Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:21 - 20.06.2018  
Ermənistan tarana gedir - Rusiyanın “ayağının altı” qazılır
Tarix: 25-05-2018, 09:18 | Bölmə: ---

Ağ Ev para, Moskva isə... İrəvana mövcudluq zəmanəti vəd edir - işğalçı təhlükəli oyuna girib; səhvlər edə-edə tələsən yeni baş nazir Paşinyan qəliz seçim qarşısında...

Ermənistan tarana gedir - Rusiyanın “ayağının altı” qazılırErmənistanın baş naziri Nikol Paşinyan nə qədər iddia eləsə də ki, ölkədə baş vermiş inqilabın geosiyasi əsası yoxdur və inqilab sırf daxili problemlərlə, ağır iqtisadi durumla, korrupsiya ilə bağlıdır, reallıq bunun əksini deyir, küçə hərəkatının həm də Kremlə qarşı olmasına şəhadət verir. Birinci elə Paşinyanın baş nazir olan kimi bir çox mühüm dövlət postuna bircə rusiyapərəst kadrı belə, qoymaması.

Qəribədir deyilmi? Bir yandan o, Ermənistanın Rusiya siyasi orbitində və təhlükəsizlik çətiri altında qalacağına Putinə söz verir, "aramıza heç kim girə bilməz” deyir, o biri yandan isə Rusiyanın maraqlarına cavab verməyən, onu qıcıqlandıran kadr siyasəti aparır.

Ermənistanın yeni təhsil naziri Araik Arutunyan isə işə başlar-başlamaz, rus dilinə qarşı çıxıb. Musavat.com-un xəbərinə görə, facebook-dakı canlı yayımda o, ölkə vətəndaşlarını elektron poçtlarını operativlik dərəcəsinə uyğun surətdə və yalnız erməni dilində göndərməyə çağırıb. Sitat: "Kiril, latın hər nə zibilsə, bu hərflərlə yazılan heç bir məktub nəzərə alınmayacaq. Gəlin, məktublarımızı yalnız erməni dilində və əhəmiyyətlilik qaydasına uyğun olaraq göndərək”.

"Yeni Müsavat” xatırladır ki, Arutunyanla yanaşı, bir sıra digər mühüm postların yeni rəhbərləri də Kremlə, yumsaq desək, sevgi bəsləməyən amerikapərəst və qərbpərəst kadrladır. Məsələn, baş nazirin müavini Ararat Mirzoyan, müdafiə naziri David Tonoyan, xarici işlər naziri Zoqrab Mnasakanyan, ədliyyə naziri Artak Zeynalyan, kənd təsərrüfatı naziri Artur Xaçatryan, mədəniyyət naziri Lilit Makunts, iqtisadi inkişaf və investisiya naziri Artsvik Minsyan kimi. Son olaraq Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi postuna qərbpərəst Armen Qriqoryanı təyin edib və iqtisadçı məsləhətçi qismində məşhur amerikalı Daron Acemoğlunu Ermənistana dəvət edib.

*****

Ermənistan tarana gedir - Rusiyanın “ayağının altı” qazılır

 

 

Göründüyü kimi, Paşinyanın kadrları artıq Rusiya əleyhinə açıq getməkdən çəkinmirlər. Bu yerdə yada salaq ki, ötən il Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanda olarkən açıq şəkildə rus dilinin işğalçı ölkədə ikinci dövlət dili olmasını istəmiş və hələ o vaxt təklif Ermənistanda narazılıq doğurmuşdu.

Ötən əsrin 80-cı illərində sonuncu azərbaycanlının qovulmasından sonra postsovet məkanında yeganə monoetnik ölkəyə çevrilən Ermənistanda bu cür anti-Rusiya çağırışlarının artacağı gözlənilir. Nədən ki, yeni baş nazir Nikol Paşinyanın özü də Rusiyaya nifrət edir - bunu hələlik gizlətmək zorunda qalsa da.

Yəni Rusiyaya, rus dilinə qarşı demarş Ermənistanda davam edən post-inqilab ovqatı ilə birbaşa əlaqəlidir. Ancaq Ermənistanda Rusiyanın ayağının altını qazımaq, bir əlini ona təhlükəsizlik, mövcudluq qarantı vəd edən şimala (Rusiyaya), digərini də maliyyə köməyi vəd edən okeanın o tayına (ABŞ-a) uzatmaq Nikol Paşinyan və komandasına baha başa gələ bilər. Nədən ki, bunların ikisi eyni vaxtda mümkün deyil. Rusiyanın ayağının altını qazımaq isə elə öz ayağının altını qazımaq deməkdir Ermənistan üçün.         

*****

"Paşinyanın öz kabinetindəki yeni təyinatları onun yeni reform, nəfəs gətirən islahatlar keçirməyə çalışdığını göstərir. Əsas məqsəd isə müəyyən qədər Rusiyadan uzaqlaşmaqdır”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Onun müşahidəsinə görə, Paşinyanın ilk addımlarından Qarabağ münaqişəsi kartından istifadə edəcəyi hiss olunur.

Politoloq səbəbə belə aydınlıq gətirib: "Çünki Qarabağ münaqişəsinin həll edilməsi və bu kartdan istifadə edilməsi iqtisadi problemlərin həllinə böyük bir təkan verə bilər. Ancaq nə qədər ki, Ermənistanın Rusiya ilə əlaqələri yüksək səviyyədə davam edəcək, bu problemin həlli inandırıcı deyil. Çünki Rusiya münaqişənin həllində maraqlı deyil. Dağlıq Qarabağ məsələsi bu gün həll olunsa, Ermənistan Rusiyanın əlindən çıxacaq. Ona görə də Rusiya çalışacaq ki, bu münaqişəni rıçaq kimi əlində saxlasın. Paşinyan da bunu gözəl başa düşür. Tək raketlərlə, hərbi ləvazimatlarla vəziyyətdən çıxmaq mümkün olmayacaq. Odur ki, Paşinyanın kütləyə söz verdiyi məsələ məhz iqtisadi problemlərin həlli ilə bağlı idi. Sərkisyanın da hakimiyyətdən devrilməsinə iqtisadi problemlər səbəb olmuşdu”.

Ekspertin qənaətincə, Paşinyan indi seçim qarşısındadır: "Son vaxtlar ABŞ Ermənistana kömək edəcəyi ilə bağlı müəyyən bəyanatlarla çıxış edir. Hətta dövlət katibi Mayk Pompeonun Amerika Erməni Milli Komitəsinə (ANCA) göndərdiyi məktubda Ermənistana islahatlar keçirməsi üçün 140 milyon dollar həcmində maliyyə yardımı etməyə hazır olduqlarını bildirilib. Lavrov isə yeni təyin olunmuş xarici işlər naziri Zoqrab Mnatsakanyanla Qarabağ münaqişəsinin həlli, Ermənistanın KTMT-dən çıxmaması istiqamətində müəyyən addımlar atmağa tələsir. Bu gün Qərb də, Rusiya da çalışır ki, öz təsir vasitəsini Ermənistanda saxlasın. Paşinyan Qərbə tərəf yönəlsə, Rusiyanı itirər. Bu baş versə, Rusiya Ermənistanı bağışlamaz. Digər tərəfdən, Qərb də çalışacaq ki, nə olur-olsun, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın. Paşinyan Sərkisyandan fərqli olaraq, Qərbə doğru daha çox addımlar atır. Bu problem ona gətirib çıxara bilər ki, ümumiyyətlə, Paşinyan keçid baş nazir olsun”.

*****

Başqa yandan, Paşinyan erkən parlament seçkilərinə görə tələsir. Çalışır ki, tərəfdarları mandatların yarıdan çoxunu əldə eləsin ki, yeni parlamentdə təzədən baş nazir olsun. Yerlərin çoxunu qazanmaq üçünsə xalqa verilən vədlərin heç olmasa, bir qismi reallaşmalıdır. Bacaracaqmı, marığa yatan daxili rəqiblər, əks-inqilabçılar, ən əsası, Rusiya qoyacaqmı?

İrəvanda hələ də davam edən küçə etirazları göstərir ki, vaxt limiti elə də çox deyil. Odur ki, Paşinyan tələsir. Səhvlər edə-edə tələsir və tarana gedir. Azərbaycan fürsəti qaçırmamalıdır... 

Xəbər 3847 dəfə oxunub






Oxşar xəbərlər

Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi – Video
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10460] initstartout [0.00013] initstartin [0.00057] calstart [0.00743] calend [0.00041] topnewsend [0.00321] rsssend [0.00000] ehgend [0.00528] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08705]