidə iyunun 2-də yerli xüsusi xidmət orqanlarının xüsusi təyinatlıları tərəfindən iki nəfərin xüsusi qəddarlıqla döyülməsi spontan kütləvi aksiyalara səbəb olub. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, xüsusi təyinatlıların qrupu iki nəfər arasında davaya qarışıb və onları bərk döyüb. Döyülənlər xəstəxanaya yerləşdirilib.

Qarabağda İNQİLAB DALĞASI - Azərbaycana növbəti fürsətBundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq "milli təhlükəsizlik xidmətinin” xüsusi təyinatlılarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Toplaşanlar yolu bağlayıblar və saatlarla nəqliyyatın hərəkətini dayandırıblar. Bildirilir ki, Dağlıq Qarabağın "milli təhlükəsizlik xidməti”nin xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldur, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərir.

Vəziyyətin getdikcə gərginləşdiyini görərək etirazçıların qarşısına qondarma "DQR hökumətinin” yüksəkvəzifəli nümayəndələri çıxıblar. Onlar etirazçıları əmin etməyə çalışıblar ki, "prezident” Bako Saakyan günahkarları cəzalandıracaq. Lakin toplaşanlar dağılışmayıblar və yolu açmayıblar. Nəhayət, bir neçə saat sonra etirazçıların 9 nəfərdən ibarət nümayəndələrini Saakyan qəbul edib. Onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağı sözü verilib. Bundan sonra etirazçılar dağılışıblar və hakimiyyətə bir gün vaxt veriblər.

Erməni ekspert Tiqran Karapetyan Facebook-da yazıb ki, Qarabağdakı "hakimiyyətin” başçısı Bako Saakyan Ermənistanda Serj Sərkisyanın aqibətini yaşaya bilər. Çünki Dağlıq Qarabağda da rejim hər cür qanunsuzluqlarla məşğuldur. Lakin onun bildirdiyinə görə, güc strukturlarının rəhbərləri Bako Saakyana təzyiq edirlər ki, etirazçılara güzəştə getməsin. Çünki bu, kapitulyasiya deməkdir.

"Soros” fondu ilə bağlı olan amerikalı ekspert Coşua Kuçera da Dağlıq Qarabağda baş verənləri şərh edib. Onun sözlərinə görə, insanlar Ermənistanda baş verənlərdən ruhlanıblar və Nikol Paşinyanın taktikası ilə hərəkət edirlər - mərkəzi yolları, küçələri bağlayırlar. "Etirazlar bütün Qafqazı bürüyəcək” - Kuçera özünün twitter bloqunda yazıb.

Dağlıq Qarabağda müşahidə olunan hadisələr və yaranmış vəziyyətdən Azərbaycanın istifadə edib-etməməsi ilə bağlı politoloq Qabil Hüseynli "Yeni Müsavat”a şərhində bildirdi ki, orada da vəziyyətin qarışacağı gözlənilən idi: "Bundan əvvəl bir neçə dəfə Bako Saakyana bir neçə təşkilat xəbərdarlıq etmişdi ki, vəziyyət arzuedilən istiqamətə getmir, ”kadr dəyişiklikləri" həyata keçirilməlidir. Bildirilmişdi ki, Serj Sərkisyanın Dağlıq Qarabağdakı adamlarına qarşı təmizləmə əməliyyatları aparılmasa, onlar Xankəndidə kütləvi aksiyalar başlanacaq. Sözsüz ki, bu, elə-belə məsələ deyil və arxasında daha geniş planlar dayanır. Dağlıq Qarabağda başlanan etiraz aksiyaları İrəvanla, yeni hakimiyyətə gələn Nikol Paşinyanla qırılmaz surətdə bağlıdır. Paşinyan Bako Saakyanı Dağlıq Qarabağda yaşayan protest elektoratının əli ilə hakimiyyətdən kənarlaşdırmaq istəyir. Yəni plan İrəvanda hazırlanıb və işə salınmaqdadır. Bu plan qondarma "DQR”də "hakimiyyət” dəyişikliyinə gətirib çıxarmalıdır. Ona görə də iki gündür başlanan hadisələr miqyasca böyüyəcək və zənnimcə, "hakimiyyət” dəyişikliyi ilə nəticələnəcək. Çünki başqa variant yoxdur, Serj Sərkisyanın liderlik etdiyi Qarabağ klanının Ermənistanda hakimiyyətinə son qoyub, siyasi bağlarını kəsib Dağlıq Qarabağda bu klana toxunmamaq ağılsızlıq olardı. Dağlıq Qarabağda bu cinayətkar klanın dayaqları aradan qaldırılmasa, Paşinyanın Ermənistandakı hakimiyyətinə təhlükə hər an qalacaq. Bunu da rəsmi İrəvan bilir. Paşinyan bu təhlükəni aradan qaldırmaq üçün aprelin 13-dən sonra Ermənistanda başladılan prosesi indi də işğal altındakı Dağlıq Qarabağda reallaşdırmaqda maraqlıdır. Ermənistanda gedən proseslər işğal altındakı Dağlıq Qarabağda təkrar olunmağa başlayır. Böyük ehtimalla, qondarma "prezident” Bako Saakyanın istefası ilə proses başa çatacaq".

Azərbaycanın Dağlıq Qarabağda yaranmış gərginlikdən fürsət olaraq istifadə edib hərbi əməliyyatlara başlamasının vacib olub-olmadığına gəlincə, politoloq qeyd etdi ki, bu tamamilə qanuni və məntiqli olardı: "Çünki Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. 1992-1993-cü illərdə Azərbaycanda hakimiyyət dəyişiklikləri proseslərində siyasi gərginliklər yaşananda Ermənistan fürsətdən istifadə edib Azərbaycanın rayonlarını işğal etdi. Azərbaycan Ermənistanda bu ilin aprelində yaşanan hakimiyyət böhranı, siyasi gərginliklərdən fürsət olaraq istifadə etmədi. İndi Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda siyasi gərginliklər başlayıb və Azərbaycanın tam haqqı çatır ki, öz ərazilərində suverenliyini bərpa etmək və nizam-intizam yaratmaq üçün addımlar atsın. Biz bu ilin aprelində ələ düşən fürsətdən yararlanmaqdısa heç olmasa indi öz ərazilərində antiterror, antiseparatizm əməliyyatlarına başlaya bilərik. Buna görə heç kimin Azərbaycana etiraz etmək haqqı da yoxdur. Çünki Azərbaycan bu addımı atsa BMT nizamnmaməsinə uyğun olacaq. Azərbaycanın işğal olunmuş ərazilərində prosesləri öz nəzarəti altına almağa tam hüquqi var”.

Xəbər 3846 dəfə oxunub






Oxşar xəbərlər

İnsanlar yüksək maaş və pensiyalar almağa macal tapmamış...
“Türk axını” Cənub Qaz Dəhlizinə rəqib, yoxsa...
Akif Nağı Avropada keçiriləcək mitinqə qatılacaq
Qulu Məhərrəmli "Cümhuriyyət - 100" medallarından yazır
“KİVDF ləğv olunmalıdır” – Mehman Əliyev
Elçibəydən oğurlanan 200 min dollar üzə çıxdı - ŞOK VİDEO
Aİ-dən Türkiyəyə 1,41 milyardlıq yardım
“S-400”ləri yaradan azərbaycanlı (FOTOLAR)
Aqil Abbas Oqtay Şirəliyevi “yıxıb-sürüdü”
AXH-nin yürüş müraciəti rədd edildi
Leyla Yunusdan Elçibəyə ağır ittihamlar - Əli Kərimli niyə susur?
Bəşər Əsədin qardaşına məxsus qüvvələrə hücum olub
Okean dibində üzən ÜNO-lar barədə - VİDEO
Azərbaycanda əmək haqqı artırıldı
Mələk Çakmak ADAU-da mühazirə söyləydi
AQTA-nın MÜƏMMALI TENDERİ – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
XƏYANƏTİN QURBANI HÜSEYN CAVİD – Tarix heç kimi unutmur!
ANS "Gelandevagen" xəbərinə cavab verdi
Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib
Əflatun Amaşov da Keşikçidağ BARƏDƏ
Ermənilər Göygöldə traktora atəş açdı
Elçibəyin təsis etdiyi “Şah İsmayıl” ordeni – Niyə indiyədək heç kimə verilməyib? – AÇIQLAMA
Ramaldanov: “Keşikçidağda sərhədçilərimiz çox doğru hərəkət ediblər”
Baş mühasib 2 il sonra DİN-i niyə ittiham edir? – Rəsmi
Əli Əhmədov BMT-də çıxış edib
Həbsxanada işgəncə: yeni şok kadrlar - VİDEO 18+
FİFA referisi Azərbaycandan gedir
Ərdoğana məktub: Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar
Sosial şəbəkələr çökdü
Vahid Mustafayev “Galenvagen”lə qayda pozdu
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi - VİDEO
Azərbaycan əhalisinin sayı açıqlanıb
1 nömrəli "qanuni oğru"nun həbsinin “Quli”yə nə dəxli?
Türkiyənin taleyi üç il öncə dəyişsəydi - VERSİYALAR
Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
“Google” casusluq iddialarına cavab verdi
Aİ Komissiyasında ilk qadın prezident
Cavad Zərif ABŞ-la danışıqların şərtlərini açıqladı
İlin ikinci Ay tutulması başlayıb
“Qaynar Qazan”da Mirşahin Ağayev: “Dövlət İlham Əliyevdir…
Şəki Xan Sarayındakı qəzada ölən müəllimə (FOTO)
Əli Həsənov “Keşikçi qala” olayına münasibət bildirib
Dilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUB
“Sərhəddi keçən güllələnməlidir” - ÇAĞIRIŞ
Dolların sabaha MƏZƏNNƏSİ
Metroda siqaret çəkən tapıldı və cərimələndi - FOTO
ƏSABƏLİ MUSTAFAYEV: “Avropa Məhkəməsinə göndərdiyim sənədlər “Azərpoçt”da oğurlanır”
Keşikçidağa giriş qadağan edildi - Gürcüstandan mühüm və zəruri addım
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13243] initstartout [0.00013] initstartin [0.00059] calstart [0.00727] calend [0.00037] topnewsend [0.00272] rsssend [0.00000] ehgend [0.00550] tagsstart [0.00045] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11536]