Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:21 - 18.09.2019  
“Harvard”ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var
Tarix: 29-05-2018, 18:58 | Bölmə: ---

“Harvard”ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də varHarvard Universiteti ABŞ-ın ən qədim təhsil ocağı sayılır. 1636-cı ildə fəaliyyətə başlayan bu universitet hazırda dünyanın üç ən nüfuzlu ali məktəbindən biridir. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. İngilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Övladı olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını bu təhsil ocağına bağışlayıb. Harvard Universitetinin kitabxanası dünyanın ən böyük özəl kitabxanasıdır. Burada mərkəzi kitab toplusundan əlavə, nadir kitablar və əlyazmalar, tibb, çin-yapon kitabları və s. kitabxanalar yerləşir.

Dünyanın məşhur insanları, böyük şəxsiyyətləri Harvard Universitetinin məzunu olublar. Onlardan 45 nəfəri Nobel mükafatı laureatı, 30-dan çoxu isə dövlət başçısıdır. ABŞ-ın bir neçə sabiq prezidenti, o cümlədən sonuncu dövlət rəhbəri Barak Obama və xanımı Mişel, Feysbukun yaradıcısı Mark Zukerberq, Microsoft-un qurucusu Bill Qeyts "Harvard”da təhsil alıblar.

Bu nəhəng ali təhsil ocağını bitirənlər arasında azərbaycanlılar da var və onlardan bəziləri hazırda yüksək dövlət vəzifəsində çalışır.

AZXEBER.COM Azər Niftiyevin təqdimatında Harvard Universitetinini bitirən azərbaycanlılarla bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov 2000-ci ildə Harvard Universitetinin Kennedi adına məktəbini beynəlxalq və milli təhlükəsizlik ixtisası üzrə bitirib və son təyinata qədər diplomatik fəaliyyətlə məşğul olub. Azərbaycanı BMT-də və Fransada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edib.

“Harvard”ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2011-ci ildə Harvard Universitetini inzibati idarəçilik üzrə ixtisası üzrə bitirərək, magistr dərəcəsinə yiyələnib. Bir ay öncə yüksək vəzifəyə təyinat alan V.Hüseynov buna qədər Ucar seçicilərini Milli Məclisdə təmsil edib və ən fəal millət vəkillərindən olub.

 

“Harvard”ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var

 

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbini dövlət idarəçiliyi ixtisası üzrə bitirib və bu nüfuzlu universitetdə təhsil alan ilk azərbaycanlılardandır.

“Harvard”ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimov 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının diplomunu alıb. Kənd Təsərrüfatı naziri İnam Kərimovun qardaşı M.Kərimov 6 xarici dil bilir.

“Harvard”ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var

 

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev "Harvard” məzunudur və bu universiteti hüquqşünas ixtisası üzrə bitirib.

 
"Harvard”ı bitirən digər azərbaycanlı məzunlar:
 
 Emin Hüseynov – Azərbaycan Respublikası Maliyyə nazirinin müavinidir. Mərkəzi Bankın Baş direktoru olub.

Ramin İsayev – "SOCAR AQŞ”ın baş direktorudur. Uzun müddətdir Dövlət Neft Şirkətində çalışır.

Fərid Şəfiyev – Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.

Tahir Kərimov – Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri işləyib.

Röya Talıbova – "İrəli” İctimai Birliyinin həmtəsisçisi. Prezident Administrasiyasında baş məsləhətçidir.

Rauf Məmmədov – Hazırda Qətərdə yaşadığı, burada biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

Fuad Axundov – Əvvəllər İnterpolda çalışıb, indi Kanadada yaşayır. Ottavada Azərbaycan diasporunun fəal təmsilçilərindəndir.

Mikayıl Qasımov – İxtisasca riyaziyyatçıdır, Harvard Universitetini bitirən ilk azərbaycanlıdır.

Natiq Qasımov – Biznesmendir, Avropada yaşayır və fəaliyyət sahəsi maliyyə sektoruna aiddir.

Bəxtiyar Hacıyev – İctimai-siyasi fəaliyyətlə məşğuldur. "Müsbət Dəyişiklik” Gənclər Hərəkatının təsisçisidir.

Murad Sofizadə – Rusiyada yaşayır, bizneslə məşğuldur. Özünə məxsus şirkətlə yüzlərlə işçi çalışır.

Natiq Qəniyev – Maliyyə sektorunda çalışır. Londonda fəaliyyət göstərən aparıcı maliyyə şirkətlərindən birinin "CEO”sudur.
Xəbər 3374 dəfə oxunub






Oxşar xəbərlər

TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.33675] initstartout [0.00024] initstartin [0.00119] calstart [0.01424] calend [0.00084] topnewsend [0.00713] rsssend [0.00000] ehgend [0.02240] tagsstart [0.00094] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28972]