Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:18 - 18.06.2019  
İbrahimbəyovdan XƏYANƏTKAR davranış – Əli Həsənov çağırış etdi
Tarix: 24-05-2018, 13:37 | Bölmə: ---

"İstərdim ki, hər bir azərbaycanlı bu yazıya münasibət bildirsin” 

İbrahimbəyovdan XƏYANƏTKAR davranış – Əli Həsənov çağırış etdi"Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist”ə münasibət bildirsin”.
Bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov "Facebook” səhifəsində ssenari müəllifi Rüstəm İbrahimbəyov olan "Qafqaz triosu” filmi ilə bağlı yazıb.

Ə. Həsənov film haqqında yazdığı məqalədə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinə görə kinorejissor Ayaz Salayevə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun ssenari müəllifi olan  2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü” filmində  Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim olunublar.  Filmin rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyovdur.

Filmin millətimizi aşağılayan tərəfləri və detalları barədə məşhur kinorejissor Ayaz Salayev ciddi bir təhlil yazıb. "Bakinski raboçiy” nəşrində 23 may 2018-ci il tarixdə dərc olunan  məqalə "Rüstəm İbrahimbəyov və onun ermənilərin faciələrində azərbaycanlıların günahkar olması haqda filmi” adlanır.

Musavat. com-un məlumatına görə, filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda qorxmaz, güclü, təmənnasız, mərd və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Yəni erməni milləti, soyu təbliğ edilir, türk soyu aşağılanır. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi isə şübhəsiz ki, "vəhşi azərbaycanlıların” "dinc ermənilər”ə qarşı qəddarlığını göstərməkdir.

Bundan əlavə, filmdə erməninin "cəzalandırılması” aksiyası sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı əks olunub. Əllində isə açıq-aydındır ki, bununla belə bir qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti güdülür. Filmə hətta öldürülən oğlunun xəbərini almaq niyyəti ilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.

ayaz salayev Rüstəm ibrahimbəyov ile ilgili görsel sonucu

Ayaz Salayev yazır: "Filmdəki personajlardan biri "ermənilər – bizim 1 nömrəli düşmənimizdir”, deyir. Bununla da filmin müəllifi bizə aydın şəkildə anlatmaq istəyir ki, Qarabağ konfliktinin əsas səbəbini nədə görür. Səbəb əsla heç də Azərbaycan torpaqlarının işğalı deyil, – yeri gəlmişkən, filmdə bu haqda bir kəlmə də deyilmir, – İbrahimbəyova görə, səbəb azərbaycanlıların ermənilərə qarşı izaholunmaz nifrətidir. Hansı baxış bucağı ki, Rusiya KİV-lərində geniş yayılıb və israrla ictimai şüura yeridilir. Əlbəttə ki, belə bir şeyi azərbaycanlının dilindən eşitmək qat-qat "qiymətli”dir. Belə bir xidmət isə açıq-aşkar təşəkkür almağa, filmdə onun müəllifinin təltif olunduğu alqışlara hesablanıb”.

Kinorejissor haqlı olaraq qeyd edir: "Bu film – (özü də ilk dəfə yox) Böyük Ağ Çar qarşısında quyruq bulamaq, "vəhşi həmvətənlər”in fonunda yeganə özünü humanist və fədakar göstərmək cəhdidir. O "vəhşi həmvətənlər” ki, az öncə İbrahimbəyov prezidentliyə namizədliyini verməklə onlara rəhbərlik eləmək istəyirdi. Belə sənətkarlar tipik sovet imperiyasının məhsuludur. Belələri almağa çalışdıqları təşəkkür və şəfqəti alırlar, ancaq həmişə iyrənclik qatqısı ilə birgə. Bəs görəsən, müəllifin hələ də nominal rəhbəri olduğu və hələ də Baklıda mövcud olan təşkilatın üzvləri hansı hissləri keçirirlər?”

Rustem IBR

Şübhəsiz ki, Əkrəm Əylislinin bədnam "Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı belə yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Bir azərbaycanlı tərəfindən "etiraf” olunan bu "həqiqətlər” əlbəttə ki, dünya erməniliyi üçün əsl hədiyyədir.

Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, birbaşa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar. Torpaqlarının 20 faizi işğal altında olan, etnik təmizləməyə məruz qalan həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılan, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu "etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyasının və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsi sayıla bilər.

Çünki bu film sadə vətəndaşından tutmuş, yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır.

"Qəddar” Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər. Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir: onu inkar edən və lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir.

Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alıb. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib. Qeyd edildiyi kimi, müəllif filmdə ciddi cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabaş münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur.

Söz yox ki, bu film – Rüstəm İbrahimbəyovun öz xalqının "vəhşi” obrazını yaratmaqla  aşağılanması fonunda şəxsini böyük "humanist” kimi qələmə vermək cəhdidir. Azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür

Xəbər 4003 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.24433] initstartout [0.00019] initstartin [0.00098] calstart [0.02073] calend [0.00072] topnewsend [0.00526] rsssend [0.00000] ehgend [0.01237] tagsstart [0.00082] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.20320]