Rusiya məşhur investoru həbs etdirdi - İspaniyada

  • 30 may 2018, 15:23

Məşhur maliyyəçi və investor Uilyam Brauder İspaniya polisi tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə o öz Tvitter səhifəsində məlumat yayıb. Brauderin Rusiyanın sorğusu əsasında saxlanıldığı bildirilib.

Qeyd edək ki, Brauder "Hermitage Capital Management" investisiya fondunun təsisçisidir. Onun Rusiyaya girişi 2005-ci ildə qadağan edilib. 2006-cı ildə Brauder fondunu Rusiyadan çıxarıb. O, 2013-cü ildə Rusiya tərəfindən vergiləri ödəməməkdə ittiham edilərək qiyabi olaraq 9 illik həbs cəzasına məhkum edilib.

Oxşar xəbərlər