Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:38 - 17.11.2019  
Sensasiya! AXCP və MŞ-da ara qarışdı - Əli Kərimliyə yarım milyonluq İTTİHAM
Tarix: 29-05-2018, 20:56 | Bölmə: ---

Bir müddət öncə AXCP sədri Əli Kərimliyə yaxın olan şəxslərin ətrafında başladılan hüquqi prosedurların mahiyyəti nəhayət, rəsmi məlumatla açıqlandı. Öncədən də gözlənildiyi kimi, bu araşdırmalar dolayısı ilə Əli Kərimliyə çatan, mənbəyi bəlli olmayan pul vəsaitləri  ilə bağlıdır.

Və ən maraqlısı və ipucu verən məqam da bu pulların AXCP sədrinə məhz Rusiyadan axıdılmasıdır...

Sensasiya! AXCP və MŞ-da ara qarışdı - Əli Kərimliyə yarım milyonluq İTTİHAM2013-cü ilin prezident seçkiləri ərəfəsində ortaya çıxan Milli Şura projesinin Moskvadan idarə edilməsi şübhə doğurmurdu. MŞ layihəsi, ümumiyyətlə, Rusiya paytaxtında hazırlanmış, daha sonra Bakıya ixrac edilmiş, onun da başına Rusiya vətəndaşlığı olan kinorejissor Rüstəm İbrahimbəyov gətirilmişdi. Daha sonra ictimai rəy, hüquqi baryerlər və iqtidarın kəskin müqaviməti bu layihənin başındakı adamın -  İbrahimbəyovun Azərbaycanda siyasi blok lideri olmasına imkan vermədi. Rüstəm müəllim özü də həbsdən qorxdu, Azərbaycandan dönməmək üzrə qaçdı və Bakıdakı layihəsini Moskvadan yönətməyə üstünlük verdi. Zamanla bu layihə AXCP sədri Əli Kərimlinin nəzarətinə keçdi. Dönük bir professoru Milli Şuraya sədr qoyan Kərimli qısa zamanda bu təşkilatı tam istifadəsinə aldı, AXCP-nin bir şöbəsinə çevirdi və ondan bərk yapışdı. Anlaşılan bu idi ki, Kremldəki bəzi dairələrin himayəsi ilə qurulan bu qurumun bağlantıları Kərimliyə çox lazım idi. 2013-cü ildən sonra later vəziyyətdə davam edən bu gizli bağlantılar AXCP sədrinin maddi gözləntilərini ödəməli idi...

Rusiyadan Azərbaycan siyasətinə axıdılan pullarla bağlı aparılan əməliyyat və rəsmi açıqlamalar səhnəni tam olaraq aydınlaşdırır. Kərimlinin nəzarətindəki Milli Şuranın ‘beşiyini’ hələ də Moskva yırğalayırmış...

Yayılan rəsmi məlutada nələr vurğulanrıdı, bir yada salaq. Rəsmi dil bir az ağırdı, lakin hər abzası diqqətlə oxuyanda məsələni başa düşmək olur. Məsələn, giriş sitatı olaraq bu parçanı seçək; ‘Prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin  iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb’...

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda daha sonra bildirilir ki, Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə "Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiyada təbliğat aparıb.

Sensasiya! AXCP və MŞ-da ara qarışdı - Əli Kərimliyə yarım milyonluq İTTİHAM

Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V. Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib.

Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiqlənib, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilib.

İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsait lərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini bildiriblər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunub.

Təqsirləndirilən şəxslərin cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan müdafiə, hüquqi yardım almaq və sair hüquqları tam təmin edilib.

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan məlumatlar isə istintaqa təsir göstərmək, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Hazırda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən cinayət işi üzrə hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində qanunvericilikdə nəzərdə tutulan zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Diqqətçəkən odur ki, bu faktlar açıqlanmazdan 1 gün əvvəl Əli Kərimli və onun ətrafında olan şəxslər Saleh Rüstəmovun guya istintaq təcridxanasında müəmmalı şəkildə ölməsi barədə haray salmışdılar. Bu fakt təsdiqini tapmadı və ardınca gələn rəsmi məlumatlar Əli Kərimlinin narahatlığının nədən ibarət olduğunu ortaya çıxardı.

Amma Əli Kərimlini narahat edən təkcə bu faktların deşifrə edilməsi deyil. Onun təşvişi həm də növbəti dəfə öz ətrafına pul "atmasının” ifşa olunmasıdır. Bununla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Xəbər ondan ibarətdir ki, çevrəsinə pul kələyi gəlməyə adət etmiş Əli Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı da ənənəsinə sadiq qalıb. Bizi bilgiləndirən bir cəbhəçinin dediklərindən: "Məlum olur ki, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib. Əli Kərimli bunun hesabatını saxta şəkildə verirmiş. Üzə çıxıb ki, o, hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə yalan məlumat olaraq bildirirmiş ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Düz 30 dəfə saxtakarlıq edib!

Sensasiya! AXCP və MŞ-da ara qarışdı - Əli Kərimliyə yarım milyonluq İTTİHAM

Təşkilatdakı mötəbər mənbə iddia edir ki, rəsmi məlumatların və həbs olunanların verdiyi ifadələrin ardınca AXCP-də ara qarışıb. Məlum olub ki, Moskvadan hər ay Milli Şura və AXCP adlı qurumlara nəzarət edən Əli Kərimliyə 30 min dollar civarında vəsait gəldiyi halda, ortaya bundan 30 dəfə az pul çıxıb. Belə anlaşılır ki, Kərimli qalan vəsaitləri gizli şəkildə Londonda yaşayan öz ailəsinə yönləndirirmiş. Ana müxalifət adına  bir mənbədən -  Moskvadan daxil olan vəsait isə nə az, nə çox -  412 min dollardır! Heç şübhəsiz, oğurlamağa öyrəşmiş Əli Kərimli başqa mənbələrdən də ona daxil olan vəsaitlərlə bu cür rəftar edib. Məhz bu səbəbdən də AXCP-Milli Şura alyansında ara qarışıb. Funksionerlər heyrət və qəzəb içindədir. Mənbəmiz deyir ki, yaxın günlərdə tanınmış bir sıra simaların bəyanat verərək, Əli Kərimlinin ətrafını tərk etməsi gözlənilir. Hətta  bəzi funksionerlərin Əli Kərimlinin bu maxinasiyaları haqda açıq danışacağı, sosial şəbəkələrdə məlumat verəcəyi də istisna deyil.

 İddiaya görə, böyük oğurluğu üzə çıxan Əli Kərimli bu etirazların qarşısını almaqda acizlik çəki.

T.ƏHMƏDLİ,

Musavat.com

Xəbər 3500 dəfə oxunub






Oxşar xəbərlər

17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28174] initstartout [0.00024] initstartin [0.00134] calstart [0.01437] calend [0.00051] topnewsend [0.00566] rsssend [0.00000] ehgend [0.00670] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25226]