Azər Qasımlı niyə həbs olunub? – Polisə müqavimət

  • 30 may 2018, 09:39

Dünən Yasamal Rayon Məhkəməsində Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis üzvü Azər Qasımlı barəsində 30 günlük inzibati həbs seçilib.

Demokratik.Az bildirir ki, gənc siyasətçinin həbsinin səbəbi açıqlanıb. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham irəli sürülüb.

Bu rəsmi qərar olsa da, Azər Qasımlının həbs olunmasına "REAL" partiyasının mövqeyi fərqli də ola bilər.

Məhkəmənin qərarı ilə A. Qasımlı 30 sutka müddətinə azadlıqdan məhrum edilib.

Demokratik.Az

Oxşar xəbərlər