Gəncədə piyadanın ölümünə səbəb olan sürücü kimdir? - Şaiyyə yayıldı - Yenilənib

  • 01 iyun 2018, 14:38

"Demokratik.Az"-ın məlumatına görə, Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb. Bu barədə xəbər artıq rəsmiləşib.

Hadisə şəhərin "Ramada Plaza" otelinin qarşısında qeydə alınıb. Yaralı xəstəxanaya aparılanda yolda dünyasını dəyişib. Həyatını itirən 20-24 yaşlı Musa adlı gəncin nəşi gecə saatlarında ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin təfərrüatları tam açıqlanmasa da, səhər saatlarından etibarən Gəncə sakinləri arasında şaiyyə yayılıb.

Gəzən söz-söhbətə görə, hadisəni Gəncə şəhəri Nizami rayonu Polis Şöbəsinin rəisi Ədalət Sadıqovun oğlu törədib.

"Demokratik.Az" şəhərdə yayılan bu şaiyyəni dəqiqləşdirməyə çalışıb. Və bu barədə DİN-in Qərb Regional Mətbuat Xidmətindən saytımıza bildirilib ki, həmin avtoqəza ilə adıçəkilən polis rəisinin övladının heç bir əlaqəsi yoxdur.

"Demokratik.Az" r kəsi bu kimi dedi-qodulara inamamağa çağırır.. 

Avtoqəzada ölümə səbəb olan sürücünün kimliyi yaxın günlərdə rəsməaçıqlanacaq. Hazırda hadisə ilə əlaqədar zəruri istintaq hərəkətləri davam etdirilir.

Sürücünün kimliyi barədə dəqiq məlumat verməyə çalışacağıq...

//////////////////////////////////////////////

Xəbər yayımlandıqdan sonra sürücünün kimliyini öyrənməyə cəhd etsək də bu məqsədlə Baş Prokurorluq və DİN-in Mətbuat Xidməti ilə telefon əlaqələrimiz heç bir nəticə vermədi. Sürücünün kimliyini açıqlamaqda maraqsız görünən hər iki qurum yetkilisi bizi ayrı-ayrılıqda digərinə yönəltməklə suallara cavab vermədi.

Gəncə sakinlərindən onu öyrənə bildik ki, bu gün dəfn olunan Musa adlı gənc ailənin təövladı olub. Yas mərasimi isə Gəncədəki 44 saylı orta məktəbin yaxınlınlığında reallaşıb. Sürücünün kimliyini də dəqiqləşdirə bildik. Hadisəni ehtiyyatsızlıq ucbatından törədən səxs polis əməkdaşıdır və Gəncə şəhər Nizami rayon Polis Şöbəsinin gənc əməliyyat müvəkkillərindən biridir.

Rəsmi açıqlama olmadığı üçün həmin polisin kimliyinin açıqlanmasını hələlik məqbul hesab etmirik.

Demokratik.Az

Oxşar xəbərlər