DTX milyonları oğurlayan hakerləri saxladı

  • 23 may 2018, 13:53

Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanda kibercinayətkarlıqla məşğul olan şəxslərə qarşı əməliyyat keçirib, iki xarici ölkə vətəndaşı saxlanılıb.

 

 

 

 

 

 

 

 

 

DTX-nin mətbuat xidmətindən Demokratik.Az-a daxil olan məlumatda qeyd olunur ki, 2018-ci ilin mayında əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı hesablara, buradan isə MDB ölkələrindəki hesablara köçürülməsi və oğurlanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.

Daxil olan məlumatlar əsasında DTX-da cinayət işi başlanılıb və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş əməliyyat nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub.

Saxlanılan şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Demokratik.Az

Oxşar xəbərlər