Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:29 - 18.01.2019  
Məktəblərdə “14 gün” məsələsi yenidən gündəmdə
Tarix: 25-05-2018, 08:40 | Bölmə: ---

Kamran Əsədov: "Tədrisin 14 gün artırılmasının bir mənası yoxdur”

Məktəblərdə “14 gün” məsələsi yenidən gündəmdə2014-cü ildən başlayaraq Azərbaycan məktəblərinə tədris 15 sentyabrdan başlayaraq, 15 iyunda yekunlaşır. Nazirlik bununla bağlı açıqlama verərək bildirib ki, bu dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılmasıdır. Belə ki, məktəblərdə dərs günlərinin sayının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar isə təhsil alanların sağlamlığına mənfi təsir göstərirdi.

Bəzi təhsil ekspertləri də qeyd edir ki, yay tətilinin bir qədər qısa olması heç bir şagirdə zərər gətirməz. Buna əsas gətirilərək bildirilir ki,  Şimali İrlandiyada tədris ili sentyabrın əvvəlindən başlayıb, iyulun ortalarına kimi uzanır, o cümlədən Qazaxıstanda tədris ili 10 iyuna qədər uzadılıb və sairə.

Valideynlərin böyük əksəriyyəti isə hələ də tədrisin 14 iyuna qədər uzadılmasını qəbul etmir, isti yay günlərində övladlarının məktəbə getməsini istəmir. Qeyd olunur ki, onsuz da may ayından etibarən məktəblərdə tədris kitabları yığışdırılır, bu da uzadılan tədris müddətində keyfiyyətli təhsil alınmasına təsir göstərir, ən əsası isə bir çox məktəblərdə kondisioner sistemlərinin olmaması məktəblilərin sağlamlığına təsir edir və sairə.

Maraqlıdır, əksər valideynlər dərs ilinin iyunun 15-dək uzadılmasından narazı olduğu halda bu müddətin daha iki həftə artırılmasına ehtiyac varmı?

Məktəblərdə “14 gün” məsələsi yenidən gündəmdə

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat”a danışıb: "Bu haqda daima bildirmişəm. Lakin təəssüf ki, yenilik adı altında bəzən mənasız addımlar atılıb. Bunlardan biri də tədrisin 14 iyuna qədər uzadılmasıdır. Azərbaycanda təhsil uzun illər sovet hakimiyyəti illərindən qalma ənənələrlə davam edib. Əgər istəyiriksə 34 həftəlik tədris müddəti müəyyən edilsin, tədris ilinin başlanğıcını sentyabrın 15-dən deyil, 1-dən götürməliyik. Onsuz da sentyabr ayı payız ayıdır və havalar sərin olur. Bilirsiniz ki, artıq bir neçə ildir ki, şagirdlər məktəbə məktəbli formasında gedirlər. Bu geyimlər də yalnız yay və qız geyimlərinə uyğundur. Yəni təsəvvür edin ki, yay mövsümü üçün geyim alan valideyn bir müddətdən sonra payız geyimi almaq məcburiyyətində qalır. Qısa vaxtda alına təzə geyim istifadə olunmur. Şagird də bir qədər böyüyür, yeni geyimdən istifadə edə bilmir. Bu ada valideynin bir neçə dəfə xərcə salması deməkdir. Ona görə də şagirdlər dərsə sentyabr ayının 1-dən başlasalar, həm valideynlər tərəfindən alınan yeni geyimlər bir qədər uzun müddətli istifadə olunar, yəni bir ayda iki dəfə geyim almağa ehtiyac qalmaz.

İkinci bir tərəfdən, məlum məsələdir ki, ölkəmizdə istilər iyun ayından başlayır. Valideynlərin bir çoxu yay aylarında artıq istirahətə gedir. Düşünürəm ki, 14 gün ərzində keyfiyyətsiz təhsildənsə, tədrisi sentyabrın əvvəlinə gətirmək lazımdır.

Bir daha qeyd edirəm ki, tədrisin sentyabrın 1-də başlayaraq, mayın 31-də bitməsi daha doğrudur. Iyunun 1-dən başlayaraq tədrisin 14 gün artırılmasının təhsilə azacıq da olsa müsbət təsiri olmur. Əksinə, insanların təhsilə qarşı olan münasibəti soyuyur. Çünki may ayından başlayaraq məktəblərdə tədris kitabları yığılır, davamiyyət aşağı düşür və sairə. 14 günün artırılması təhsilin keyfiyyətinə heç bir təsir göstərmir. Düşünürəm ki, axır ki, təhsil nazirliyi  bu məsələdə ictimaiyyətin istəyini nəzərə alacaq və növbəti tədris ilini sentyabrın 1-dən başlayıb, mayın 31-də bitirəcək".

Musavat.com

 

Xəbər 3852 dəfə oxunub






Oxşar xəbərlər

Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15949] initstartout [0.00017] initstartin [0.00087] calstart [0.01055] calend [0.00059] topnewsend [0.00556] rsssend [0.00000] ehgend [0.01735] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12359]